Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Sahibkarlar gömrükdə haqlarını tələb etdi

Korrupsiya və rüşvətxorluqla bağlı hökumətdəkilərin özünütənqid ruhunda çıxışları səngiməmiş gömrük qiymətlərinin qaldırılması barədə xəbər almışıq. “Sədərək” ticarət mərkəzindəki I və II zonada çalışan iş adamları gömrükçülərin “şapka”nı 2 dəfə artırmalarına etiraz əlaməti olaraq avtobuslarla Bakı Baş Gömrük İdarəsinin qarşısına getmək istəyiblər. Yolda polis onların qarşısını kəsib və sahibkarları geri qaytarıblar.

 

“I və II zonada əsasən parça ticarəti ilə məşğul olan sahibkarlar çalışırlar. Onlar Türkiyə, Çin, Suriya və Pakistandan aldıqları tonlarla parçanı yük maşınlarına doldurub Azərbaycana gətirirlər. Gömrükdə 1 kiloqram parçaya görə dünənə qədər “şapka” şəklində 1 dollar 70 sent alınırdı. Bu gün isə gömrükdə qiyməti 3 dollar 50 sentə qaldırıblar. Əvvəl bir “trayler”ə yükə görə 25 min dollar alınırdı. Təzə qiymətlə isə 52-55 min “şapka” alınır. Bir belə əlavə pul verən sahibkar sonradan malı neçəyə satmalıdır ki, maya dəyərini, gömrükçülərin “şapka”sını, yer pulunu, kommunal xərcləri ödəyə bilsin? Bunu heç düşünən yoxdur. Gömrükçülər sahibkarlara sağmal inək kimi baxırlar”. Bunu adının çəkilməsini istəməyən sahibkarlardan biri deyib.

Sahibkarlar onu da deyiblər ki,  etiraz aksiyası baş tutmasa da, effekt verib: “Baş Gömrük İdarəsindən gələn nümayəndə dedi ki. rəhbərliyin adından danışır və “şapka”nın bizlərdən əvvəlki qaydada, yəni 1 dollar 70 sentdən alınacaq. Bundan sonra camaat sakitləşdi”.

 






7 Fevral, 2011  22:00 Baxılıb: 1779 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner