Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Arıqlamağın 20 qızıl qaydası

İngiltərənin “Daily Mail” qəzeti artıq çəkidən xilas olmağın yollarını açıqlayıb.

Qəzet diyetoloq Susi Burrellin “tarazlıq pəhrizi” adını verdiyi və kilolardan xilas olmaq üçün təklif etdiyi 20 qızıl qaydanı nəşr edib. Lent.az bu qaydaları təqdim edir.

1. Hər şeyi eyni anda etməyin. Qeyri-mümkün hədəflərin əsiri olmayın. Çox tez kilo verməyi hədəfləyib, yorucu iş günlərindən sonra saatlarla məşq etməyə, ailənizə vaxt ayırıb kiçik paylarla bəslənməyə çalışsanız, uğur əldə edə bilərsiniz. Halbuki gündəlik həyatınızda axşamlar daha az yemək, ya da meyvə, tərəvəz meyvə yemək kifayət edə bilər.

2. Mətbəxinizdəki şkafları “təmizləyin” - şokolad, keks, şirniyyat, çərəz, cips kimi qidaları evdən uzaqlaşdırın.

3. Nə yeyəcəyinizi planlaşdırın. Acdığınız zaman önünüzə çıxan, ya da ağılınıza gələn ilk şeyi yeyirsiniz. Bu da artıq çəkidən xilas olmaq üçün doğru yol deyil.

4. Şorba içməyi yaddan çıxarmayın. Soğan, sarımsaq və kərəviz qatılan şorba həm yaxşı bir qida qaynağıdır, həm də bədəndən artıq mayelərin atılmasını təmin edir.

5. Arıqlamaq istəyirsinizsə, spirtli içkilərə son qoyun.

6. Qoz həm E vitaminidir, həm də lif qaynağı. Axşamüstü meyvəylə yesəniz, şam yeməyində çox acmanıza mane olar.

7. Gün ərzində tez-tez tərəvəz yeyin.

8. Günə naharsız başlamayın. Nahar etmədən günün irəliləyən saatlarında nəsə yemək maddələr mübadiləsini zəiflədir.

9. Axşam yeməyinizin miqdarını yarıya endirin. Yeməyin yanına normaldan daha çox salat və ya tərəvəz qoymaq kafi olar.

10. Axşam yeməyi öncəsi böyük bir qab salat yeməniz 120 kalori daha az qəbul etmənizə səbəb olar.

11. Axşam saat 20.00-dən sonra yemək yeməməyə diqqət edin, xüsusilə də dondurma və ya şirniyyat kimi kalorisi yüksək yeməklərdən uzaq durun.

12. Şam edəcəyiniz yeri yaxşı seçin. Hind, Çin və Tailand mətbəxi yağlıdır. Yapon və yunan restoranlarında isə daha sağlam variantlar var. Hər növ çiy balıq, qızartma ət və ya dəniz məhsulu salat və ya tərəvəzlə yeyilsə, yaxşı bir seçim olar.

13. Rejimə ara verin. Bədən davamlı az kalorili yeməklər qəbuluna yaxşı cavab verməz. Həftənin bir günü bir pay da yüksək kalorili qidalar yeyərək pəhriz proqramının xaricinə çıxın.

14. Bir tikəni ən azı 20 dəfə çeynəsəniz, 20 faiz daha az kalori istehlak edərsiniz.

15. Sağlam, çəki problemi olmayan yoldaşlarınızdan dəstək alın.

16. İllərdir, nahar, günorta və axşam yeməklərində eyni növ qidaları yeyib çəkinizi ata bilmirsinizsə, deməli, bunları dəyişdirməyin vaxtı gəldi.

17. Şirniyyatlardan xilas olun. Yaşıl çay, saqqız və içinə limon atılmış buzlu su sizə köməkçi olar.

18. Hər gün mütləq bir saat hərəkət edin. Piyada gəzin, öyrəndiyiniz məşq hərəkətlərini edin, yəni hərəkətdə olun.

19. Tərəzilərin köləsi olmayın. Həftədə bir gündən çox özünüzü çəkməyin. Tərəziyə çıxmağın ən yaxşı zamanı səhərdir.

20. Çəkinizi qorumaq üçün gündə 10 min, arıqlamaq üçün isə 12-20 min addım atmanız lazımdır.






8 Fevral, 2011  13:27 Baxılıb: 1947 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner