Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Misirdə "Müsəlman Qardaşları" hökumətlə danışıqlara gedir

Misirlilərin bir çoxu bu gün iş yerlərinə qayıdırlar.

Misirdə nümayişlərin davam etdiyi bir vaxtda qadağan olunmuş "Müsəlman Qardaşları" təşkilatı elan edib ki, hökumətlə danışıqlar prosesinə qoşulmağa hazırdır.

Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, bu gün Qahirədə banklar və bizneslər fəaliyyətlərini bərpa edə bilərlər.

Bununla belə Təhrir meydanına yığılmış anti-hökumət nümayişçiləri dağılışmaq istəmirlər.
Bu arada ölkənin ən nüfuzlu müxalif qrupu - "Müsəlman Qardaşları" elan edib ki, təşkilat hökumətlə danışıqlara getsə də, yalnız bir məsələni müzakirə edəcək.
Bu da prezident Mübarəkin necə və nə vaxt kreslosunu tərk edəcəyi məsələsidir.

Ekspertlər qeyd edirlər ki, təşkilat danışıqlara razılıq verməklə çox böyük bir sövdələşməyə girir.
Onları artıq indidən son iki nümayişə başçılıq etməkdə astagəl olmaqda günahlandırırlar.
Digər müxalifət partiyaları elan ediblər ki, Hüsnü Mübarək getmədən heç bir danışıqlara girməyəcəklər.

Hökumətin vəzifəliləri iddia edirlər ki, azad və ədalətli seçkilər üçün keçid tədbirləri yalnız prezident Mübarəkin nəzarəti altında mümkündür.
İdeyalardan biri prezidenti bir növ kənara itələyib, lakin hakimiyyətini formal olaraq saxlamaqdır.
Görünür, ABŞ-ın elçisi Frank Uiznerin qəribə təklifini də bu bucaqdan qiymətləndirmək lazımdır.
O demişdi ki, prezident Mübarək hələlik vəzifəsində qala bilər.

Bu arada misirlilərin bir çoxu bu gün iş yerlərinə qayıdırlar.
Banklar və bizneslər də işlərini bərpa etmək niyyətindədir.
İndi hökumətin bircə ümidi qalır ki, etiraz dalğası yorulub yavaş-yavaş sıradan çıxsın.






6 Fevral, 2011  20:46 Baxılıb: 1879 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner