Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“YAVRU VƏTƏN”İN FƏTHİ

ю

Dünya üzərində xeyli müddət ağalıq etmiş, 800 ildən çox tarixi olan Osmanlı dövləti tarixin bu günündə böyük sayda itkilərə baxmayaraq Kipri fəth etməyə nail olub. Osmanlı üçün xeyli sayda canlı qüvvə və texnika itkisi bahasına baş tutan Kiprin fəthi qərarı heç də qəfildən yaranmamışdı. Belə ki, mühüm coğrafi strateji əhəmiyyəti olan Kiprin Anadolu üçün önəmi Osmanlı dövlətinin qurulmasından əvvəl dərk edilmişdi. 1489-cu ildə Venesiyanın tabeçiliyində olan bu torpaqlarda müsəlman tacirlərin və ziyarətçilərin hərəkətinə maneəçilik törədilirdi. IV Osmanlı –Venesiya müharibəsi zamanı reallaşan fəthdən qabaq, o dövrün Osmanlı Sultanı olan II Sultan Səlim Venesiyaya iki dəfə elçi göndərir. Lakin elçinin verdiyi təklifi Venesiyada qəbul edilmir. Ancaq Sultan Səlimi müharibəyə sövq edən əsas amil başqa idi. Sultanın hələ şahzadəliyi dövründə Misirdən onun istəyi ilə gətirilən hədiyyələri gətirən karvan selə məruz qalır. Adaya sığınan tacirlər venesiyalılar tərəfindən yağmalanır. Hədiyyələrin Səlimə məxsus olduğu deyilsə də venesiyalılar buna əhəmiyyət vermir. II Sultan Səlim həm şəxsinə həm də müsəlmanlara edilən bu hörmətsizliyə görə adanı işğal etməyi qarşısına məqsəd qoyur.

Kiprin işğalı mərhələli prosesdir. Sultan Süleymanın hakimiyyəti zamanı Maltanın mühasirəyə alınması ilə Venesiya-Osmanlı arasında başlayan gərginlik Venesiya ordusunun Kiprə səfəri ilə davam edir. Lefkoşanın heç bir müqavimət göstərmədən Osmanlıya tabe olması Venesiyanı zəiflədir. 11 ay davam edən qarşıdurma 1571-ci ilin avqustun 1-də Kiprin işğalı ilə nəticələnir. İki ay sonra Osmanlı Xristian ordusuna dəniz müharibəsində məğlub olsa da qarşı tərəf bundan yararlana bilmir. Osmanlının donanmanı yenidən bərpa etməsi ilə Venesiya sülh bağlamağa məcbur olur.

Osmanlı bu yürüşlərə 350-400 gəmi və 60-10 min canlı qüvvə ilə başlayır. 27 iyunda başlayan yürüşlə Osmanlı iyulun 3-də Nikosiyanın müqavimətsiz təsliminə nail olur. Saha sonra Xreniyanı tutur. Famaqustaya doğru hərəkətə keçən Osmanlının həmin ərazi istisna olmaqla bütün adanı təslim etmə təklifini rədd edən Venesiya bu zaman Müqəddəs İttifaqa bel bağlamışdı. Ancaq ağır bombardmana qarşılıq verməyə gücü çatmayan Kipr avqustun 1-də Osmanlı torpağına çevrilir. Bu fəth Osmanlı üçün 50 000 canlı qüvvənin məhv olması ilə mümkün olur. Ada sakinlərinin və ordunun adada qalmasına icazə verən Osmanlı höküməti müsəlmanalara verdiyi işgəncələri nəzərə alaraq komandan Braqadinin əziyyətlə öldürülməsinə, ətrafindakıların kölə kimi satılmasına fərman verir.

Müharibənin məğlubiyyətlə nəticələnməsinin bir çox səbəbləri var idi. Ən əsas səbəb Xristian donanmasının siyasi pərakəndəliyi idi. Qış fəsli də bunu yaradan digər səbəb idi. Dalmasiya ətrafinda Osmanlıların hücumu nəticəsində təhqir əlaməti kimi Sokollu Mehmed Paşanın saqqalı kəsilir. Ancaq Paşa qarşılığında, “xristianlar mənim saqqalımı kəsdi, ancaq mən onların qolunu kəsdim. Kəsilən saqqal bir də çıxar, ancaq kəsilən qol yerinə gəlməz” desə də itkilər gözlə görünəcək dərəcədə idi. Osmanlının Ağ dəniz üzərində ağalığı zəifləmişdi. Şərqdə hakimiyyətini qorusa da qərbdə hakimiyyəti xeyli zəiflədi. Venesiyanın itkiləri daha çox idi. O həm müharibəni uduzmuş, həm Kipri itirmiş, həm də Osmanlıya illik xərac verməyə məcbur olmuşdu. Bundan sonra 1878 ci ilə qədər Osmanlı hakimiyyətində qalan Kipr həmin ildən etibarən İngilislərin idarəçiliyinə keçir. Yarım əsrə yaxın bir müddətdə daha doğrusu 47 il sonra 1925-ci ildə türklərin “Yavru Vatan” adlandırdığı Kipr yenidən türk torpağına çevrilir.

Ülviyyə Cövdətqızı









1 Avqust, 2013  13:45 Baxılıb: 1569 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner