Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Korrupsiya bəlasına ekspertlər dərman tapdı

Vasif Mövsümov (solda) və Nazim Məmmədov (sağda)

Beynəlxalq qurumların və nüfuzlu təşkilatların dünya ölkələrində korrupsiyanın səviyyəsi ilə bağlı illik hesabatlarında ölkəmizin adı geri qalmış ölkələr sırasında çəkilir.

Bu statistikaya qarşı aparılan mübarizə hələ də lazımi nəticəni vermir.

PREZİDENTİN SƏRT TONDA ÇIXIŞI

Yanvarın ayında keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə prezident İlham Əliyev rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin daha da ciddi aparılması, ictimai nəzarətin gücləndirilməsi ilə bağlı dövlət strukturlarının rəhbərlərinə tapşırıqlar verib: “Qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməliyik, azad rəqabəti təmin etməliyik, inhisarçılıq meyillərinin qarşısını almalıyıq. Lazımsız yoxlamalar aparılmamalıdır, xüsusilə də hüquq mühafizə orqanları tərəfindən lazımsız  yoxlamalara son qoyulmalıdır ki, ölkədə sahibkarlığın daha da sürətlə inkişaf etdirək, buna daha böyük təkan verək”.
Müşavirədən sonra bir çox strukturlarda korrupsiyaya qarşı ciddi mübarizəyə başlanılıb. Rüşvətxorluğa meyillənən işçilər vəzifələrindən uzaqlaşdırılıblar.

“RÜŞVƏT QORXAQLA QULDUR ARASINDA OLAN GİZLİ SAZİŞDİ”

Keçmiş millət vəkili, iqtisadçı Nazim Məmmədov hesab edir ki korrupsiya halları Azərbaycan üçün hər zaman xarakterikdi: “Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi də yaradılıb ki, bu qurumun vəzifəsi birbaşa olaraq korrupsiya ilə bağlı hüquqpozmaları araşdırmaqdır. Düşünürəm ki, bu sahədə ciddi islahatlar aparılmalıdır. Bir çox məmurların övladlarının özünü cəmiyyət içində aparmaqları ikrah hissi oyadır. Bi tipli insanlar ifşa olunmalıdır. Yalnız qanunları sərtləşdirmək yox, həm də islahatları dərinləşdirmək vacibdir. Korrupsioner dövlət resurslarını öz resursları kimi istifadə edən dövlət məmuru, vəzifəli şəxsdir. Korrupsioner nə qədər öz vəzifəsindən istifadə edirsə, cinayəti bir o qədər böyükdür. Adi bir məişət rüşvətxoru sonradan asanlıqla böyük bir korrupsionerə çevrilə bilər. Belə olan halda vətəndaşlardan çox şey asılıdır. Həmçinin demokratik proseslər genişləndirilməli və mətbuat azad olmalıdır. Hər şeyi ölkə başçısının adına yazmaq olmaz. Ölkədə korrupsiyanın inkişafı prezidentin marağında deyil. İnsanların təpkisi çox önəmlidir. Vətəndaşlar çox vaxt işinin tez bir zamada həll olunması üçün özü məmura rüşvət verir.  Belə olduqda təbii ki, korupsiya halları çox olacaq.  Biz vətəndaş olaraq özümüzdən başlamalıyıq. Prezidentin korupsiyaya qarşı elan etdiyi mübarizəni müsbət qiymətləndirirəm və düşünürəm ki, Azərbaycan üçün zərurudir”. 

“ƏHALİDƏ KORRUPSİYAYA QARŞI MÜQAVİMƏT GÜCLÜ OLMAIDIR”

Korrupsiyaya qarşı mübarizə fondunun icraçı direktoru Vasif Mövsümov korrupsiya hallarının Azərbaycanın imicinə zərbə vurduğunu deyir: “Azərbaycanda korrupsiyaya qarşı mübarizəyə 2004-cü ildən start verilib. 2009-cu il 10 fevral tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilib. Bu beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilsə də, ölkədə korrupsiyaya qarşı mübarizənin icrası acınacaqlıdır. 2010-cu ilin yekunlarına dair müşavirədə də prezident etiraf etdi ki, Azərbaycanda korrupsiyanın səviyyəsi yüksəkdir. Prezident tərəfindən nümayiş olunan bu siyasi iradə niyə aşağı qurumlarda öz ifadəsini tapmır? Daha çox aşağılar yuxarıdan, məmurlardan gələn göstərişlə işləyir. Azərbaycan korrupsiya, daha çox aşağıların korrupsiyasıdır, yəni təhsildə, səhiyyədə və digər sahələrdə rüşvət alınır. Ölkədə əlində səlahiyyət olan bir çox məmur  elə özləri korrupsionerdi. Həm də inhisarçılığın qarşısı alınmırsa, korrupsiya halları da hər zaman olacaq.  Azərbaycanda ilk növbədə məişət səviyyəsində olan rüşvətxorluğu aradan qaldırmaq lazımdır. Vətəndaşların hüquqi savadları olmalıdır.  Vətəndaşlar da bilməlidirlər ki, korrupsiya ölkəni dağıdır və buna qarşı müqavimət göstərməlidirlər. Güclü müqaviməti görən məmur özü geri çəkiləcək. Korrupsiya Azərbaycanın imicinə zərbə vurur. Çox yaxşı olardı ki, korrupsiyaya qarşı mübarizə güclü və davamlı olsun”.

Aynurə Həsənova






8 Fevral, 2011  00:55 Baxılıb: 2197 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner