Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakı şəhər Prokurorluğu məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş partlayışın səbəblərini açıqlayıb

Bakı şəhər Prokurorluğu Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş partlayışla bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, fevralın 4-də, saat 19:00 radələrində paytaxtın Yasamal rayonu, Şərifzadə küç.,1 ünvanında yerləşən Azərbaycan Texniki Universitetinə məxsus yataqxananın II mərtəbəsində məskunlaşmış Zəngilan rayon sakini Cəfərov Rəhman Qulam oğlu texniki işlərin görülməsi üçün yaşadığı otaqda saxladığı təbii qaz balonunun partlaması nəticəsində aldığı xəsarətdən ölüb.

Yasamal rayon Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitin xarici müayinəsi aparılıb, ölümün səbəblərini müəyyən etmək məqsədilə meyit daxili müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə göndərilib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir.

İlkin araşdırmalarla müəyyən edilib ki, R.Cəfərovun usta kimi texniki işlərin görülməsi üçün istifadə etdiyi və yaşadığı otağın mətbəxində saxladığı təbii qaz balonunun sızması nəticəsində otaqda qaz yığıntısı yaranıb. Həmin günü o, saat 19:00 radələrində otaqda elektrik lampasını yandırdıqda partlayış baş verib və nəticədə aldığı xəsarətdən orada ölüb.

Hadisə nəticəsində yanıq xəsarət almış Bağırova Safurə Muxtar qızı xəstəxanaya yerləşdirilib, digər sakinlər Bağırov Vaqif Rafiq oğlu, Məmmədov Anar Arzu oğlu və Hüseynova Səltənət Fərhad qızı isə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanadan evə buraxılıblar.

Hazırda Yasamal rayon Prokurorluğunda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.






5 Fevral, 2011  22:28 Baxılıb: 1695 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner