Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Dünya

Britaniyanın baş naziri müsəlmanları təhdid edir

Böyük Britaniyanın baş naziri Devid Kemeron

Kemeronun çıxışı böyük qalmaqal yaradıb.

Milli.Az xəbər portalı "The Guardian"a istinadən bildirir ki, Böyük Britaniyanın baş naziri Devid Kemeron ultrasağçı təşkilatların qarşısından geri çəkilməkdə suçlanıb. Britaniyadakı antifaşistlər, müsəlmanlar və müxalifətçilər siyasətçini Münhendə keçirilmiş konfransdakı çıxışına görə tənqid edirlər.

Kemeron konfransdakı çıxışında bildirib: "Multimədəniyyət siyasəti bizi pis vəziyyətdə qoydu. Artıq əzələli liberalizm vaxtı çatıb. Ekstremizmlə yumşaq davranmaq siyasəti Britaniyana təcrid olunmuş milli icmaların yaranmasına səbəb olub. Bu icmalar britan cəmiyyətinə uzlaşmaq istəmirlər. Son illər yürüdülən passiv tolerantlıq siyasətindən imtina barədə açıq danışmaq gərəkdir".

Baş nazirin çıxışından az sonra Britaniyanın Luton şəhərində kütləvi anti-İslam nümayişi keçirilib. Nümayişçilərin əllərində "Müsəlman terrorçular, rədd olub gedin!" şuarları olub.

Britaniya antifaşistlərinin lideri Nik Louls, "Ramazan" Müsəlman Fondunun rəhbəri Məhəmməd Şəfik və sabiq DİN başçısı, leyborist Cek Stro baş naziri sərt tənqid ediblər.
Onların sözlərinə görə, Devid Kemeron faşistlər və ultraçağsıların qarşısından geri çəkilib.

"Baş nazirin niyyəti nə olursa-olsun, onun çıxışı cəmiyyətdə nifrət və qarşıdurma yaratmaq istəyənlərə əl verir", - Nik Louls deyib.






7 Fevral, 2011  02:35 Baxılıb: 2034 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16