Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Yenə keyfiyyətsiz ərzaq malları

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirmişdir.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Suraxanı rayonunun Zığ qəsəbəsində "Ailə market"də, "555 supermarket"də, Zaur Ağayevə, Çiçək Qəmbərovaya məxsus mağazalarda, Xətai rayonunda "Bizim market"də, "Məhəllə market"də, Aidə Məmmədovaya, Binnət Quliyevə və Qəhrəman Qarayevə məxsus mağazalarda, "Beta market"də, Gəncə şəhərində "Abbasoğlu market"də, Fariz Məmmədova məxsus mağazada, Şəki şəhərində "Rəhman" mağazasında, Qazax şəhərində Məzahir Budaqova, Qazax rayonunda Əli Mustafayevə, Ucar rayonunda Nicat Əsgərova məxsus mağazalarda ümumi çəkisi 400 kiloqramdan çox, saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.






8 Fevral, 2011  14:07 Baxılıb: 1900 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16