Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

DİLİMİZİN DÖVLƏT DİLİ ELAN EDİLDİYİ BİNADAN - REPORTAJ

.

 Bura Dövlət atributlarının qəbul edilməsi, Azərbaycan vətəndaşlığı barədə qanunun qəbuluna şahidlik edib. Bu məkanda Milli Ordunun təsis edilməsi haqqında, azərbaycanlılara törədilən soyqırımla bağlı fövqəladə tədqiqat komisiyyasının yaradılması haqqında, poçt-teleqraf haqda, Hərbi səfərlik haqda, “Azərbaycan” qəzetinin təsis edilməsi və nəşri haqqında, Hərbi məktəblərin yaradılması və s. barədə çox önəmli qanunlar qəbul edilib.

Gəncə şəhərinin tarixi binalarından olan Azərbaycan Dövlət Aqrar Universitetinin binasına baş çəkdik. Binaya daxil olarkən ilk baxışdan bizə yalnız universitet binası təsiri bağışlasa da, Fətəli xan Xoyskinin otağını gördükdən sonra fikrimiz dəyişdi. Binanın cümhuriyyətin binası olduğunun da ayrıca önəmli məqam idi. Binada təmir-bərpa işləri aparılsa da, bu otaq öz tarixiliyini hələ də qoruyub saxlayıb. Məhz bu otaqda imzalanan sənədləri, kitabları və Fətəli xan Xoyskiyə məxsus bir çox əşyanı, hələ o dövrdə istifadə olunan tarixi əşyaları görmək mümkündür. Masa üzərində o dövrdə nələrdən istifadə olunubsa, necə var eləcə də dururdu. Binanın foyesində hazırlanmış Xalq Cümhuriyyətinə aid stend və divarda vurulmuş cümhuriyyət qurucularının barelyeflərinin, xatirə şəkillərinin olması da diqqətimizi çəkdi.  

Daha sonra bələdçimiz binanın tarixindən danışdı. Onun verdiyi məlumata görə, Gəncənin memarlıq üslubuna uyğun olan binanın tikintisi 1897-ci ildə başa çatıb. Tikintisi başa çatan bina əvvəlcə ali təhsil binası kimi fəaliyyət göstərsə də, hələ o zaman bu bina tikilərkən burada DUMA adlandırılan «Zemstvo» idarəsi yerləşib. 1908-ci ildən isə Gəncə qubernatorluğu fəaliyyət göstərib. Daha sonra burada 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının ilk parlamenti yerləşib. 1918-ci ilin iyunun 17-də Azərbaycan Milli Şurası ölkədə yaranmış ağır vəziyyəti nəzərə alaraq, öz fəaliyyətini dayandırmaq və yeni parlament çağırılanadək bütün hakimiyyəti Nazirlər Şurasına vermək barədə qərar qəbul etdiyi ilk iclasını məhz bu binada keçirib. “Azərbaycan dili elə bu binada dövlət dili elan edilib. Dövlətin atributları, eləcə də azərbaycanlıların səfərbərliyə alınması haqqında qanun, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırmı tədqiq etmək üçün fövqəladə komissiya, həmçinin Azərbaycan vətəndaşlığı haqqında qanun da bu binada qəbul edilib”. Binada 1920-ci il noyabrın 14-də görkəmli dövlət xadimi Nəriman Nərimanovun təşəbbüsü ilə Azərbaycan İnqilab Komitəsinin qərarına əsasən Bakı Politexnik Məktəbinin bazasında Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutu təsis edilib. Bina bu günün özündə də özəlliyi ilə fərqlənir.

Bütün bu hadisələrə şahid olan həmin bina 20-ci əsrin ortalarından etibarən Azərbaycanda aqrar elmin inkişafı üçün öz töhfəsini verən ilk və yeganə ali məktəb Azərbaycan Dövlət Aqrar Unversitetinin binası kimi fəaliyyət göstərir. Binaya baxış keçirdikdən sonra burada Aqrar elm, təhsil və cümhuriyyət muzeyi adlanan bölməyə daxil olduq. Əvvəl tarixi bina kimi qorunub saxlanan bu bölməyə daxil olmağa icazə verilməsə də yalnız jurnalist olduğumuzu bildikdən sonra daxil olma icazəsi verildi.
Böyük məmnuniyyətlə binanın tarixi və muzeylə bağlı suallarımızı cavablandıran muzey müdirəsi Şəhla Məmmədova bildirdi ki “19-cu əsrə aid olan bu bina Rəfilbəylilər nəslinə məxsusdu. Bura öncə DUMA-nın, daha sonra parlamentin binası olub. 20-ci əsrin ortalarından etibarən Azərbaycan Kənd Təsərrüfatı Akademiyasi indiki ADAU-nun binası kimi fəaliyyət göstərir. Olduğunuz bu otaq 1918-ci il sentyabr ayın 15-dək Azərbaycan Xalq Cümhuriyətinin Gəncə dövründə Fətəli xan Xoyskinin iş otağı olub”.

Daha sonra bizi qarşılayan tarixçi Məleykə Əlizadə bildirdi ki “bu otaqda Cümhuriyyətin Gəncə dövründə, yəni 3 ay müddətində 130-dan artıq qərar qəbul edilib. Bura Dövlət dilinin Azərbaycan dili elan edilməsi, dövlət atributlarının qəbul edilməsi, Azərbaycan vətəndaşlığı barədə qanunun qəbuluna şahidlik edib. Bundan əlavə bu məkanda Milli Ordunun təsis edilməsi haqqında, azərbaycanlılara törədilən soyqırımla bağlı fövqəladə tədqiqat komisiyyasının yaradılması haqqında, poçt-teleqraf haqda, Hərbi səfərlik haqda, “Azərbaycan” qəzetinin təsis edilməsi və nəşri haqqında, Hərbi məktəblərin yaradılması haqqında və s. çox önəmli qanunlar qəbul edilib. Kabinet təsis edildikdən sonra Nuru Paşa ilə görüşlər də məhz bu binada keçirilib”.

Sonda onu da təəssüf hissi ilə qeyd edim ki, bu özəlliklərə malik binanın bütünlüklə Cümhuriyyət Muzeyi binası olması təklifi millət vəkilləri tərəfindən dəfələrlə irəli sürülsə də, Mədəniyyət və Turizm Nazirliyindən hələ də razılıq alınmayıb.

Cəmilə Kərim,
Simsar.az-ın bölgə müxbiri 

 






18 İyul, 2013  16:35 Baxılıb: 2035 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner