Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ermənilər sosial şəbəkələrdə

Ermənistanlı istifadəçilər: ""Facebook" bizi tapıb, biz də "Fecebook"u".

2010-cu il Ermənistanın vətəndaş cəmiyyəti və informasiya məkanı üçün sosial şəbəkələrdə fəallaşma ilə yadda qalıb. İnsanlar nəinki virtual əyləncə məqsədilə şəxsi səhifələrini açıb, həm də Ermənistanda cərəyan edən müxtəlif hadisələrlə bağlı müzakirələri izləyib və onlara qatılıblar. Sosial, ekoloji, hüquq müdafiəsi, milli və siyasi məsələlər ətrafında gedən virtual mübarizənin bəzi hallarda ciddi nəticələri də olub. Qızğın virtual debatlar KİV-in, eləcə də dövlət strukturlarının diqqətini cəlb edib. 

Ermənistanda istifadəçilərin sayına görə ən böyük sosial şəbəkə «Odnoklassniki» hesab olunur. Ermənistan əhalisinin təxminən 850 mini bu saytın istifadəçisidir. Bu sayt asudə zamanlarda əsasən ünsiyyət məqsədilə istifadə edilir. 

Populyarlaşan «Facebook»

Dünyanın ən böyük sosial şəbəkəsi olan «Facebook»un Ermənistanda populyarlığı artmaqdadır.
Ermənistan Cənubi Qafqaz ölkələri arasında «Facebook» istifadəçilərinin sayına görə  3-cüdür.  Bu sosial şəbəkənin erməni istifadəçilərinin sayı 123 mini keçib.

Ermənistanlı istifadəçilər yarım ciddi, yarım zarafatyana deyirlər ki, 2010-cu ildə «Facebook» bizi tapıb, biz də «Fecebook»u.

«Çoxtərəfli informasiya institutu» ictimai təşkilatının sədri, bloqqer Artur Papyan hər gün vaxtının 60 faizini sosial şəbəkələrdə keçirir. Sosial şəbəkə onun üçün təkcə tədqiqat predmeti yox, həm də işçi alətdir. ««Facebook» qəfil peyda oldu, vətəndaş fəallığının müstəqil və siyasi qüvvəsinə çevrildi. «Facebook» dövlətin də diqqətindədir», Artur Papyan deyir.

 «Bu, birinci növbədə keyfiyyət məsələsidir. Əgər «Odnoklassnik»də söhbət oğlanların qızları «bişirməsindən» gedirsə, «Facebook»un müzakirə platforması var. Hazırda yeni meyl yaranıb, insanlar informasiya yaratmaqdansa onların kuratorluğu ilə məşğul olur. Və sosial şəbəkənin nüfuzlu insanları informasiyanın gücünü artırırlar. «Facebook» quruluşuna görə ideal platformadır. Hazırda “Odnoklassniki” də buna gedir, «Facebook»a yaxınlaşmağa çalışır. Əgər «Odnoklassniki» buna nail olsa, onun hansı gücə malik olacağını təsəvvür etməkdə belə çətinlik çəkirəm».

«Ermənistanda «Facebook» bum nəticəsində sosial şəbəkə virtual və real mübarizə cəbhəsinə çevrilib» – fəal istifadəçilərdən biri Artur Avtandilyan belə deyir».

6500 adamı birləşdirən qrup

«Real dünyadan fərqli «Facebook»da demokratik elementlər daha çoxdur. Bu baxımdan Ermənistanda yeni bir cəbhəni təmsil edir»

Ermənistanda «Facebook» divarlarında virtual vətəndaş mübarizəsi 2010-cu ilin yazından başlayıb.  Bu mübarizə öz başlanğıcını mart ayında vətəndaş təşəbbüskar-qrupunun yaranmasından götürüb. 6500 adamı birləşdirən qrup üzvləri «Moskva» kinoteatrının yay zalının sökülməsinə etiraz edib. Öz mütəşəkkilliyi ilə virtual hərəkatın pioneri olan bu təşəbbüsün ardınca çoxları sosial şəbəkəni vətəndaş fəallığı və operativ mübarizə vasitəsi kimi qəbul etməyə başlayıb.

«Biz bu şəhərin sahibləriyik»

2010-cu ildə «Facebook» vasitəsilə paytaxtda yaşıllıqların qorunması üçün lobbiçilik edən qrup  yaranıb. Aprel ayında yaradılan «Biz bu şəhərin sahibləriyik»  adlı təşəbbüs qrupuna 4000-ə yaxın vətəndaş qoşulub. Qrup təsisçisi Qayane Melkomyan deyir ki, bir məqsəd ətrafında birləşən qrup üzvləri əvvəllər bir-birini tanımayıb. 

«Biz hamımız «Facebook» vasitəsilə tanış olmuşuq. Biz bu təşəbbüsə qəfildən başladıq. Mən qrupu yaradanda bu qədər izləyicimin olacağını gözləmirdim.

Bəzi hallarda «Facebook» vasitəsilə aparılan mübarizə öz bəhrəsini verib, digərləri nəticəsiz başa çatıb. Qrup fəalları üçün ən mühüm nailiyyətlərdən biri isə ictimai fəal və ekoloqlarla yanaşı, yaşıllıq zonada tikinti işlərinin aparılmasını Yerevan sakinlərinin də xəbər verməsi olub.  

«Traktor girirsə, ağacları yandırırlarsa – dərhal məlumat alırıq və Ətraf mühafizəsi nazirliyinə zəng edirik. Və bir neçə dəfə «Facebook»dan gələn siqnalların sayəsində traktorların əraziyə daxil olmasının və digər qanunsuz hərəkətlərin qarşısını ala bilmişik».

«Facebook» təşkilatlama vasitəsi

«Biz xarici dilli məktəblərin təkrar açılmasının əleyhinəyik» təşəbbüs qrupu ətrafında 3300-ə yaxın adam toplanıb. Qrup üzvlərindən Armen Hovanisyan:

«Səmimi deyim ki, «Facebook» mənim üçün informasiya və təşkilatlanma baxımından çox faydalı, işgüzar vasitəyə çevrilib».

«Facebook» səhifəsində bir qeyd kifayət edib ki, qrup üzvləri birləşərək, parlament, hökumət binası və prezident iqamətgahı qarşısında etiraz aksiyası keçirsinlər.

Onlar «dil», «ümumi təhsil» haqda qanuna dəyişikliklər layihəsinin etibarsız tanınmasını tələb edib. Bu layihə Ermənistanda əcnəbi dildə tədris edən məktəblərin açılmasına yaşıq işıq verirdi.

Mübahisəli paket müəyyən əlavələrdən sonra ilin sonunda parlament tərəfindən qəbul edilib.

Hamilə qadınların etirazı

İlin sonunda isə «Facebook»da analar və ana olmağa hazırlaşan qadınlar arasında etiraz dalğası yayılmışdı. Onlar «müvəqqəti iş qabiliyyətini itirməyə görə müavinətlər» haqda qanuna dəyişikliyə etiraz edirdi. «Facebook» divarında doğan etiraz dalğası bir müddət sonra virtual məkandan prezident iqamətgahına qədər yayılıb. Hamilə qadınlar Ermənistan vətəndaş cəmiyyəti tarixində ilk dəfə olaraq küçələrə çıxaraq, etiraz aksiyası keçiriblər.

Hamilə qadınların mübarizəsi nəticəsində hökumət geri çəkilib və qanuna edilmiş dəyişikliyi nəzərdən keçirməyə söz verib. Baş nazirin müvafiq göstərişi ilə məsələ dekabrın sonunda təşəbbüs qrupunun üzvləri ilə parlament komissiyasında müzakirə edilib.

«Facebook»un ictimai həyatdakı rolu o qədər ciddiləşib ki, bir gün ermənilər onun bağlanacağından ehtiyatlanırlar. Sosial şəbəkə istifadəçiləri isə buna imkan verməyəcəklərini və belə olarsa güclü ictimai etiraz dalğası yaracağını bildirirlər.

2010-cu ildə Ermənistanda «Facebook» istifadəçilərinin sayı xeyli artıb. Maydan dekabra qədər 60 faiz artım olub. “Çoxtərəfli informasiya institutu” ictimai təşkilatının sədri Artur Papyan artımın misilsiz olduğunu deyir.

«Son dərəcə heyrətləndirici artımdır, iki il əvvəl eyni artımı “Odnoklassniki» yaşamışdı. Əgər bu artım davam edərsə, «Facebook» texnologiya kimi tezliklə dominant olacaq».

/"Азадлыг" радиосу/






7 Fevral, 2011  03:34 Baxılıb: 1851 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner