Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MİKAYIL GÜLƏDDİNOĞLU: «NAZLI KİŞİ» APARICILARINI QIRACAM» – FOTOSESSİYA

.

“Tele-aparıcı” rubrikasının bu dəfəki qonağı televiziyada 8 il redaktor işləsə də, tanınmayıb. Bir sıra verilişlərin ideyasını verib. İlk dəfə “Olduğu kimi” verilişi ilə efirə çıxıb. Bu gün ölkənin ən populyar teleaparıcılarıdan biri olan, “Sevimli şou” verlişi ilə çoxlarının sevgisini qazanan, Mikayıl Güləddinoğlu ilə söhbətə, onun televiziya fəaliyyəti ilə başladıq...

- Televiziyaya gəlməyim təsadüfi deyil, Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsini bitirmişəm. İxtisasım ədəbi yaradıcılıq və ekran dramaturgiyasıdır. Universitet tədbirlərində aparıcı olurdum. Aparıcılığa maraq o vaxtdan yaranıb. Elçin Əlibəyli ilə tanış olanda hərbi xidmətdən təzə gəlmişdim, iş axtarırdım. Bu tanışlıqdan sonra, “Çal çağır” verlişində ssenarist işləməyə başladım. Dilarə xanımın danışıqlarını, replikaları, qonaqlara sualları mən təşkil edirdim. O vaxt verilişdəki rəhmətlik “Böyük xanım”, “Kiçik xanım”, sonralar “Toppuş bacı”, “Key xanım” obrazları mənim ideyamdır. 8 il redaktor kimi işlədim.

- Efirdə ilk çıxışınız necə oldu?

- “Space tv”-də “Davam ya tamam” adlı bir verlişin layihəsinə dəvət aldım. Ora aparıcı kimi getməmişdim, ancaq efirə bir gün qalmış dedilər ki, aparıcı sən ol. Səhəri gün məşq etmədən efirə çıxdım. Efirarxası fəaliyyət göstərmək daha rahat idi. İlk 10 dəqiqəni bilmədim ki, nə deyirəm, ürəyimin döyüntüsünü qulağımda eşidirdim. Ancaq indi o həyəcan keçib.
Sonra qərara gəldim ki, bir veriliş açım. Həmin veriliş “Olduğu kimi” adı ilə efirə getdi. Aparıcısı olduğum bütün verilişlərin demək olar ki, hamısının redaktoru, ssenaristi, rejissoru özüm olmuşam. Verlişə qonaqları çağırırdım, musiqiçilərlə 8 saat məşq edirdim.

- “Sevimli şou” necə yarandı?

- “Sevimli şou”nu özüm açdım. Bir nəfər tədbirdə mənə təklif elədi ki, verlişə görə sənə pul verirəm. Əvvəlcə fikirləşdim ki, bu mənim xarakterimə uyğun deyil. Ancaq sora qəbul elədim.

- Efir məkanımızdakı digər aparıcılara münasibətiniz necədi?

- Düşünürəm ki, yavaş-yavaş “nazlı kişi” aparıcılarını qıracam. Kişi aparıcıların efirdə nazlanması dəbə çevrilib. Bu birinci növbədə kişiliyə yaraşmır. Axı bununla kimə örnək olacaqlar?! Bu gün iki qız atası Mikayıl Güləddinoğlu olaraq, efirdə kiməsə örnək ola bilmirəmsə, bunu özümə ar bilərəm. Onda nəyə lazımam?!

Televiziyada kimi özünüzçün müəllim sayırsız?

- Televiziyanı “SOY” şirkətindən öyrənmişəm. Televiziya işini öyrənməyimdə, birinci Elçin Əlibəyliyə, daha sonra Siyavuş Hüseynliyə və Oktay Əliyevə borcluyam. Etiraf etməliyəm ki, Rafiq Həşimov da mənə stimul verib. Televiziya işini bilməsəydim, bu gün belə rahat olmazdım.

- Mülayim xarakterli görünürsüz yoxsa eləsiz?

- Xeyr, çalışıram olduğum kimi görünüm.

- Verilişdə çox emosional olursuz, bu da ssenarinin bir hissəsidir?

- Təbii ki, ürəkdən gəlir. Verilişdə qonaqla tamaşaçı arasında münasibəti qura bilməlisən.

Həyatda istədiyiniz yerdəsiz?

- Biz gələcəyimizi istədiyimiz kimi qura bilmərik, ancaq çalışırıq. Çalışdığım qədər, istədiyimə nail olmuşam. Nə qədər alınıb, onu deyə bilmərəm.

Sizi nə yorur?

- Yorulmuram.

- Şükr etməyi bacarırsız?

- Həmişə şükr etmişəm. Bir vaxtlar saçımın tökülməsin dərd eləmişdim. Yaxın günlərdə həkimə getdim öyrəndim ki, problem qara ciyərimdən qaynaqlanırdı. Fikirləşdim ki, kaş bu dərdə düşməzdim, saçım tökülərdi. Şükr ki, sonra məlum oldu ki, səhv diaqnozdu. Onda başa düşdüm ki, insan hər halına şükr etməyi bacarmalıdı.

- İnsanlara hansı xüsusiyyətlərinə görə qiymət verirsiz?

- Səmimiyyətinə. Hər şeyi yaradan səmimiyyətdir.

- Filmə çəkilmək istəmisiz?

- Bu çox təhlükəlidi, çünki aktyorluğu da bacarmaq lazımdı. Son beş ildə, dörd təsiredici filmə baxıb, ağlamışam. Hərdən fikirləşirəm ki, ssenari yaza bilirəm, ancaq bilmirəm o nə dərəcədə təsirlidir? Aktyor rolunu bacarmasa, həm ssenaristin, həm də rejissorun işini puç edəcək. Ona görə də hər kəs bacardığı işi etsə yaxşı olar.

- Kim üçün yaşayırsız?

- Aydın Dadaşovun bir məsəli var “Bədbəxt o insandı ki, özü üçün oynaya”. Mən uşaqlıqdan həmişə hər hərəkətimdə anamı, atamı düşünmüşəm. İndi də anam üçün yaşayıram, evə bir az gec gələndə, anama xəbər verirəm ki, narahat olmasın. 

- Həyatınızı bir film kimi görə bilirsiz?

- Hər insanın həyatı onsuz da bir filmdir. Uzaqdan monoton görünən həyata daxil olduqda, nə macəralar baş verdiyini görürük

- Televiziya aparıcılarının toyda aparıcılıq etmələrinə necə baxırsız?

- Yaxşı, mənim özüm də toy aparıram. Niyə yalan deyim ki, toya getmirəm? Tamadanın fərqi odur ki, çoxlu şeir dediyi üçün tamadalıq daha çətindi. Tamadalıq bacarmıram, ona görə də aparıcılıq edirəm.

Turanə Zeynallı

Fotolar Nurana Novruz 






23 İyul, 2013  17:51 Baxılıb: 13497 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner