Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Tutu dieta

SİYASƏT

Danimakra deputatı: "Bu gün hələ də Avropada elə insanlar var ki, Azərbaycanda müharibə getdiyini düşünür və ora getməkdən qorxurlar"

Hüseyn Arac: "Avropa dövlətləri Azərbaycanın strateji baxımından əhəmiyyətini bilirlər".

"Bölgəniz dünyanın diqqət mərkəzində olan bir məkandır"

"Avropada yaşamağıma baxmayaraq, Azərbaycan haqqında təsəvvürlərim var idi. Bilirdik ki, Xəzər dənizi sahilində yerləşir və Sovetlər Birliyinin təsiri altında olub. Zəngin nefti var. Bu gün isə qürurla demək olar ki, Azərbaycan müstəqilliyini eldə edib və inamla öz yolunu davam etdirməkdədir. Amma çox təəssüflə qeyd etməliyəm ki, Danimarkada Azərbaycanı o qədərdə yaxşı tanımırlar və düşünürəm ki, bundan sonra bu yöndə işləri artırmaq lazımdır”.

Bu fikirləri Milli.Az xəbər portalına Danimarka Parlamentinin türk əsilli millət vəkili Hüseyn Arac bildirdi.

“Bizim ayda bir dəfə “Demokrat” adlı türk dilində qəzetimiz çıxır və həftədə bir saatlıq türkcə radiomuz yayımlanır. Bundan sonra Azərbaycan haqqında təbliğatı gücləndirəcəyik. Azərbaycan böyük potensiala malik dövlətdir. Eyni zamanda, Azərbaycan mədəni, demokratik və dünyəvi dəyərlər sistemində yaşayan bir cəmiyyətdir. Xüsusilə, insanlarınızın qonaqpərvərliyi bu gözəlliklərə əlavə rəng verir" - deyə danimarkalı parlamentari bildirib.

H.Arac Azərbaycanın malik olduğu yüksək siyasi, mədəni dəyərlərindən də danışdı:
"Sizin ölkənin zəngin maddi-mənəvi resusrları var. Hiss olunur ki, Avropa dəyərlərinə və demokratik müasirlik ideyalarına meyllilik güclüdür. Avropa dövlətləri Azərbaycanın strateji baxımından əhəmiyyətini bilirlər. Bölgəniz dünyanın diqqət mərkəzində olan bir məkandır və geopolitik baxımdan Azərbaycana maraq böyükdür. Təbii ki, sizin ölkə təzə azadlığını eldə edib və SSRİ aslılığından yaxın tarixdə çıxıb, zamanla da Rusiyanın təsiri azalacaq. Bu gün hələ də Avropada elə insanlar var ki, Azərbaycanda müharibənin getdiyini düşünürlər və ora getməkdən qorxurlar. Bunun üçün güclü informasiya mərkəzi yaratmaq lazımdır ki, Azərbaycan haqqında məlumatlar olduğu kimi dünyaya çatdırılsın. Sizin ölkənin güclü potensialı var və bu, Azərbaycana çox xeyir gətirə bilər”, - deyə H.Arac bildirdi.

Avropadan Türkiyə-Ermənistan məsələsinə baxış necədir - sualına, Hüseyin Arac belə cavab verdi: “İlk öncə onu deyim ki, mən Danimarka dövlətini təmsil edirəm, amma bir türk olaraq baxışlarımı deyə bilərəm: Türkiyənin qonşuları ilə yaxşı münasibət qurması lazımdır və bu siyasətin aparılması Cənubi Qafqaz bölgəsində sülhün, əmin-amanlığın yaranmasına xidmət edir. Amma Türkiyə-Ermənistan məsələsinə gəldikdə burada fərqli mənzərə ortaya çıxır və qardaş Azərbaycan xalqının haqqını gözləmədən addım atmaq yanlışlıq olardı. Ermənistan Azərbaycanın torpaqlarını işğal edib və bir milyondan çox insan qaçqın həyatı yaşayır. Türkiyə, Azərbaycanın iyirmi faiz torpaqları azad edilməmiş işğalçı Ermənistanla sərhədləri açsa, bu addım iki qardaş arasında soyuqluğa gətirib çıxara bilər. Gərək, Ermənistan siyasətçiləri də bölgədə gedən proseslərdən dərs almalıdırlar. Qonşulara nifrət etməklə yaşamaq olmaz. Onlarla barış içində yaşamalısan və bunun üçün birinci vacib şərt, qonşunun torpağına göz dikməməlisən".

Danimarka cəmiyyətində Dağlıq Qarabağ məsələsi haqqında təsəvvürlərin olmamasına təəssüfləndiyini deyən Hüseyn Arac bunu xüsusi vurğuladı: "Danimarka cəmiyyəti Qarabağ haqqında məlumatlara malik deyil. Mütləq Azərbaycan diasporu bu məsələdə cəmiyyətlə işləməlidir. Çünki hər şeyin kökündə təbliğat dayanır", - deyə, H.Arac söylədi.

Elnur Eltürk






7 Fevral, 2011  13:18 Baxılıb: 986 Çap

Bu bölmədə

6 Dekabr, 2019
Atəşkəs pozulub

XƏBƏR LENTİ
7 Dekabr, 2019  13:17

7 Dekabr, 2019  13:04

7 Dekabr, 2019  12:36



7 Dekabr, 2019  10:06




6 Dekabr, 2019  14:25


6 Dekabr, 2019  10:04







5 Dekabr, 2019  09:28

5 Dekabr, 2019  09:25








4 Dekabr, 2019  10:58

4 Dekabr, 2019  10:55








3 Dekabr, 2019  13:56



2 Dekabr, 2019  17:39







2 Dekabr, 2019  10:21

2 Dekabr, 2019  09:20


30 Noyabr, 2019  13:43

sagbanner