Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

BAZAR NİYƏ “OD TUTUB YANIR?”

Vahid Məhərrəmov: «İstehsalın tələbi ödəməməsi bahaçılığı şərtləndirən ilkin səbəbdir»

Yayın ortası gəlib çıxsa da, bazarlarda bahaçılıq hökm sürür. Hətta mövsümü meyvə-tərəvəzin qiymətində də fərq hiss olunmur.

Apardığımız araşdırmanın nəticəsidə alıcıların xüsusilə meyvələrin qiymətindən narazı olduğu məlum oldu. Daha sərfəli alış-veriş yeri hesab olunan bazarlarda belə gilas 2 -2.5 manat arasında dəyişir. Ərik 2-3 manat, şaftalı 0.80-1.20 -yədir. Mövsümü tərəvəzlərin qiyməti də ürəkaçın deyil. Belə ki, badımcan 50-70, lobya 80-1.20, pomidor 60-1.20, xiyar 50-70 qəpiyə satılır. Ötən ildən bahalaşan soğanın qiymətindəki bu tendensiya bu il də davam etməkdədir. Soğanın qiyməti 50-70 qəpik arasındə dəyişir. Belə olan təqdirdə alcıların qismən aztəminatlı hissəsi bu məhsullardan alıb, nəinki qış tədarükü görə bilir, hətta gündəlik tələbatlarını da ödəyə bilmirlər. Əgər əvvəlki illərdə mövsümü meyvə-tərəvəzin qiymətində şəhər və rayonlarda xeyli fərq olurdusa, bu il həmin hal müşahidə olunmur. Belə ki, müxtəlif bölgələrdə də bahaçılıq hökm sürməkdədir.

İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar siyasət üzrə eksperti Vahid Məhərrəmov hesab edir ki, ölkədə kənd təsərrüfatı mallarının qiymətinin baha olmasının bir neçə səbəbi var. O, Simsar.az-a açıqlamasında bildirib ki, səbəblərdən ən başlıcası ölkənin meyvə-tərəvəz istehsalının tələbi ödəməmsidir: «Bu baxımdan bazarda təklif azalıb. Əhalinin sayının hər il 1.3 faiz artmasına baxmayaraq, məhsul istehsalı azalır. Digər səbəb kimi onu göstərmək olar ki, meyvə-tərəvəzin yığılması, saxlanılması, daşınması daha çox xərc tələb edir. Bu da öz növbəsində onun maya dəyərinə təsir edir. Bir tərəfdən də Türkiyə və Gürcüstandan ölkəyə məhsul idaxalında inhisarçılıq hökm sürür. İnhisarçılar da qiymətləri endirməyərək, yaranmış vəziyyətdən bəhrələnməyə çalışırlar. Həm daxildən gətirilən, həm idxal olunan malların topdansatış mərkəzi olan «Meyvəli» şirkətinin rəqibinin olmaması bazara təsir edir. İri topdansatış bazarı olarsa, fermerlər də məhsulunu ora gətirib ucuz qiymətə sata bilər. Amma bu gün fermerlərin məhsullarını «Meyvəli» şirkətinə satmaqdan başqa yolu yoxdur. Məhsulunu bazara vermək üçün Bakıda gecələməli, bazarda yer əldə etməlidir ki, bunun özü də xərc tələb edir. Rəqabət mühiti olmadığına görə, «Meyvəli» də bundan istifadə edir. Bütün bunlar qiymətlərin yüksək olmasını şərtləndirir».

Eksertin sözlərinə görə, istehsalın aşağı olması da fermerlər üçün yaradılmış vəziyyətlə bağlıdır: «İndi əvvəlki kimi geniş meyvə bağlarına rast gəlmək mümkün deyil. Olan bağlarda da bu il məhsula yaxşı qulluq edilmədiyinə görə istehsal aşağı düşüb».
V. Məhərrəmov qeyd etdi ki, ölkəyə təlabatın 5 faizi qədər mineral gübrə gətirilir, üzvü gübrədən ümumiyyətlə istifadə olunmur: «Bar verən ağaclara yaxşı qulluq olunmadığına görə, onlar stress amillərə tez məruz qalır, meyvələrini, çiçəklərini tökürlər. Bu səbəbdən də məhsuldarlıq ilbəil aşağı düşür».

Ümumiyyətlə ekspertlər bu sahədə aparılan dövlət siyasətini qənaətbəxş hesab etmirlər. Onların fikrincə, fermerlərə həm istehsal, həm də həmin məhsulu azad formada satmaq üçün şərait yaradılarsa qiymətlər təbii formada müəyyənləşər. Digər tərəfdən isə istehsalçıların maarifləndirilməsi istiqamətində işlər aparılmalıdlır. Belə ki, fermerlər təkcə məhsul istehsalı ilə bağlı deyil, həm də bazardakı tələbatla bağlı məlumatlı olmalıdırlar ki, nə əkib-becərəcəklərini düzgün müəyyənləşdirsinlər. Bazarlarda da hər hansı bir məhsulla bağlı qıtlıq yaranmasın ki, bu da həmin məhsulların baha olmasına gətirib çıxarsın.

Xatirə Nəsirli






16 İyul, 2013  15:15 Baxılıb: 2138 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner