Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İttiham olunan hüquq müdafiəçiləri sərt danışdılar

«Hazırda ədabazlıq, qoçuluq vaxtı deyil»

Hüquq müdafiəçiləri arasında yaranmış anlaşılmazlıq getdikcə qarşılıqlı ittihamlar müstəvisinə keçməkdədir. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasından geri dönən QHT nümayəndələri iki qruppa bölünüblər. Bir qrup digərini hakimiyyətə işləməkdə ittiham edir. Bu ittihamlarla üzləşən hüquq müdafiəçiləri - Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səidə Bənənyarlı dünən mətbuat konfransı keçirərək son günlər barələrində dərc olunan yazılara etiraz etdiklərini bəyan etdilər. 
«Barəmizdə mətbuatda qeyri-obyektiv məlumatlar gedir. Adlarını açıqlamayan bəzi şəxslər bizi hakimiyyətə işləməkdə ittiham edirlər bütün bunlar əsassızdır». Bunu deyən N.Cəfəroğlu bildirdi ki, onlar Azərbaycanda mövcud problemlərin aradan qaldırılması üçün səylərini davam etdirəcəklər.
Digər hüquq müdafiəçisi Səidə Qocamanlı isə qeyd etdi ki, zamanın öz tələbi var: «Bizim bu gün dialoqa ehtiyacımız var. hazırda ədabazlıq, qoçuluq vaxtı deyil. Ədəbazlıq edənlərə demək istəyirəm ki, başlarını aşağı salıb işləsinlər. Bəziləri işləmir. Bir kompyuterləri var və bir də özləri. İşləri-gücləri qəzetlərdə gedən məlumatları hesabatlarına salmaqdan ibarətdir. İndi cəmiyyət başqa şeyləri tələb edir».
S.Qocamanlı hesab edir ki, insan hüquqlarının müdafiəsi ilə bağlı yeni prioritetlər tapılmalıdır: «Bəzi hüquq müdafiəçiləri deyirlər ki, guya AŞPA-nın baş katibinin Eynulla Fətullayev barədə heç bir məlumatı yoxdur. Bu ağ yalandır».
Digər hüquq müdafiəçi Səadət Bənənyarlı da çıxış edərək qeyd etdi ki, onlar problemlərin ölkənin daxilində həll edilməsini istəyirlər: «Deyirlər ki, guya biz Strasburqda olanda Səməd Seyidova hesabat vermişik. Yalan söhbətdir. Biz ona heç bir hesabat verməmişik. Ola bilsin ki, ayayqüstü söhbətlərimiz olub. Bu o demək deyil ki, biz ona hansısa hesabatlar vermişik».
RAMİL






4 Fevral, 2011  18:35 Baxılıb: 1823 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner