Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Supermarket, yoxsa bazar? – Araşdırma – Fotolar

l,

Mövsüm dəyişdikcə bazardakı qiymətlər də yerini dəyişməyə başlayır. Amma bəzən olur ki, bu dəyşiklik supermarketlərdəki ərzaqların qiymətindən ya iki qat ucuz, ya da köhnə olur. Bunun səbəbi nədir?

Bu dəfə bu suala cavab tapmağa çalışadıq. Öncə şəhər sakinlərinin fikrini öyrəndik. Şəfəq xanım meyvə və tərəvəz məhsullarını bazardan aldığını qalanlarını isə supermarketdən aldığını bildirir. “Əsasən qiymətlər bazarda daha ucuz olur. Amma ümumulikdə götürdükdə haradan sərf edirsə, oradan da alıram.

Digər vətəndaşımız Arzu Seyidova isə bazralardakı gigiyenik şəraitlə razılaşmadığına görə, çox nadir hallarda bazarlara üz tutduğunu deyir. Çox təəssüf ki, əvvəllər bazarda ucuz aldığım kartof-soğan bazarda çox bahadır. Əvvəl 60-70 qəpiyə aldığım kartof burada az qala 1 manatadır. Olan kasıba olur. Bilmirəm ki, pensiyamı alıb bazara necə girim? Qiymətləri soruşanda utanıram. Əvvəllər yenə də satıcıya üz vurub qiyməti aşağı sala bilirdinsə, indi deyirlər mümkün deyil, biz də yerpulunu çox veririk”, - deyə paytaxt sakini Cəmilə xala şikayətləndi.

Satıcı Aydın dayı isə deyir ki,vaxtı keçmiş məhsullar satmır, əksinə onun malları daha tez satılır.”Bu gün bazara çıxartdığım məhsul sabaha qalmır.

Bəs mütəxəssislərin fikri necədir?

Müstəqil iqtisadçı Oktay Haqverdiyev deyir ki, supermarketlərdə insanlar nəsə alanda bunu təsdiq edən çek də alırlar. “Hər şey sivil ölkələrdə olduğu kimi baş verir. Supermarketdə alış-veriş edən alıcılar malı nəzərdən keçirmək və daha uyğununu seçmək imkanına malikdirlər. Misal üçün, Avropa ölkələrində Azərbaycanda olduğu kimi ənənəvi bazarlar yoxdur. Orada adətən həftə sonları insanların ucuz qiymətə alış-veriş edə biləcəkləri bazarlar açılır. Əhalinin əksər hissəsi isə supermarketlərdən istifadə edirlər. Azərbaycanda bazar bir növ ənənə sayılır. İnsanlar nəsə alarkən qiymət salırlar, heç bir çek də olmur. Son dövrlər isə şəhərdə supermarketlərin sayı artır. Supermarketlərdə qiymətlər dəyişməz qalır. İnsanlar buna üstünlük verirlər. Çünki bu cür mağazalarda həm rahatlıq var, həm də, sanitar yoxlamalar həyata keçirilir”, - deyə iqtisadçı bildirib. O əlavə edib ki, bazardan fərqli olaraq supermarketlərdə vaxtı keçmiş məhsullar olmur. “Çünki bununla bağlı market rəhbərləri tərəfindən tez-tez yoxlamalar aparılır”.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov isə bildirir ki, hazırda rəqabət supermarket və müasir supermarketlər arasında gedir. “Böyük supermarketlərdə qanunsuzluqlar çox olur. Qiymətlərdə bəzi saxtakarlıq halları ilə rastlaşırıq. Bizə belə şikayət məktubları daha çox “Neptun”supermarketləri ilə bağlı gəlir. Malların supermarketlərdə satılması təmizlik baxımından daha məqsədəuyğundur, amma məhsullara suni qiymətlər qoyulmasa şikayətlərin sayı azalar. Supermarketlərdə ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının satışı üçün də xüsusi yerlər olmalıdı. Baxmayaraq ki, bizim fermerlərimiz belə məhsullar istehsal edirlər, biz onları supermarketlərdə təklif edə bilmirik. Problem bir də nəqliyyatla əlaqədardır. Bizdə ticarət mədəniyyəti formalaşmalı və supermarketlərdən məhsul alan şəxslər həmin məhsulları uzun müddət evdə saxlamamalıdırlar”.
Ekspert bazarlarda alıcıların aldadılması hallarına daha tez-tez rast gəlindiyini bildirir. “Bazarlarda alıcıların aldadılması halları çox olur. Məhsulların təhlükəsizliyinə də nəzarət edilmir”.

Dövlət qurumlarından müxtəlif fikirlər...

Kənd Təsərrrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bazarlarımızdakı qiymətlərin baha yox əksinə mövsümlə əlaqədar ucuşladığını deyir. Nazirlik rəsmisi əlbəttə ki, bazar və supermarketdəki qiymətlərdə fərqliliyin olduğunu söyləsə də, aradakı nisbətin böyük olmadığını bildirdi. “Nazirlik tərəfindən hər şənbə və bazar günləri təşkil olunan yarmarkalarda qiymətlər ucuz və təzə məhsullar çox olur. Hətta həmin bazarlara getsəniz ordakı qiymətlərin nə qədər ucuz olduğununun şahidi olarsız”.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Fazil Talıblı isə marketlərdə satılan məhsulların daha gec xarab olduğunu deyir. “Çünki orada soyuducu kameralardan istifadə olunur. Məhsulların keyfiyyətini saxlamaq üçün bu məsələyə komitə tərəfindən ciddi yanaşılır. Məhsul bazara gələn kimi öz alıcısını tapır, istehlak sırasında isə ciddi problemlər olmur. Satış zamanı vaxtı keçmiş məhsullara rast gəlinir və komitə tərəfindən lazımi tədbirlər həyata keçirilir. Komitənin nəzarət xidməti hər gün vaxtı keçmiş məhsullarla bağlı monitorinq aparır. Daha çox supermarketlərdə üzərində saxlanılma müddətinə işarə verən göstərici olmayan məhsullara rast gəlinir. Bununla bağlı isə tədbirlər görülür və müəyyən olunmuş cərimələr həyata keçirilir”.

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəhbəri İmran Abdullayev isə bununla bağlı deyir ki, meyvə və tərəvəzi hərarəti 20-30 dərəcədən yuхarı olduğu yerdə, eləcə də günün altında saхlamaq məhsulların tərkibinə birbaşa təsir edir. “Günün altında saхlanılan meyvə-tərəvəz keyfiyyətini itirir. Meyvənin tərkibindəki maddələr parçalanır və yararsız hala düşür. Meyvə yığıldıqdan sonra onu günün altında saхlamaq olmaz. Belə meyvənin insan orqanizmi üçün хeyri olmur. Bazarlarda soyuducu olmadığına görə isti havalarda günün altında məhsulların satışı insan sağlamlığı üçün zərərlidir. Bazar ayrıca müəssisə olduğundan, ora daxil olan məhsul təhlükəsizlik göstəricilərinə malik olmalı, baytarlıq labarotiriyasının nəzarətindən keçməlidir. Kənd Təsərrüfatı Nazirliyinin təşkli etdiyi bazarların labaratoriyalarında həmin məhsullar nəzarətdən keçirilir. Bir çox bazarlara daxil olan məhsullar isə gigiyenik tələblərə cavab vermir. Həmin bazarlarda bu məhsullar satılır. Supermarketlərdə vaxtı keçmiş məhsullara az rast gəlmək olur, çünki bu cür marketlər müasir texniki avadanlıqlarla təmin olunur. Məhsulların satışına həm müəssisə rəhbərləri,həm də bu sahədə məsuliyyət daşıyan orqanlar tərəfindən ciddi nəzarət tədbirləri həyata keçirilir. Antisanitar hallarla daha çox kiçik marketlərdə rastlaşmaq olur, çünki kiçik marketlərdə satış xaotik hal daşıdığına görə nəzarət o qədər də güclü aparılmır”.

Aysel Kərimova

Foto Nuranə Novruz

 






5 Avqust, 2013  15:34 Baxılıb: 1948 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner