Dağıstan Respublikası Xalq Məclisinin sədri Maqomed-Sultan Maqomedov bu gün Bakıya işgüzar səfərə gəlir.
Dağıstanın Azərbaycandakı daimi nümayəndəliyindən APA-ya verilən məlumata görə, M. Maqomedov bu gün Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək.
Səfərin əsas məqsədi Azərbaycan Milli Məclisi ilə Dağıstan Xalq Məclisi arasında imzalanması gözlənilən saziş üzərində iş aparmaqdır.