Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ramil Səfərovdan heyrətamiz addım

Erməni hərbçinin qətlində təqsirləndirilərək Macarıstanda ömürlük həbs cəzası alan Azərbaycan zabiti Ramil Səfərov macar dilindən Azərbaycan dilinə əsər tərcümə edib.

 

Tanınmış macar yazıçı Maqda Sabonun "Qapı" romanı macarcadan Azərbaycan dilinə tərcümə olunmuş ilk kitabdır. Səfərov kitabı 2009-cu ilin oktyabrında dünyasını dəyişmiş anası Nübar xanımın xatirəsinə ithaf edib.

Əsərin əsas qəhrəmanları yazıçı Sabo özü də daxil olmaqla qadınlardır. Psixoloji melodram kimi qələmə alınan romanda yazıçı tipik macar qadının obrazını yaradıb. Əsərdə başı çox bəllalar çəkmiş, öz həyatı ilə risk edərək həmişə insanlara kömək etmiş saf, mərd bir qadın olan Emerencin II dünya müharibəsindən əvvəlki və sonrakı həyatı, onun şərəfli ölümü qələmə alınıb.

Səfərov tərcüməçi kimi yazdığı ön sözdə macar və azərbaycan xalqının həyat tərzində, mədəniyyətində, tarixində çox oxşarlıq olduğunu qeyd edib.

Səfərov yazır ki, Azərbaycanda macar xalqına münasibətin 2004-cü ildə erməni ordusunun zabiti ilə onun arasında baş vermiş hadisəyə və ona oxunan hökmə görə formalaşmasından ciddi narahat olur: "Məhkəmənin hökmü kifayət qədər əsassız və ədalətsiz olsa da, bu, mənim macar xalqına hörmətimi qətiyyən dəyişdirməyib. Ümidvaram ki, tərcümə etdiyim bu əsər xalqlarımızın bir-birini daha yaxından tanıması, dostluq əlaqələrimizin daha da genişləndirilməsi və möhkəmləndirilməsinə cüzi də olsa, bir töhfə olacaq".

Kitabın redaktoru Fazil Güney (Abbasov) kitaba yazdığı ön sözdə bildirir ki, "məhbəsdə olmasına baxmayaraq ruhunun azadlığı və yenilməzliyi, intellektinin dərinliyi və əhatəliyi ilə macarların da böyük hörmətini qazanmış Ramil yaradıcı əməyi sayəsində ona qarşı söylənən qatil, başkəsən uydurmasını yerlə yeksan edir".

34 yaşlı Səfərov 2004-cü ildə NATO-nun Macarıstanda keçirilən təlimi zamanı Azərbaycan bayrağını təhqir etmiş erməni zabit Qurgen Marqaryanı qətlə yetirməkdə təqsirli bilinərək, Budapeşt Məhkəməsinin hökmü ilə 30 il müddətinə əfv hüququ olmadan ömürlük azadlıqdan məhrum edilib.

Səfərov Ermənistanın işğal etdiyi Cəbrayıl rayonundandır. Erməni hərbçi azərbaycanlılara qarşı törədilmiş işgəncələrin şahidi olmuş və işğal nəticəsində doğma yurd-yuvasından didərgin düşmüş, mənən təhqirə məruz qaldığına görə affekt vəziyyətində olan Azərbaycan zabitinin qurbanına çevrilib.

Maqda Sabo (05.10.1917-19.11.2007) Macarıstanın tanınmış qadın yazıçılarındandır. Yazıçının ilk kitabı "Quzu" 1947-ci ildə, ikinci kitabı "İnsana qayıdış" 1949-cu ildə nəşr olunubdur. Bu kitab "Baumgarten" mükafatına layiq görülüb, lakin dövrün siyasi səbəblərinə görə mükafat yazıçıdan geri alınıb. O, "Fresko" və "Abigel" kimi məşhur romanların da müəllifidir. Maqda Sabo həm Macarıstanda, həm də digər ölkələrdə çoxsaylı mükafatlara layiq görülüb və əsərləri 43 ölkədə nəşr olunub. 2003-cü ildə "Qapı" əsərinə görə yazıçıya Fransanın ədəbiyyat üzrə nüfuzlu mükafatı "Prix Femina Etranger" verilibdir.

 






8 Fevral, 2011  15:48 Baxılıb: 1749 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner