Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ramil Usubov Niderland səfiri ilə görüşüb

Fevralın 8-də daxili işlər naziri Ramil Usubov fevralın 8-də Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aryen Peter Uijterlindeni qəbul edib.

DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, R.Usubov qonağa DİN-in funksiya və fəaliyyət istiqamətləri barədə məlumat verib. Daha sonra beynəlxalq ekspertlərin iştirakı ilə Avropa standartlarına uyğun yeni qanunların qəbulu, əsas məqsədi insan hüquq və azadlıqlarının təmini, ümumbəşəri dəyərlərin qorunması olan demokratik islahatlar barədə danışılıb. 


Daxili işlər naziri əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə Azərbaycanın MDB və Şərqi Avropa məkanında sonuncu yerlərdən birini tutduğunu bildirib, cinayətkarlıqla mübarizədə qazanılmış uğurların, sabitliyin dönməzliyinin təmin edilməsinin nəinki ölkə vətəndaşlarının, eləcə də əcnəbilərin təhlükəsizlik şəraitdə yaşayıb işləmələrinə, iqtisadiyyatımıza külli miqdarda xarici sərmayə yatırılmasına imkan yaratdığını vurğulayıb.


Daxili işlər orqanlarının qarşılaşdığı problemlərdən də danışan nazir transmilli mütəşəkkil cinayətkarlığa, onun getdikcə qlobal miqyas alan ayrı-ayrı növlərinə qarşı mübarizənin tək bir dövlətin işi olmadığını, birgə mübarizə aparılmasının vacibliyini önə çəkib.

Səfir Aryen Peter Uijterlinden səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edib, ölkəmizdə diplomatik fəaliyyətə başladığı ilk günlərdən Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə gedən dinamik inkişafın şahidi olduğunu təsdiqləyib. O, eyni zamanda, Bakıda akkreditə olunmuş digər səfirlərin də mövqeyini ifadə edərək, Azərbaycanda cinayətkarlığın səviyyəsinin çox aşağı olduğunu, normal yaşamaq və işləmək üçün rahat və təhlükəsiz şərait yaradıldığını məmnunluqla qeyd edib.






8 Fevral, 2011  21:30 Baxılıb: 1808 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner