Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Tokio Kuril adalarının qaytarılmasını tələb edir

Yaponiyanın Baş Naziri Naoto Kan

Yaponiyanın Baş Naziri Naoto Kan Rusiya prezidenti Dmitri Medvedevin 3 ay bundan qabağ mübahisəli adalara səfərini "bağışlanmaz hərəkət " kimi səciyyələndirib.

Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, Cənubi Kuril adaları Yaponiyada Şimal ərazi kimi tanınır. Bu adalar 2-ci Dünya müharibəsindən sonra Sovet Qoşunları tərəfindən işğal edilmişdi.

O vaxtdan bəri, Yaponiya həmin ərazilərin geri qaytarılmasını tələb edir.
Yaponiyanın Baş Naziri Naoto Kan Cənubi Kuril adalarının qaytarılması tələbiylə keçirilən yürüşün əsas natiqiydi.

Yaponiya 7 Fevralı Şimal Ərazilər Günü elan edib.
Bu günü qeyd etməklə eyni zamanda Yaponiya 1855-ci ilin müqaviləsinin də ildönümünü qeyd edir.

Rəsmi Tokio hesab edir ki, həmin müqavilə Yaponiyanın sözü gedən ərazi üzərində hüququnu təsdiq edir.
Kan deyib ki, Rusiya prezidenti Dmitri Medvedevin ötən Noyabr ayında adalara səfəri bağışlanmaz hərəkət olub.

O and içib ki, Yaponiya öz haqqından geri çəkilməyəcək.
Hokkaydo adasından şimalda yerləşən adalar 2-ci Dünya Müharibəsinin son günlərində Sovet qoşunları tərəfindən işğal edilmişdi.

Suverenlik məsələsi ətrafında davam edən mübahisə 2 ölkə arasında rəsmi sülh sazişinin imzalanmasına imkan verməyib.
Yaponiyanın xarici işlər naziri Seiji Maehara bu həftə Moskvaya səfərə gəlməlidir.

O deyib ki, öz siyasi karyerasını adaların tezliklə azad olunması ilə əlaqələndirir.

Lakin Rusiya bildirirb ki, bu məsələ ətrafında gedən diskussiyalardan yorulub.
Yaponiyanın etirazlarına baxmayaraq Rusiyanın Müdafiə Naziri ötən həftə adalara səfər etmişdi.






7 Fevral, 2011  23:51 Baxılıb: 126255 Çap

Bu bölmədə


XƏBƏR LENTİ







10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54


sagbanner