Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Dünya və Avropa çempionlarımız Bolqarıstana yollanır

Azərbaycanın kayak və kanoe qayıqlarında avarçəkənləri təlim-məşq toplantısı keçirmək üçün fevralın 15-də Bolqarıstanın Belmiken şəhərinə yollanacaqlar.

3 həftəyədək davam edəcək toplanış yüksək dağlıq ərazidə yerləşən bazada təşkil olunacaq. Fiziki hazırlıq və dözümlülüyün artırılmasına xidmət edən hazırlıq prosesində 6 idmançımız iştirak edəcək. Kanoeçilərimiz dünya və Avropa çempionu Valentin Demyanenko, Avropa çempionları Sergey Bezuqlıy və Maksim Prokopenko, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının finalçısı Adnan Əliyev və yeniyetmələr arasında Avropa birinciliyinin gümüş mükafatçısı Andrey Kraytor olacaq. Toplanışa qatılacaq yeganə kayakçı isə 17 yaşlı Tamerlan Mustafayevdir. Avarçəkənlərimiz kayak və kanoe üzrə milli komandamızın baş məşqçisi Aleksandr Kolıbelnikov və məşqçi Anatoli Dudnikin rəhbərliyi altında hazırlaşacaqlar. 


Qeyd edək ki, ötən ay 10 kişi və 5 qadın akademik avarçəkənimiz də qış toplanışında olub. Onlar Almaniyanın Braytenburnn şəhərində hazırlıq prosesi keçiblər.






4 Fevral, 2011  19:46 Baxılıb: 1839 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner