Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Pakistan səfiri: “Hindistan əhalisinin 87 faizi müsəlman olan Kəşmiri işğal edib”

Pakistanın Azərbaycandakı səfiri Əbdül Həmid “Kəşmir Həmrəylik Günü”nə həsr olunmuş mətbuat konfransı keçirib.

Səfir bildirib ki, 5 fevral tarixi 1991-ci ildən etibarən bütün dünyada Kəşmir xalqına dəstək günü kimi qeyd olunur.

Problemin tarixindən danışan diplomat xatırladıb ki, Hindistan 100 ildən artıq Böyük Britaniyanın müstəmləkəsi olub, 1947-ci ildə Böyük Britaniya Hindistanı tərk edərkən qərar verib ki, Kəşmir iki yerə bölünsün – hindlilərin yaşadığı yer Hindistana, müsəlmanların yaşadıqları yer Pakistana aid olsun: “Hindistan əhalisinin 87 faizi müsəlman olan Kəşmiri işğal etdi, 2 milyon insan qaçqın düşdü, onların 1,5 milyonu Pakistanda, qalanları isə dünyanın müxtəlif ölkələrində məskunlaşıb”. Səfir bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən Kəşmir xalqı referendum yolu ilə öz taleyini müəyyənləşdirməlidir: “Ondan sonra daha 6 qətnamə qəbul olunub, amma nə referendum keçirilib, nə də problem həllini tapıb”.

Pakistan-Azərbaycan əlaqələrindən danışan diplomat bu əlaqələrin çox yüksək səviyyədə olduğunu deyib: “Azərbaycan müstəqillik qazandıqdan sonra onu tanıyan ilk dövlətlərdən biri Pakistan olub. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasında ilk qətnamə qəbul olunarkən Pakistan Təhlükəsizlik Şurasının müvəqqəti üzvü kimi bu orqana sədrlik edib və həmin sənədin qəbulunda nəinki Azərbaycanı dəstəkləyib, hətta lobbiçilik də edib”.






4 Fevral, 2011  17:18 Baxılıb: 1873 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner