Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

1 milyardlıq «İslahatlar paket»i

Korrupsiyaya qarşı mübarizənin gerçək mahiyyəti simsar.az-da

Azərbaycan hakimiyyətinin korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini gücləndirməsi, demək olar ki, hər gün ayrı-ayrı nazirliklərdə kollegiya iclasları keçirilərək korrupsiya haqqında danışılması çoxları üçün gözlənilməz oldu. Prezidentin bircə göstərişi kifayət etdi ki, ölkədə anti-korrupsiya əhval-ruhiyyəsi yaransın.  Yarandı da. Hər gün yeni məlumatlar gəlir. Filan idarədə daha rüşvət almırlar, ya da qorxa-qorxa, gizlincə bu işi görürlər. Korrupsiyanın tam aradan qaldırılmasının bir neçə addımlığındayıq. Bu mərəzdən qurtulmağımız təkcə beynəlxalq təşkilatların hesabatlarında yaxşı yerlərdə qərarlaşmaq üçün deyil, həm də özümüz - xalqımız, dövlətimiz üçün lazımdır.

Bu həm də siyasi iradədir
 
Ekspretlər hesab edirlər ki, bütün bunlar iqtidarın ərəb ölkələrində baş verən qiyamlardan sığortalanmaq cəhddir.
Anti-korrupsiya tədbirlərinin məhz məlum siyasi proseslərdən sonra keçirilməsi bu cür düşünənlərə müəyyən arqument verə bilər. Bu cür yanaşmalarda həqiqət yükünün az olmasını sübut etmək üçün prezident İlham Əliyevin 2010-cu ilin yekunlarına dair keçirilən müşavirədə səsləndirdiyi fikirlərlə tanış olmaq kifayətdir: «Qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməliyik, azad rəqabəti təmin etməliyik, inhisarçılıq meyillərinin qarşısını almalıyıq. Lazımsız yoxlamalar aparılmamalıdır, xüsusilə də hüquq mühafizə orqanları tərəfindən lazımsız yoxlamalara son qoyulmalıdır ki, ölkədə sahibkarlığın daha da sürətlə inkişaf etdirək, buna daha böyük təkan verək».
Bu artıq prezidentin korrupsiyaya qarşı mübarizə ilə bağlı çoxdan gözlənilən siyasi iradə nümayişi idi.

 

4 ilə korrupsiyanın «anasını ağlatmaq» mümkün olacaqmı?

Korrupsiyaya qarşı mübarizənin ərəb ölkələrində baş verənlərlə heç bir əlaqəsinin olmadığını sübut etmək üçün
Daha bir faktora - Avropa Birliyi və Beynəlxalq Maliyyə Korpoorasiyasının Azərbaycan hökuməti ilə imzaladığı 4 illik «İslahatlar paketi» proqramını da göstərmək olar. 
Bu proqramm barədə ilk dəfə məlumatı mətbuata
SOROS Fondu İdarə Heyətinin sədri,  «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev verib. O bildirib ki, hökumətə Dünya Bankı tərəfindən də maliyyələşən bir milyard dollarlıq islahatlar paketi təqdim olunub. Bu paketin mahiyyəti ictimaiyyətə açıqlanmasa da, orada göstərilən ayrı-ayrı elementlərin icrasına start verilib. Bu elementlərdən biri də korrupsiyaya qarşı mübarizədir.
M.Əliyev bizimlə söhbətində islahatlar paketi barədə daha ətraflı danışdı.
- 2010-cu ilin oktyabr ayında Dünya Bankı və Beynəlxalq Maliyyə Korpoorasiyası Azərbaycan hakimiyyətinin də iştirakı ilə proqramm hazırlayıblar. Həmin proqramda institusional dəyişikliklərin aparılması, azad sahibkarlıq mühütünün yaradılması, korrupsiyaya qarşı mübarizə və s. islahatlar nəzərdə tutulub. Proqram 4 ili əhatə edir və bunun üçün bir milyard dollar vəsait ayrılıb. Yanvarın 1-dən bu layihənin icraasına başlanılıb. Təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti bu islahatların mahiyyətini ictimaiyyətdən gizlədir. Kənardan gələn təklifləri özünün təşəbbüsləri kimi təqdim edir. İctimaiyyət bilmir ki, bu tədbirlər planı nədən ibarətdir. Amma Azərbaycan hökuməti bu istiqamətdə bəzi işlərin icrasına başlayıb. Yaxın 4 il ərzində müəyyən işlər görüləcək. Hesab etmirəm ki, aparılan antikorrupsiya tədbirləri hansısa kampaniya xarakteri daşıyır.

Bütün məmurlara göstəriş verilib


M.Əliyev deyir ki, bütün nazirliklərdə işçilərə göstərişlər veriblər ki, rüşvət almasınlar.
- Vergi, maliyyə nazirliklərində bu göstərişlər verilib. Proseslər gedir, amma bu götürülən öhdəliklərin tələbidir. Bütün baş verənlər qəbul olunan proqramla bağlıdır.
Hətta belə fikirlər də var ki, prezident mart ayında hökuməti buraxa bilər. İndi yaranan sistem məmurlara varlanmaq imkanı verməyəcək. Onların imkanları məhdudlaşacaq. İnanmıram ki, bir çox məmurlar yeni şəraitdə işləməyə hazır olsunlar. Çoxları hətta könüllü sürətdə vəzifələrindən də gedə bilərlər. Əlbətdə ki, islahatları daha sürətlə aparmaq üçün komanda lazımdır. Gürcüstanda olduğu kimi, Azərbaycanda da nazir və digər yüksək postlarda aşağı maaşla çalışmağa hazır olan insanlar gərək olacaq.

İslahatlar qaçılmazdır

M.Əliyevə görə, islahatlar qaçılmazdır.
- Beynəlxalq təşkilatlar bu islahatların sürətlə aparılmasını istəyirlər. Bura MDB ölkələri, İran, Əfqanıstan və s. Asiya dövlətləri  daxildir. Avropa Birliyinin yaxın qonşuluq siyasətinin mahiyyəti də elə odur ki, bu ölkələrdə islahatlar getsin. Mövcud vəziyyətin qalması avtoritar rejimlərin daha uzun müddət qalmasına gətirib çıxaracaq. Bu da iqtisadi inkişafı ləngidir. Demokratiya iqtisadi inkişaf üçün stimuldur. Azərbaycanın isə vaxtı o qədər də çox deyil. Hakimiyyət də bunu başa düşür.
 İslahatlar paketində siyasi sfera ilə bağlı nələr nəzərdə tutulmasına gəlincə M.Əliyev belə deyir.
- İslahatlar paketində siyasi məsələlərə o qədər də üstünlük verilmir. Amma bu istənilən halda siyasi proseslərə də təsirsiz ötüşməyəcək. Siyasi İslahatlarla bağlı Avropa İttifaqının Şərq Tərəfdaşlıq Proqramı var. Amerikanın Azərbaycandakı yeni səfiri Metyu Brayza da Bakıya gələrkən ilk açıqlaması bu oldu ki, siyasi, demokratik islahatlara önəm verəcəklər. Mən ABŞ-ın mövqeyini yaxından izləyən şəxs kimi deyə bilərəm ki, demokratik islahatlar onlar üçün prioritetdir. ABŞ-ın uzun müddət səfir təyin etməməsi, Azərbaycan tərəfinin siyasi-iqtisadi islahatları yubatması ilə bağlı idi.  Hakimiyyət təklifləri ona görə qəbul etmirdi ki, guya xalq hələ islahatlara hazır deyil. Bizimkilər ilk növbədə stabilliy i, daha sonra isə islahatlar önə çəkirdi. Təəssüflər olsun ki, hakimiyyət nümayəndələri öz xalqını alçaldırdılar. Amma artıq bunlar keçmir. Brayzanın gəlməsi Azərbaycanın islahatlara hazır olduğunu göstərir. Amerikanın iqtisadi və siyasi maraqları yalnız demokratik rejimlərdə təmin oluna bilər.

Simsar.az

 






8 Fevral, 2011  17:26 Baxılıb: 1060 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
15 Fevral, 2020  13:28

15 Fevral, 2020  12:35






14 Fevral, 2020  11:39




12 Fevral, 2020  16:52

12 Fevral, 2020  15:46






12 Fevral, 2020  09:38




11 Fevral, 2020  17:17


11 Fevral, 2020  17:00


11 Fevral, 2020  14:28

11 Fevral, 2020  14:17







8 Fevral, 2020  11:14



7 Fevral, 2020  14:05











4 Fevral, 2020  10:57


sagbanner