Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ədalət partiyasından özünə və MSK-ya ittiham

Elxan Şükürlü partiya yoldaşına Yapçı dedi

Fevralın 7-də Mərkəzi Seçki Komissiyasının (MSK) səlahiyyət müddəti başa çatıb və qurumun 18 nəfərdən ibarət yeni tərkibinin Milli Məclisin növbəti iclasında formalaşdırılacağı gözlənilir. Ancaq belə görünür ki, bu proses Milli Məclis üçün o qədər də asan keçməyəcək. MSK-nın təşkilində iştirak hüququ olan partiyalardan birinin – Ədalət Partiyasının sədr müavini Elxan Şükürlünün Simsar.az-a açıqlamasında MSK-nın yenidən təşkili prosesinin qeyri-şəffaf və qanunsuzluq şəraitində aparıldığı bildirilib. E.Şükürlünün dediyinə görə, MSK-nın parlamentdə azlıq təşkil edən partiyalarının bəzilərinin adından MSK rəhbəri Məzahir Pənahov Milli Məclisə nümayəndələr tövsiyə edib: “Konkret olaraq, bizim MSK-dakı köhnə nümayəndəmiz Oktay Hümbətlinin adı yenidən Milli Məclisə tövsiyə edilib ki, bu da böyük bir saxtakarlıq və qanunsuzluqdur. Çünki həm qanunla Məzahir müəllimin belə bir səlahiyyəti yoxdur, həm də hər hansı partiyanın qərarı olmadan onun əvəzindən kiminsə adını Milli Məclisə göndərmək böyük saxtakarlıq əməlidir. Əgər MSK-nın tövsiyə məktubu ortaya çıxsa, faktiki, Məzahir Pənahova ən azı iki maddə ilə cinayət işi açılmalıdır”.

Hazırda İlyas İsmayılovun da bu məsələni araşdırdığını deyən E. Şükürlünün sözlərinə görə, Ədalət Partiyasını MSK-da təmsil edəcək şəxs partiyanın Siyasi Şurasında seçki yoluyla müəyyənləşəcək: “Böyük ehtimalla bu şəxs Oktay Hümbətli olmayacaq. Çünki bu məktub məsələsi bir daha təsdiqlədi ki, o, «Ədalət»in yox, Məzahir müəllimin təmsil olunduğu YAP-ın maraqlarını təmsil edib”.






8 Fevral, 2011  20:16 Baxılıb: 1831 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner