Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

«MƏNƏ AZƏRBAYCANIN BACISI DEYİRLƏR» – MÜSAHİBƏ – VİDEO

1

4 il əvvəl Antaliyada yaşayan ibtidai sinif şagirdi Doğa Əkər başlatdığı "Siqaretsiz Ailəm" proyekti ilə öncə Türkiyədə, daha sonra bütün dünyada tanındı. Ailənin tək övladı olan Doğa o zaman 8 yaşına yenicə qədəm qoymuşdu. Ancaq siqaretin zərərlərini elə anlatdı ki, minlərlə adam onun sayəsində bu zərərli vərdişdən qurtuldu. Artıq "Siqaretsiz Ailəm" proyektini Azərbaycanda da həyata keçirmək istəyən Doğa 12 yaşında. Ancaq hələ də öz işini israrla davam etdirir. Oxucular üçün maraqlı olacağını nəzərə alaraq, Doğa Əkərdən xüsusi olaraq Simsar.az üçün müsahibə aldıq. Həmin müsahibəni təqdim edirik:


Özünüzü necə təqdim edərdiz?

- Mən Doğa Əkər 12 yaşım var, tələbəyəm. Antaliyada yaşayıram. Anam həkimdi, atam təqaüdçü, normal bir ailəyik. Mən insanlara kömək etmək istəyirəm,''Siqaretsiz Ailəm'', uşaq hüquqları, əlillərə dəstək və uşaq istismarına qarşı qrupların, proyektlərin müəllifiyəm. Məqsədim dünyada canlı növlərinin yox olmasına maneə törətməkdir. İctimai məsuliyyət daşıyan layihələrim, bu layihələrdən qazandığım 19 plaketim var. Ölkəmdə sevilən biriyəm. Çox məşhur insanların iştirakı ilə ''doğru düşünmənin üsulları'' adında bir kitabım çox yaxında çap olunacaq.

- Sizin üçün Azərbaycan nə deməkdir?

- Mənim atamın ailəsi 1300-cü illərdə Azərbaycandan Türkiyəyə gəliblər. Azərbaycandan gələn qonaqlarım olur, heç yadlıq hiss etmirlər və mən də onlar kimi hiss edirəm. Sanki doğulduğum yerlərdən qohumlarım gəlmiş kimi çox sevinirəm. Antaliyaya gələnlər hər zaman yanıma gələndə çox xoşbəxt oluram. Bir az böyüdükdən sonra Azərbaycan üçün nələrsə edəcəyəm. İctimai mediadan çox tanıdığım var, onları çox sevirəm çox nəzakətli, çox sayğılıdırlar.

- Doğa Əkər, Azərbaycan sizin ölkədə necə tanınır?

- Azərbaycan və Türkiyə - iki xalq, qardaş dövlətdir. Hər iki bayrağımız da bizim üçün çox müqəddəsdir. Xalqımız bizləri iki dövlət, tək millət olaraq görür və mütləq əlaqələrimizi daha da inkişaf etdirməliyik. Azərbaycanlıları çox sevirik və bu sevgimiz heç bitməyəcək.

-Sizi Azərbaycana dəvət etsələr “Siqaretsiz Ailəm” layihəsinə görə hansı işləri görərsiz?

-Azərbaycanı və insanlarını sevirəm. Mənə Azərbaycanın bacısı deyirlər. Bu çox xoşuma gəlir. Türkiyə ilə Azərbaycan arasında daha çox yaxınlıq olsun istəyirəm. Siqaret çəkənlər dəstək almadan siqaretdən imtina edə bilməyəcəklərini düşünürlər. “Siqaretsiz ailəm” layihəsi onlar üçün etibarlıdı. Siqaret çəkmək üçün həmişə bir bəhanə axtararlar, mən də onların siqareti buraxmaları üçün bəhanələri olmaq istəyirəm. Asılılıqların başlanğıcı tütündü. Bir dəfə istifadə edəndəndən sonra, içində olan nikotin bədənə girdiyi an 8 saniyədə beyinə çatar. Hər saniyədə təxminən 50 min beyin hüceyrəsini öldürüb, sinir sisteminə təsir edər. Adamı depresif vəziyyətə gətirər, artıq asılı olarsan.
Tütün ən zəhərli bitkilərdən biridir. Heç heyvan da bu bitkiləri yeməz. İnsanlarsa bunu siqaret olaraq çəkir, ciyərlərini məhv edirlər.
Tütünün rəngsiz mayesi, orqanik əkinçilikdə, parazit böcəkləri öldürmək üçün istifadədə alkoloid adıyla tanınan çox güclü bir zəhərdir. Qısacası böcək dərmanıdır. Çəkdiyiniz hər bir siqaretin zövq verdiyinə inanırsız, amma əksinə həyatınızdan beş ilə on dəqiqənizi alaraq cəmdə ömürünüzün on beş ilini alaraq, tam orta yaş dövründə nəvələrinizlə vaxt keçirməli ən gözəl günlərinizdə sizə xəstəlik və ölüm gətirən asılılıq maddəsidir.
Gündə bir paket siqaret çəkən adamın bədənində 20 ildə 7 kilo qətran yığılır. Qətran bildiyiniz neftin ən zərərli hissəsidir. Vücudunuz buna layiq deyil. Hətta, ölkə iqtisadiyyatına da zərəri var. İnsanların ən böyük qatili olan siqaret meşələrimizin ən böyük düşmənidir. Meşə yanğınlarının yarısı siqaretdən qaynaqlanır. Ayrıca 3 min paket siqaret kağızı üçün 1 ağac yox olmaqdadır. Siqaretə verdiyimiz hər bir manat siqaret çəkənlərdə 1.5 manat daha artıq xərc olaraq geri dönər. Məsələn, Türkiyədə siqaret çəkənlərin cibindən ildə 22 milyard TL pulu çıxar. Eyni şey Azərbaycan üçün də keçərlidir. Eyni zamanda siqaret ömür boyu sürən xəstəliklər, şikəstliklər ölü uşaq dünyaya gətirilməsi və meşə yanğınlarına da səbəb olur. Siqaretin xalq sağlamlığına verdiyi zərər hər il ölkə iqtisadiyyatına gətirdiyi karın dörd qatıdır. Bütün bunları xalqa doğru çatdıran mətbuat da, televiziyalar da Səhiyyə Nazirliyinə dəstək versə, tam bir layihə halına gətirib siqaret çəkməyə yeni başlayacaq uşaqlara mane ola bilərik. Ediləcək çox şey var.
Siqaretdən istifadə etməmək sizlərin sağlam olmanız üçün çox əhəmiyyətlidir. İnsanların sağlamlıqlarına ziyanlı olan siqaretin zərərli olduğunu təmin etmək məni çox xoşbəxt edər. Mənə bir vəzifə verilsə sevə-sevə edərəm.

-Nə üçün bu layihələri başqa ölkələrdə də gerçəkləşdirmək istədiz?

-İndi internetlə ünsiyyət çox sürətli yayılır. Dünyanın hər hansı yerində yaşayan biri ilə online olaraq danışmaq mümkündür. Biz dünyada yaşayırıq və mənim də sağlam bir cəmiyyət üçün qatqım olsun istəyirəm.
-Azərbaycana qardaş Türkiyədən çoxlu salamlarım var. Azərbaycana gələcəyim və sizlərlə görüşəcəyim günü səbirlə gözləyirəm. Asılılıq yaradan maddələrdən uzaq, sağlam, xoşbəxt, dinc bir ömür yaşayın, hələlik.


Samir Aslan xüsusi olaraq
Simsar.az üçün

 

 

 

 






22 İyul, 2013  16:32 Baxılıb: 2089 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner