Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

Azərbaycanda nağd olmyan dövriyyənin stimullaşdırılmasına ehtiyac var

Plastik kartlar artıq dünya ölkələrinin böyük əksəriyyətində insanların gündəlik həyatına daxil olub.

Ölkəmizdə də bir neçə ildir ki, müəyyən ödənişləri həyata keçirmək, eləcə də əmək haqları və pensiyaları plastik kartlar vasitəsilə almaq üçün imkan yaradılıb. Amma plastik kartlardan daha səmərəli və geniş istifadə imkanları olsa da, biz bu imkandan yalnız pullarımızı bankomatlardan çıxarmaq üçün istifadə edirik.

Xatırladaq ki, Azərbaycanda müasir elektron ödəniş xidmətlərinin təkmilləşdirilməsi və inkişafı üzrə birinci dövlət proqramı ölkə Prezidentinin 2004-cü il 9 dekabr tarixli fərmanı ilə təsdiq olunub. Azərbaycanda proqramın tətbiq olunduğu vaxtdan plastik kartlar bazarı təkmilləşdirilib, pensiyaların, təqaüdlərin, bir sıra sosial yardımların, həmçinin büdcə təşkilatlarında işləyənlərə əmək haqlarının ödəniş kartları vasitəsilə verilməsinə başlanılıb. Mərkəzi Bankın məlumatlarına əsasən, 2010-cu ilin sonuna ölkədə istifadədə 4231 min ödəniş kartı olub ki, bu da 2009-cu ilin sonuna olan göstəricini 6,5 faiz üstələyib.

Dünya ökələrinin təcrübəsi göstərir ki, plastik kartlardan istifadə bir neçə cəhətdən müsbət qarşılanır. Əvvəla, kart istifadə üçün rahatdır və vətəndaş üzərində nağd pul daşımaq məcburiyyətində olmur. İkncisi, plastik kartdan istifadə nağd pul daşınmasına nisbətən daha təklükəsizdir. Belə ki, vətəndaş pulunu və kartını itirə bilər. Plastik kartı tapan şəxs onun gizli şifrəsini bilmədiyindən hesabdakı pulu əldə etməsi mümkünsüzdür. Kartın əsl sahibi qısa vaxt ərzində dublikatı bərpa edərək yenidən öz hesabındakı vəsaitdən rahat istifadə edə bilər.

Plastik kartlar xarici ölkələrdə olanda da bizim köməyimizə gəlir. Səfərdə olarkən plastik kartdan istifadə etməklə alış-veriş edə, xərclərimizi ödəyə bilərik. Kredit kartlarının üstün cəhətlərindən biri də budur ki, bütün ödənişlərin dəqiq hesabatı aparılır və kart sahibi bu məlumatları istənilən anda əldə edə bilər. Təcrübə göstərir ki, kartla alınan malları geri qaytarmaq da daha asandır. Həmin şəxsin müştərisi olduğu bank onun hüquqlarını qorunmaq üçün hər zaman yanında olur.

Ticarət obyektlərindən alış-veriş edərkən ödəmələri nağdsız şəkildə aparsaq vaxt itkisinin qarşısı alınmış olar. Digər tərəfdən, plastik kartlardan istifadə vergidən yayınma hallarının da tədricən aradan qaldırılmasına təkan verə bilər.

Hələ ötən ay Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkə üzrə ticarət-iaşə obyektlərində nağd şəkildə ödəmələrin minimuma endirilməsinin vacibliyini bildirib: «Artıq kredit kartları var, bizim əhalimizin böyük hissəsi kredit kartlarına malikdir. Hər bir məntəqədə, hər bir ticarət obyektində, hər bir restoranda kredit kartlarından, ödəmə kartlarından istifadə olunmalıdır».

Bəs, POS-terminal nədir və ondan necə istifadə olunmalıdır?

POS-terminal (ingiliscə Point of Sale Terminal - ticarət nöqtələrinin terminalı) kartın maqnit zolağından və ya mikroçipindən informasiyanı oxumağa, bank kartı üzrə əməliyyatların aparılması məqsədilə avtorizasiya üçün bankla əlaqə saxlamağa imkan verən elektron qurğudur. Müstəqil işləyən bankomatdan fərqli, POS-terminal xəzinədar vasitəsilə xidmət göstərir. Vətəndaşların ödənişləri kart vasitəsilə həyata keçirmələri, yəni ticarət və xidmət obyektlərində nağdsız ödənişlərin xüsusi çəkisinin artırılması məqsədilə 2010-cu ildə ölkəmizdə 7900-a yaxın POS-terminal quraşdırılıb.

Ticarət obyektlərində bu qədər POS-terminaln olduğu halda vətəndaşlar ödənişlərini plastik kartlar vasitəsilə niyə həyata keçirmək istəmirlər? Araşdırmalar göstərir ki, əslində plastik kart sahibləri kartlardan istifadədə maraqlıdırlar, çünki POS-terminallardan istifadəyə görə heç bir vəsait tutulmur. Burada ticarət və xidmət obyektlərinin özlərindən qaynaqlanan amil ortaya çıxır: POS-terminal vasitəsilə aparılan əməliyyatlara görə komissiya ödədiyindən, mağazalar üçün bu, cəlbedici deyil. Elə bu səbəbdən ticarət obyektləri POS-terminallardan istifadədə maraqlı olmurlar və nəticədə nağdsız hesablaşmaların aparılmasına əngəl yaranır.

Qeyd olunanlardan belə bir qənaətə gəlmək olar ki, ticarət obyektlərinə plastik kartlardan istifadəyə görə müəyyən vergi güzəştləri nəzərdə tutulsaydı, bu onlarda stimul yarada bilərdi. Digər məqam sahibkarların vergidən yayınmaqda maraqlı olmaları ilə bağlıdır. Bəzi ticarət və xidmət obyektləri öz dövriyyələrini gizlətməyə meylli olduqları üçün POS-terminallardan istifadə etmirlər. Təbii ki, bu da nağdsız hesablaşmaların kütləviliyinin arıtırılmasına imkan vermir.

Mərkəzi Bankın sədri Elman Rüstəmov biznes strukturlarının nağdsız ödənişə keçidə marağının artırılması məqsədilə onlarla aktiv dialoqun aparılmasına böyük ehtiyac olduğunu bildirib. Bu məqsədlə nağdsız ödənişlərin stimullaşdırılması ilə əlaqədar bankomatlar və POS-terminallar vasitəsilə aparılan əməliyyatlara görə tariflərin azaldılması da gözlənilir.

Hazırda hökumət elektron ödəniş alətlərindən geniş istifadənin stimullaşdırılması məqsədilə yeni ödəniş sisteminin inkişaf strategiyasını hazırlayır. Yeni proqram çərçivəsində istehlakçıların maarifləndirilməsi üzrə tədbirlərin həyaya keçirilməsi də planlaşdırılır ki, bu, ölkədə POS-terminalların geniş tətbiqinə müsbət təsir göstərə bilər.






8 Fevral, 2011  03:02 Baxılıb: 964 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

21 Avqust, 2019  16:48


21 Avqust, 2019  12:43




21 Avqust, 2019  11:48


21 Avqust, 2019  11:24

21 Avqust, 2019  11:04


21 Avqust, 2019  09:19


20 Avqust, 2019  14:43

20 Avqust, 2019  14:35

20 Avqust, 2019  13:42

20 Avqust, 2019  09:56

20 Avqust, 2019  09:42

20 Avqust, 2019  09:20

19 Avqust, 2019  15:55






17 Avqust, 2019  11:12

17 Avqust, 2019  11:06



16 Avqust, 2019  13:50






16 Avqust, 2019  09:55


16 Avqust, 2019  09:33


15 Avqust, 2019  17:42

15 Avqust, 2019  15:27


15 Avqust, 2019  13:54


15 Avqust, 2019  13:25




15 Avqust, 2019  11:05

sagbanner