Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Fazil Məmmədov hədələdi

Daha bir nazir korrupsiyadan danışdı

“Ciddi tədbirlər görüləcək” 

Vergilər Nazirliyində kollegiya iclası keçirilib. Nazirliyin analitik-informasiya şöbəsindən Simsar.az-a verilən məlumata görə, iclasda çıxış edən vergilər naziri Fazil Məmmədov 2011-ci ildə Vergilər Nazirliyi qarşısında qoyulmuş vəzifələrin həllini təmin etmək istiqamətində aparılan işlərdən danışıb. F. Məmmədov vergi bazasının genişləndirilməsi məqsədilə bütün təsərrüfat subyektlərinin pasportlaşdırılacağını, vergilərin vaxtında və tam həə ödənilməsinə nəzarətin gücləndiriləcəyini, bu məqsədlə müasir informasiya-kommunikasiya texnologiyalarından daha geniş istifadə olunacağını, nağdsız ödənişlərin stimullaşdırılması və nağd şəkildə ödəmələrin minimuma endirilməsi ilə bağlı vergi qanunvericiliyində lazımi dəyişikliklər aparılması məqsədilə müvafiq təkliflərin hazırlanıb yaxın vaxtlarda ölkə başçısına təqdim olunacağını bildirib. Vergi xidmətinin fəaliyyətində şəffaflığın artırılması üçün son illər görülən bəzi işlərə baxmayaraq, vergi əməkdaşları tərəfindən yol verilən kobud neqativ halların bütün vergi xidmətinin nüfuzuna xələl gətirdiyini bildirən nazir, sistem daxili nəzarətin və şəxsi heyətlə aparılan işlərin gücləndirilməsinin vacibliyini qeyd edib.

F. Məmmədov bildirib ki, ayrı-ayrı vergi işçilərinin qanunla müəyyən edilmiş vəzifələrinə uyğun olmayan hərəkətləri vergi ödəyicilərinin haqlı narazılığına və vergi orqanlarına etimadsızlığına səbəb olur. İlk növbədə bu səyyar vergi yoxlamaları və ya operativ nəzarət tədbirləri aparılarkən Vergi Məcəlləsinin tələblərinin pozulması və ayrı-ayrı hallarda korrupsiya və rüşvətxorluq faktlarının olması ilə bağlıdır. Ötən il vergi orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsinə, attestasiyanın yekunlarına görə müasir tələblərə cavab verməyən, habelə vətəndaş müraciətləri və şikayətlər üzrə aparılmış araşdırmalar nəticəsində neqativ hallara yol vermiş vergi işçilərinin sistemdən kənarlaşdırılmasına baxmayaraq, bu kimi hallara hələ də rast gəlinməsi daha ciddi tədbirlər görülməsini tələb edir.

Vergi orqanlarında vətəndaş müraciətlərinə mahiyyəti üzrə baxılması və onların vaxtında və düzgün cavablandırılması məsələsi üzərində dayanan nazir, vəziyyətin hərtərəfli araşdırılaraq qısa müddət ərzində mövcud nöqsanların tamamilə aradan qaldırılması məqsədilə onun əmri ilə xüsusi işçi qrupu yaradıldığını və həmin qrupun verəcəyi təkliflər əsasında vergi orqanlarında vətəndaşlardan daxil olan ərizə və şikayətlərə baxılması prosesinin müasir texnologiyalardan istifadə etməklə daha da təkmilləşdiriləcəyini bildirib.

İclasın sonunda F.Məmmədov 2011-ci ildə büdcə daxilolmaları üzrə proqnozların icrasının təmin olunması, korrupsiya ilə mübarizə tədbirlərinin gücləndirilməsi, vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi inzibatçılığının müasirləşdirilməsi, insan resurslarının idarə edilməsi sahəsində şəffaflığın təmin olunması və vergi ödəyicilərinin hüquqlarının qorunması işlərinin daim nazirliyin bütün qurumlarının diqqət mərkəzində saxlanılması ilə bağlı müvafiq göstərişlər verib.






4 Fevral, 2011  16:00 Baxılıb: 1719 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner