Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Yaponlar super-şəbəkə qururlar

1 Qbit/s keçirtmə qabiliyyətli “LTE-Advanced” standartını sınaqdan keçirəcəklər.

Yaxın zamanda Yaponiyada “LTE-Advanced” mobil məlumat ötürmə texnologiyasının sınaq işlərinə başlanacaq.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “NTT DoCoMo” operatoru müvafiq lisenziyanı artıq əldə edib və Tokio yaxınlığında iki kiçik şəhərdə eksperimental şəbəkə qurmağı planlaşdırır.

Yeni texnologiyanın nəzəri keçirmə qabiliyyəti 1 Qbit/s təşkil edir. Bu, LTE şəbəkəsinin həmin göstəricisindən üç dəfə artıqdır. Abunəçi ilə baza stansiyası arasındakı istiqamətdə məlumat ötürmə sürətinə gəlincə, laboratoriya şəraitində yeni texnologiya 200 Mbit/s səviyyəsində sürət göstəricisi nümayiş etdirə bilib. “LTE-Advanced” texnologiyasının real şəraitdə sınağı ilə bağlı işlərin gələn ay başlanacağı gözlənilir.

Eyni zamanda “NTT DoCoMo” tərəfindən LTE şəbəkəsinin də təşkili davam etdirilir və bu işlər çərçivəsində 2011-ci ilin sonuna kimi ölkənin 20 faizi LTE texnologiyası ilə əhatə olunmalıdır. Bu zaman məlumat ötürmə sürəti 37,5 Mbit/s təşkil edəcək.






9 Fevral, 2011  13:05 Baxılıb: 1769 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner