Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Sarkisyanın ikipalatalı parlamenti və sağmal diaspor inəyi

Serjin hakimiyyəti ölkəni iqtisadi böhrandan çıxarmaq üçün yumurtanın qiymətini sabit saxlamağı əsas prioritet götürüb, yaxında “cücələr” yumurtadan çıxacaq.

Ermənilər qarışıq vəziyyətdən çıxmaq üçün nə edəcəklərini bilmirlər. Hər vəchlə çalışırlar ki, nəsə yeni bir iş görüb durumlarını düzəltsinlər. Amma hər nə qədər hoqqabazlıq etsələr belə vəziyyət odur ki, yenə də dilənçi gününə düşüblər və bundan sonra da belə davam edəcəklərinə qətiyyən şübhə yoxdur. Ta o vaxta kimi ki, adam olub dünya adamları sırasına qoşulsunlar.

Amerikalı alim erməni yalanlarını ifşa etdi

Ermənilərin nə qədər tərbiyyəsiz, yalançı olduqlarını isbat etməyə gərək yoxdur, bütün dünyanı aldadıb, hamının gözünə kül üfürmək üçün əllərindən gələni edən ermənilərin illərdən bəri işlətdikləri hiylə isə olmayan bir hadisə ilə bağlıdır. 1915-ci ildə guya, türklərin erməniləri soyqırıma məruz qoyduqlarını iddia edən sözügedən məxluqatlar 2015-ci ilə kimi işlərini daha da genişləndirmək istəyirlər. Amma tarixi faktların üzə çıxması səbəbindən çətin duruma düşdükləri də gündəlki xarakter daşımağa başlayıb.

İngiltərənin paytaxtı Lodonda «İttiham, Aldatma və Erməni Problemi» adlı konfransda da analoji vəziyyət yaranıb. Həmin tədbirdə çıxış edən irlandiya əsilli Amerikalı professor Castin MakKarty çıxışı zamanı erməniləri yerlə sürüyüb. «Erməni soyqırımı»nın yalan olduğunu və bunun sadəcə, erməni hiyləsi olduğunu deyən MakKartyın dəqiq faktları isə qarşı tərəfi çıxılmaz vəziyyətə qoyub.

MakKarty erməniləri dolayısı ilə «şeytan» adlandıraraq, onların uydurma iddialarla çıxış etdiklərini deyib. «Ermənilər onlarla həmfikir olmayanları «Şeytan» adlandırır. Bu, çox böyük axmaqlıqdır».

350 nəfərin qarşısında çıxış edən amerikalı alim təqribən iki saat ermənilərin bütün yalanlarını ortaya qoyub. «Heç kim nə olduğunu bilmirdi. Amerika və İngiltərəyə ermənilər yalançı hesabatlar göndərirdilər. Ancaq aydın məsələdir ki, burada bir ittiham var. Hətta işi o yerə çatdırmışdılar ki, yalançı fotolar və sənədlər göndərərək, Osmanlını olduğu kimi göstərməməyə çalışırdılar. Kasımpaşanı bir Paşa, Suriyanı isə Kayseri zənn edən, hətta Osmanlı əsgərlərini «Buddist» adlandıran ermənilər bununla içlərindəki düşmənçiliyini ortaya qoyurdular. Bunları yazan, deyənlərin nə qədər etibarlı bir qaynaq olduğuna inanmaq isə gülməli olardı» - Amerikalı professor bildirib.

Daha bir erməni tərbiyəsizliyi

MakKartyin açıqlamaları və dəqiq faktlarla erməniləri susdurması sözsüz ki, hayları qıcıqlandırıb. Hətta ermənilər öz xislətlərindən irəli gələn hərəkətlərə də yol veriblər. Belə ki, 350 nəfərlik konfrans iştirakçıları qarşısında yalanlarının üzə çıxdığını görən ermənilər utanmaq əvəzinə, tədbirdə iştirak edən türkləri və amerikalı tarixçini təhqir etməyə başlayıblar.

Əsil simalarını açan hayların tərbiyəsiz hərəkətləri qarşısında türklər mədəniyyət nümayiş etdirərək, bu təxribata qatılmayıblar. «İt hürər, karvan keçər» deyib, türklər ən yaxşı halda susmağa və dığaların yola verilməsini məqsədəuyğun biliblər. MakKarty isə buna qarşılıq olaraq deyib ki, erməni iddiaları artıq iflasa uğrayıb və bundan sonra onlar öz işləri ilə məşğul olsalar yaxşıdır. «Özünüz də gördünüz ki, yalanlarının üzə çıxdığını görən ermənilər dözümlülük nümayiş etdirə bilməyib, ədəbsizlik etdilər. Əllərindən gələn tək şey isə «Sən Şeytansan» deməkdir. Bu da onların hansı səviyyədə tarixi bilmələrinin və hansı səviyyəyə malik olduqlarını göstərdi».

Sarkozi erməniləri «fırlatdı»

Məlum olduğu kimi, ermənilər 2007-ci ildə Fransa parlamentində qondarma «erməni soyqırımı»nın qanun şəklində qəbul edilməsinə nail olmuşdular. Həmin dövrdə seçki ərəfəsində erməni diasporunun səsini qazanmaq istəyən Nikolya Sarkozi və onun rəhbərlik etdiyi partiya oyun oynayaraq, bu tələbin reallaşmasına yardımçı olmuşdular.

Qeyd edək ki, Sarkozi həmin vaxt ermənilərə söz vermişdi ki, 24 apreli «erməni soyqırımının» anılması günü olaraq qəbul etdirərək, onun nəinki Milli Assambleyadan, hətta Senatdan keçməsini təmin edirəcək. Ancaq seçkilər başa çatdıqdan iki ay sonra Sarkozi ermənilərə deyib ki, gedib işləri ilə məşğul olsunlar.

«Azq» qəzetinin yaydığı məlumatda da deyilir ki, Fransalı diplomat-müşavir Jan David Levit 29 mayda Ankarada olan zaman əsl həqiqətləri açıb deyib. «Sarkozi əlindən gələni edir ki, «erməni soyqırımı» ilə bağlı qanun layihəsinin Senatdan keçməsinin qarşısını alsın. Seanata təqdim edilən həmin layihə olduğu kimi də qalacaq».

Diaspor üzvləri deputat olmaq istəyir

Ermənistanda yaşanan hakimiyyət böhranından çıxmaq üçün müxtəlif xəyallar quran Serj Sarkisyan sonuncu dəfə belə bir ideya ortaya atmışdı ki, bəs, bundan sonra ölkə parlamenti ikipalatalı olmalıdır. Birinci palataya ancaq Ermənistan vətəndaşları, ikinci palataya isə erməni diasporunun nümayəndələri seçilməlidir. Ermənistan hakimiyyətləri üçün hər zaman sağmal inək funksiyasını daşıyan erməni diasporunun, indi pullarını işğalçı ölkəyə daha çox axıtmaqsı üçün Sarkisyan bundan yaxşı heç nə düşünə bilməzdi.

Serjin məqsədi şübhəsiz özünü qorumaqdır. O yaxşı bilir ki, erməni diasporu ilə ortaq məxrəcə gəlməsə, hakimiyyətdə qalması mümkün olmayacaq. Diaspor isə onun fırıldaqçı və oyunbaz olduğunu bildiyindən «iti və qurdu görməyə hazırdır», ancaq onu yox. Bunu bilən Serj də əlindən gələni edir ki, diasporun qoltuğuna sığına bilsin.

İkipalatalı parlament ya yaltaqlıq kürsüsü?

Bu təklifdən sonra bir çoxları məsələyə gülməli oyun kimi yanaşsa da, bəzi diaspor üzvləri həqiqətən də Ermənistanda deputat olmaq eşqinə düşüblər. İndidən bunun üçün tədbirlər hazırlayan diaspor üzvləri, hətta gələcəkdə böyük-böyük işlərlə məşğul olacaqlarının xəyallarını qururlar. Bunun reallaşıb, reallaşmayacağını isə gözləmək bir qədər çətindir. Ona görə ki, Ermənistan əhalisi ikipalatalı parlamentin yaradılmasına qarşıdır və hakimiyyəti də tənqid edir ki, diasporun könlünü almaq üçün həyasızlıqlara son qoysun. Eyni zamanda, bunu yaltaqlıq olaraq qiymətləndirən ermənilər əslində, təəccüblü bir şey də demirlər. Çünki Tanrı onlara ən böyük istedad kimi, yaltaqlığı verib.

Erməni kilsəsi dilənməyə başlayır

Erməni Eçmiəzdin Kilsəsi isə sözün həqiqi mənasında dilənçiliyə başlayıb. Hərçənd ermənilərin belə dilənmə kampaniyaları mütəmadi olaraq baş verməkdədir. Amma kilsənin bu işə baş qoşması görünməyən hadisələrdən biri hesab olunur. «Qraparak» qəzetinin yaydığı məlumatda deyilir ki, Ermənistan Kilsəsinin nümayəndələri Fransaya gedərək, oradakı erməni diasporunun üzvləri ilə görüşərək, onlardan maliyyə yardımı istəməyə başalyıblar.

Verilən məlumatda deyilir ki, onlar Fransadakı Erməni Apastol Kilsəsinin başçısı Norvanu Zakaryana yazılı müraciət edərək, əllərini açıblar. Eçmiəzdin kilsəsi yazdığı müraciətində təkliflə çıxış etdiyini və belə bir addım atmalarında məqsədi başqa şeylərlə izah etməyə çalışıblar. Onlar deyiblər ki, istədikləri Fransadakı erməni kilsəsi ilə Eçmiəzdin kilsəsi arasında bağlantı qurmaq və vahid mərkəzdən idarəetmə işini gücləndirməkdir. Doğrusu, bunun maliyyə istəməyə nə kimi dəxli var, bəlli deyil. Aydın məsələdir ki, əl açıb dilənən erməni kilsəsi erməni diasporunun pullarını mənimsəmək niyyətindədir.

Elə Fransa Apastol Kilsəsinin rəhbəri Zakaryan da onlara cavabında deyib ki, bu addımı başa düşmürlər. Hətta belə bir fikir də səsləndirilib ki, Eçmizdinin başlıca məqsədi erməni diasporunun pullarını mənimsəmək və bununla da qarınlarını yekəltməkdir.

İtin hörməti var, Koçaryanın yox

Ermənistanda hakimiyyətin urvatsız və hörmətsiz olmasının başlıca səbəbi onların ölkəni böhrana salmasıdır. Serj Sarkisyan özünə nə qədər ənlik-kirşan vursa belə, yenə də abırlı vidə minə bilmir. Ancaq belə vəziyyətə düşən təkcə Sarkisyan deyil. Həmçinin onu bu posta gətirmək üçün erməniləri küçənin ortasında qırğına verən eks-prezident Robert Koçaryanın da hörməti qalmayıb.

Erməni sosioloqların apardığı sorğu nəticəsində belə məlum olub ki, Ermənistanda İtin hörməti var, amma Robert Koçaryanın yox. Son dövrlər böyük siyasətə yenidən dönmək istəyən eks-prezidentin hal-hazırkı reytinqinin 2,5 faiz olduğu məlum olub. Bunun səbəbi kimi, bir sıra amillər göstərilir. Onların arasında Serj Sarkisyanı «paz» kimi yetişdirməsi, maliyyə fırıldaqlarına yol verməsi, inhirsaçı kimi çıxış etməsi və sair cəhətlər var. Sosioloqlar deyirlər ki, Koçaryan yenidən geri qayıtmaq üçün birinci dəfə olduğu kimi, yenə də Qarabağ kartından yararlanmaq istəyir. Amma respodentlər deyirlər ki, bunların hamısı boş şeydi və eks-prezidentin geri dönməsi Ermənistana heç nə verməyəcək.

Ermənistan ölür

Ermənistanda əhalinin bir ucdan siçan kimi ölməsi, digər tərəfdən də iqtisadi böhran içində çabalaması onların aqibətlərini xeyir etməyəcək. Elə ermənilər də yaxşı bilirlər ki, bu şəkildə davam edərlərsə, onlardan əsər-əlamət qalmayacaq. İrana, Rusiyaya güvənməklə nəsə bir iş görəcəklərini düşünən Ermənistan hakimiyyəti isə daha çox vassala çevrilir.

Ancaq bu gün reallıq ondan ibarətdir ki, Ermənistan ölür. Daha doğrusu, erməni siyasətçilərinin təbiri ilə desək, Ermənistan gəbərir. Bu gəbərməni də şərtləndirən bir çox səbəblər var. Onlardan biri hakimiyyətin yerində olmamasıdır. Sarkisyan iqtidarı özünü itirdiyindən, nə edəcəyini bilmir. Vəziyyətdən çıxmaq üçün məmurları bir-bir dəyişən Serj hər nə illah edirsə, yenə də vəziyyəti düzəldə bilmir. Özünü birtəhər 2012-ci ilə çıxarmaq istəyən erməni dövlət başçısı hələlik istəyinə nail ola bilmir. Və nail olacağı da gözlənilmir.

İkinci səbəb iqtisadi vəziyyətin ağırlığıdır ki, ermənilər bunun səbəbindən aclarından günorta dururlar. Hökumət isə vəziyyətdən çıxmaq üçün yumurtanın qiymətini sabit saxlamağa çalışır. Bu addımı ələsalma kampaniyasına çevirən ermənilər isə deyirlər ki, Ermənistan hakimiyyəti yumurta üzərində oturub və yaxın günlərdə cücələr çıxacaq.

Daşnaklar isə deyirlər ki, Ermənistan komadadır və yaxın günlərdə öləcək. Onların sözlərinə görə, yaxın vaxtlarda İrəvanda hakimiyyət dəyişikliyi baş verməsə işlər fəna olacaq. Yəni, Ermənistan bir «canlı» olaraq öləcək, bundan sonra da II Qaragen onun başının üzərində dua oxuyacaq. Həmçinin onu da deyirlər ki, Sarkisyan tezliklə hakimiyyətdən getməlidir ki, bəlkə ölünü diriltmək mümkün oldu.






9 Fevral, 2011  13:27 Baxılıb: 1629 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner