Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

DONDURMALARIMIZ YEYİLMƏLİDİ? - ARAŞDIRMA

.

Dondurma mövsümü başlayandan, mağazalarda müxtəlif növ dondurmalar satışa çıxarılıb. Satışda olan dondurmaların çoxu xarici ölkələrdən gətirilsə də, milli dondurmalarımız da satışda xüsusi yer tutur. Simsar.az dondurmaların keyfiyyəti, saxlanma müddəti, yerli-xarici dondurma ayrımı və s. barədə araşdırmanı sizə təqdim edir.

Şəhər sakini Sara Hüseynova dondurmaları yerli yaxud xarici olmasına görə seçmədiyini, əsasən onların keyfiyyətinə və dadına fikir verdiyini söyləyir.

Sona xala isə yerli dondurmadan xoşu gəldiyini, əsasən ailəsi üçün kq-la satılan dondurmalardan aldığını bildiridi: “Dondurmanın keyfiyyətinə əmin olmuram, amma istehsal tarixinə baxıram”.

Məktəbli Orxan isə ucuz olsun deyə, əsasən 30-40 qəpiklik dondurmalar yediyini deyir: “Ürəyim istiyəndə gedib ucuzun alıram, nə fərqi var ki, ya ucuz, ya bahalı, əsas odu marojna yeyim”.

Satıcı Fəzail bəy nə çox bahalı, nə də çox ucuz dondurmalar satılmadığını, əsasən 1 manat həcmində olan dondurmaların çox satıldığını bildirib: “Dondurmalar soyuducuda saxlanılır, iş vaxtı bitdikdə belə soyuducu sistem həmişə işlək vəziyyətdə qalır”.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Fazil Talıblı Simsar.az- açıqlamasında dondurmaların keyfiyyətinin yay mövsümündə vətəndaşları daha çox maraqlandıran məsələ olduğunu bildirib: “Məhsullara olan nəzarət proqramında dondurma məhsulları əsas yer tutur. Bu gün sevindirici haldır ki, xaricdən idxal olunan dondurmalarla yanaşı, Azərbaycan da öz bazarını yaradıb. Həm keyfiyyətinə görə, həm dadına görə fərqlənən dondurmalar istehsal olunur. Beynəlxalq standartlara cavab verən dondurma dövlət komitəsinin nəzarəti altındadır. Dondurma bazarında bu gün daha çox tələb olunan yerli məhsullardı. Yerli dondurmaların bazarda əsas yer tutması, istehsalçılar üçün də sevindirici haldır. Aşkar olunan nöqsanlarla bağlı təhlillər aparılır, nöqsanların aradan qaldırılması üçün tədbirlər görülür, iradnamələr verilir. Nöqsanlar sahibkarların diqqətinə çatdırılır, sahibkarlar o nöqsanların aradan tez qaldırılmasına əməli tədbirlər görür. İstehsalına davam etdirilməsi ilə bağlı icazə verilir. Aparılan monitorinqlər nəticəsində elə yerlər aşkar olunur ki, orada dondurma istehsalı şəraiti, texnalogiyası, xammal sertifikatı olmayan məhsul istehsal olunur. Laboratoriya nəticəsində aşkar olunub o məhsulların istehsalı dayandırılır.
Hələ ki, yay mövsümündə dondurma ilə bağlı şikayətlər olmayıb. Bu sahədə istehlakçılar da bir az ayıq-sayıq olmalıdılar. Dondurma alarkən fikir verməlidilər. Dondurma aldığı marketin satış nöqtəsində dondurmanın saxlamaq üçün pratorlar olur, orada saxlama temperaturu göstərilir. Satış rejimində də ona riayət edilməlidi. Dondurma çox keyfiyyətli istehsal oluna, istehsal baxımından keyfiyyəti təsdiq edən sənədlərlə satış nöqtəsinə gələ bilər. Ancaq satış yerində saxlanma şəraitinə riayət edilmədiyinə görə keyfiyyətini itirə bilər. Biz çox vaxt şahidi oluruq ki, elektrikə qənaət etmək səbəbiylə, mağaza sahibi axşam işini dayandırdıqda işıqları söndürür. Soyuducular sönür və dondurma başlayır əriməyə, gecə boyu səhərə kimi ərimiş dondurmanı yemək təbii ki, düzgün deyil. Dondurma bir dəfə əriyə bilər və artıq ikinci dəfə əriyib donması düz deyil. Skandinaviya, Rusiya və Avropadan müxtəlif növ dondurmalar gəlir. Ancaq buna baxmayaraq, sevindirici haldır ki, yerli dondurmalarımız həm kəmiyyət, həm də keyfiyyət baxımından xarici məhsullardan heç də geridə qalmır. Azərbaycan dondurma bazarı yeni bazardı, planda var, elə müəssisələrimiz olacaq ki, xaricə öz məhsullarını çıxarsın. Yaxın illərdə bu gözlənilir, dondurmalarımız xaricdə də öz yerin tutub tanınacaq.

Qidalanma gigiyenası bölməsinin müdiri İmran Adbullayevin də məhsulların istehsal şəraitinə xüsusi nəzarət olunduğunu bildirdi: “Təhlükəsizlik tədbirləri həyata keçirilir. Müəssisənin istehsal etdiyi məhsulları müayinədən keçiririk, sağlamlığa mənfi təsir göstərəcək bir amil olarsa, onu aradan qaldırmaq üçün tədbirlər görülür. Bir neçə yer var ki, orda istehsal şəraitində problemlər var, müvafiq işlər aparılır. Sağlamlaşdırıcı tədbirlər dedikdə, müəssisənin sanitariya – texniki vəziyyəti nəzərdə tutulur. Müəssisənin divarlarına kafellər vurulmalıdır, ventilyasiya sistemi quraşdırılmalıdır, işçilər üçün xüsusi geyim olmalıdır. Sanitariya qaydalarının tələbləri yerinə yetirildikdən sonra, biz o müəssisələrə sertifikat verə bilərik. Elə müəssisələr var ki, orada hər cür şərait yaradılıb, bu qaydalara riayət olunmadıqda, onlara sertifikat verilib”.

İstehlakçılar Birliyin sədri Eyyub Hüseyovdan satışda olan dondurmalarla bağlı şikayətlərin daxil olduğunu öyrəndik: “Biz dondurmalarla bağlı monitorinqlər keçirmirik. Ancaq keçirilən monitorinqlərdə yoxlamalar aparılır, telefon zəngləri ilə daxil olan şikayətlər barədə araşdırmalar aparılır. İnsanlar dondurmalar barədə məlumat almaq istəyir. Dondurma süd məhsuludu, uzun müddət saxlanıla bilməz. Əgər saxlama müddəti uzun göstərilirsə, bu o deməkdi ki, çoxlu kimyəvi maddələr qatılıb. Alıcılara məsləhət görürəm ki, saxlama müddəti qısa olan dondurmalara üstünlük versinlər. Həftədə 3 dəfədən artıq dondurma yemək düzgün deyil. Bir dəfəyə 3-dən artıq dondurma yemək olmaz. Temperatur aşağı düşə bilər və insan çox ciddi xəstəliklərə tutula bilər”.

Həkim Zülfiyyə xanım isə zəhərlənmə hallarında əvvəlcə ilk tibbi yardım olaraq, duzlu su qəbul olunmasını məsləhət görür: “Daha sonra təcili həkimə müraciət olunmalı, mədə yuyulmalıdır. Antibiotiklə bədəndə olan zəhərli maddələr, qana keçməmiş məhv edilməlidir. Zəhərlənmənin ilkin əlamətləri rəngin saralması, ürək bulanması, mədə-bağırsaq sisteminin pozulmasıdır. Belə hallarla qarşılaşmamaq üçün etibarlı marketlərdən dondurmanın alınması məsləhət görülür”.

Turanə Zeynallı






12 İyul, 2013  15:37 Baxılıb: 4177 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner