Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Vergilər Nazirliyində xüsusi işçi qrupu yaradılıb

Fazil Məmmədov: “Vergi əməkdaşları tərəfindən yol verilən kobud neqativ hallar bütün vergi xidmətinin nüfuzuna xələl gətirir”

Vergilər Nazirliyində Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş iclasında və Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın yanvar ayının 27-də keçirilmiş iclasında verilmiş tapşırıqların müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Kollegiya iclasında çıxış edən vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov deyib ki, Prezident İlham Əliyev vergilərdən yayınanların sayının hələ də kifayət qədər olduğunu bildirib, bu kimi hallarla mübarizənin daha ciddi və məqsədyönlü aparılmasının, 2011-ci ildə vergi bazasının genişləndirilməsinin, nağd ödəmələrin minimuma endirilməsinin vacibliyini vurğulayıb və bu sahədə vəziyyətin inkişaf etmiş ölkələrdəki vəziyyətdən fərqlənməməsi üçün 2011-ci ildə köklü və əsaslı tədbirlər görülməsini tapşırıb.

İqtisadiyyatdakı inhisarçılıq meyllərinin qarşısının alınması, azad rəqabət mühitinin yaradılması, müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılan əsassız yoxlamalara son qoyulması, rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizə aparılması aidiyyəti dövlət orqanlarının əsas vəzifəsi kimi qarşıya qoyulub. 2011-ci ildə Vergilər Nazirliyi qarşısında qoyulmuş vəzifələrin həllini təmin etmək istiqamətində aparılan işlər barədə danışan Fazil Məmmədov vergi bazasının genişləndirilməsi məqsədilə bütün təsərrüfat subyektlərinin pasportlaşdırılacağını, vergilərin vaxtında və tam həə ödənilməsinə nəzarətin gücləndiriləcəyini, bu məqsədlə müasir informasiya-kommunikasiya texnologiyalarından daha geniş istifadə olunacağını, nağdsız ödənişlərin stimullaşdırılması və nağd şəkildə ödəmələrin minimuma endirilməsi ilə bağlı vergi qanunvericiliyində lazımi dəyişikliklər aparılması məqsədilə müvafiq təkliflərin hazırlanıb yaxın vaxtlarda ölkə başçısına təqdim olunacağını nəzərə çatdırıb.

Vergi xidmətinin fəaliyyətində şəffaflığın artırılması üçün son illər görülən bəzi işlərə baxmayaraq, vergi əməkdaşları tərəfindən yol verilən kobud neqativ halların bütün vergi xidmətinin nüfuzuna xələl gətirdiyini bildirən nazir sistem daxili nəzarətin və şəxsi heyətlə aparılan işlərin gücləndirilməsini vacib sayıb. Fazil Məmmədov qeyd edib ki, ayrı-ayrı vergi işçilərinin qanunla müəyyən edilmiş vəzifələrinə uyğun olmayan hərəkətləri vergi ödəyicilərinin haqlı narazılığına və vergi orqanlarına etimadsızlığına səbəb olur. Bu, ilk növbədə səyyar vergi yoxlamaları və ya operativ nəzarət tədbirləri aparılarkən Vergi Məcəlləsinin tələblərinin pozulması və ayrı-ayrı hallarda korrupsiya və rüşvətxorluq faktlarının olması ilə bağlıdır. Onun sözlərinə görə, ötən il vergi orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsinə, attestasiyanın yekunlarına görə müasir tələblərə cavab verməyən, habelə vətəndaş müraciətləri və şikayətlər üzrə aparılmış araşdırmalar nəticəsində neqativ hallara yol vermiş vergi işçilərinin sistemdən kənarlaşdırılmasına baxmayaraq, bu kimi hallara hələ də rast gəlinməsi daha ciddi tədbirlər görülməsini tələb edir.

Vergi orqanlarında vətəndaş müraciətlərinə mahiyyəti üzrə baxılması və onların vaxtında və düzgün cavablandırılması məsələsi üzərində dayanan Fazil Məmmədov vəziyyətin hərtərəfli araşdırılaraq, qısa müddət ərzində mövcud nöqsanların tamamilə aradan qaldırılması məqsədilə onun əmri ilə xüsusi işçi qrupu yaradıldığını, həmin qrupun verəcəyi təkliflər əsasında vergi orqanlarında vətəndaşlardan daxil olan ərizə və şikayətlərə baxılması prosesinin müasir texnologiyalardan istifadə etməklə daha da təkmilləşdiriləcəyini bildirib.

İclasın sonunda Fazil Məmmədov 2011-ci ildə büdcə daxilolmaları üzrə proqnozların icrasının təmin olunması, korrupsiya ilə mübarizə tədbirlərinin gücləndirilməsi, vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi inzibatçılığının müasirləşdirilməsi, insan resurslarının idarə edilməsi sahəsində şəffaflığın təmin olunması və vergi ödəyicilərinin hüquqlarının qorunması işlərinin daim nazirliyin bütün qurumlarının diqqət mərkəzində saxlanılması ilə bağlı müvafiq göstərişlər verib. Kollegiya iclasının yekununda müzakirə edilən məsələyə dair müvafiq qərar qəbul edilib.






4 Fevral, 2011  17:18 Baxılıb: 1844 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner