Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

QARPIZ YEMƏK VAXTIDI? – ARAŞDIRMA

Hələ qarpız kəsəcəyik...

Əvvəllər yalnız avqust ayında yeyilən və kütləvi halda satışa çıxarılan qarpıza indi nəinki iyunda, hətta yanvar-fevral aylarında da rast gəlmək mümkündür

Ancaq əhalinin bir qismi iyun-iyul aylarında qarpız almaqdan çəkinir. Buna əsas səbəb kimi isə “indiki qarpızlar gübrəlidir” deyilir. Yaranan bu düşüncənin nə dərəcədə həqiqətlə uzlaşdığını öyrənmək üçün İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar siyasət üzrə eksperti Vahid Məhərrəmova müraciət etdik. V.Məhərrəmov Simsar.az-a verdiyi açıqlamada bildirdi ki, ümumiyyətlə, qarpızın iyunda və avqusta satışa çıxarılmasının elə bir fərqi yoxdur. “Əsas məsələ qarpıza verilən azotun miqdarıdır. Həmin azot avqust ayında da çox vurula bilər. Azotlu gübrə çox istifadə edildikdə meyvə və tərəvəzin görünüşü gözəl, dadı şirin olur. Bu isə alıcıların aldanmasına səbəb olur. Qarpızda nitratın miqdarı normadan çox olduqda, orqanizmdə nitritin yaranmasına səbəb olur. Nitratın miqdarını müəyyənləşdirmək üçün fermerlər yetişdirdiyi məhsulu laboratoriyalarda yoxlamaya göndərməlidirlər. Çünki qida məhsullarında nitratın çox olması hemoqlobinin aşağı düşməsinə yodun azalmasına beləcə yaddaş pozğunluğuna, ən nəhayətində zəhərlənməyə gətirib çıxarır. Son vaxtlar zob xəstəliyinin yaranması da məhsullarda nitratın çox olmasından irəli gəlir. Bəzi dövlət qurumları bazarda satılan məhsulların yoxlanmasına start verib. Ancaq yoxlamalar bazarda yox, bostanda aparılmalıdır ki, dəqiq nəticə əldə etmək olsun. Bu həm də alıcıların hüquqlarının müdafiəsi deməkdir. Əhali də aldığı məhsulun ekoloji təmiz olduğunu bilmək üçün istehlak etməmişdən qabaq onu yoxlamalıdır. Yoxlamanı müxtəlif cihazlarla və ya göz qərarı ilə etmək olar. Məsələn, qarpızın içi birrəngli deyilsə, dadında dəyişilmə varsa, onda həmin məhsulda zəhərləyici maddələr var deməkdir. 
Zəhərlənmələr yalnız qarpızdan olmur. Bəzən bəziləri qarpız yedikdən sonra zəhərləndiklərini desələr də, unutmaq lazım deyil ki nitrat yalnız qarpızda olmur. Pomidor, xiyar, ət və süd məhsullarında nitrat var. Qarpızdan sonra bu qidaları qəbul etmək orqanizmdə nitratın faizinin çoxalmasına səbəb olur. Bu da zəhərlənmələrə gətirib çıxarır. İnsanlarda hər kiloqrama görə nitrat norması var. Uşaqlarda gündəlik nitrat norması 50 milliqram, yaşlılarda 500-600 milliqramdır. 1 kq qarpızda normal nitrat miqdarı 60 milliqram, yemişdə 90 milliqramdır. Digər məhsullarda, məsələn, çuğundurda 1400 milliqram, xiyarda 150 milliqram, süd və süd məhsullarında 10 milliqram nitrat norma hesab edilir”.

Əhalini ciddi şəkildə narahat edən zəhərlənmələrin səbəbini müəyyən etdikdən sonra mövsüm başlayandan bəri zəhərlənmələrin olub-olmadığını öyrənmək üçün Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayevlə əlaqə saxladıq. O, hələlik bu cür müraciətlərin qeydə alınmadığını ancaq mütəmadi olaraq yoxlamalar aparıldığını dedi. “Daim günün altında qalan məhsulların tərkibində dəyişiklik baş verir. Bu məhsullardan istifadə edənlərdə isə zəhərlənmələr ola bilər. Hələlik zəhərlənmə faktı qeydə alınmasa da, alıcılar diqqətli olsunlar və uzun müddət günün altında qalan məhsulları almasınlar”.

Qarpız və yemiş məhsulu satanlar isə əhalinin alıcılıq qabilliyyətinin nə çox yuxarı, nə də çox aşağı olmadığını dedilər. Onların fikrincə bir neçə həftə sonra satışlarda artım olması gözlənilir. Satıcı Ədil dayı dünəndən etibarən 15 qarpız satdığını və hələ zəhərlənmədən şikayətlənənin olmadığını dedi.
Bir sözlə, məhsul alarkən onun mövsümündə alınmasına diqqət edildiyi kimi, hansı şəraitdə satıldığına da fikir verilsə, problem yaranmasının qarşısını almaq olar.

Ülviyyə Cövdətqızı






11 İyul, 2013  17:44 Baxılıb: 4436 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner