Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

GƏNCƏNİN DEKORATİV BİTKİLƏR BAĞI – REPORTAJ - FOTOSESSİYA

/

Dekorativ bitkilər hələ 4000 il bundan əvvəl ilk dəfə Misir imperiyasında yetişdirilməyə başlayıb. Bunlar faydalı bitkilərin çeşidli qrupu olub, əsasən, insann estetik tələblərinin ödənilməsinə xidmət edir. Dekorativ bitkilər bağın abu-havasında mühüm rol oynayır. Buna görə də bağ üçün ağaclar seçərkən müəyyən şeylərə diqqət etməliyik. Həm ağacları, həm də onların bir-biri ilə uyğunluğunu düzgün seçmək lazımdır. 60-80 kvm ərazidə ikidən artıq ağac əkmək olmaz. Nisbətən kiçik ərazilərdə isə çox gec böyüyən ağaclarla fikayətlənmək daha yaxşıdır. Ağaclar üçün əsas şərtlərdən biri də odur ki, onların günəşə olan tələbatına heç bir maneə olmasın. 
Gəncədə bu cür bitkilərin ölkəyə gətirilməsi və yetişdirilməsi ilə məşğul olan təsərrüfatçı Əbülfət Kərimovun dekorativ bitkilər bağında olduq. Əbülfət bəy bir çox suallarımıza aydınlıq gətirdi: “Əvvəllər bu cür bitkilər bizə xaricdən gətirilirdisə, artıq ölkəmizdə də bu bitkilərin yetişdirilməsi mümkündür. Dünya kataloqlarında gördüyümüz formaları budamaqla ağaclar üzərində istənilən formanı alırıq. Ancaq demək olmaz ki, hər ağaca qayçı vurmaq olar. Ağaclara bu cür forma vermək üçün onlara illərlə qulluq edilir. Onlar müəyyən həddə gətirildikdən sonra bu formanı vermək olar. Daha çox forma verilməyə uyğun olan ağaclar sərv və giparis ağaclarıdı. Bunlardan başqa limonlu tuyalar, tuya karlinq, samşin, iverums kimi ağaclar da çox əlverişlidi. Sadalanan ağaclardan başqa calaq olan ağaclarda da bu formaları almaq olur və bu ağaclar nisbətən daha çox inkişaf edir. Həmçinin calaq üsuli ilə eyni gövdə üzərində iki cür ağac əmələ gətirmək mümkündür. Bəzən ağaclara külək və günəşlə bəzi xəstəliklər gəlir ki, bu da kübrə və dərmanlarla müalicə olunur. Yay vaxtı əkilən ağaclarda “kristalon “ adlı hollandiyanın hazırladığı gübrədir ki, ondan daha çox istifadə olunur. Gübrə bitkilərin qurumasının qarşısını alır. Bitkilərin əkilmə vaxtı bildiyimiz kimi yaz və payızdır. Ancaq xarici ölkələrdən qablarda öz torpağı ilə birlikdə gələn ağacları ilin bütün fəsli əkmək olar. Və bu cür ağaclar öz torpağı ilə əkildiyi üçün inkişaf qabiliyyəti güclü olur. Bitkilərin çoxalma üsulu isə bir-birindən fərqlənir. Məsələn: “Bənövşə“ yarpaqla, “Çıklamen“ kartofu ilə, “Azlaya” isə çubuqları ilə çoxalır.
Hər ağacın öz sirri, öz dili, öz yetişdirilmə qaydası var. Bitkilərin hətta yetişmə rütubətləri də fərqlidi. Ağacların çoxunun günə ehtiyacı olsa da, bəzi ağaclar fərqli olaraq kölgədə bitir. Bitkilərin əkilmə vaxtı bildiyimiz kimi yaz və payızdır. Ancaq xarici ölkələrdən qablarda öz torpağı ilə birlikdə gələn ağacları ilin bütün fəsli əkmək olar. Və bu cür ağaclar öz torpağı ilə əkildiyi üçün inkişaf qabiliyyəti güclü olur”.
Təsərrüfatçı onu da bildirdi ki, bitkilərin tez-tez dibçəklərini dəyişmək lazımdır. Bu zaman qab əvvəlikndən 5 sm böyük olmalıdır. Həmçinin gül qablarını dəyişərkən qabın dibinə çəltik və ya yüngül material verilir ki, bitki suyu yaxşı çəksin, bundan sonra 5 sm–likdə torflu torpaq və ya şirin qum tökülür daha sonra əvvəlki qabdaki torpaq əlavə edilərək dəyişirilir. Enli, böyük çətirli ağaclar üçün istirahət guşələri ideal yerdi. Bu növ ağaclardan “Ziyilli Ağcaqayın”, “Qırmızı Palıd“, “Hündür Göyrüş “, “Salxım Söyüd“, “Ağ Bədmüşün “ kimi ağacları misal gətirmək olar”.
Yaşıllıqlar təbiəti oksigenlə təmin etməklə yanaşı həm də təbiətə xüsusi gözəllik verir. Ağacların kökü onların çətirindən qat-qat böyük olur. Bu səbədən də bu cür ağacları yaşayış evlərinin ətrafında əkmək olmaz. Həmçinin bağlara dekorativ bitkilər seçilərkən onlar güllərin rənginə və çətirlərinin formalarına görə bir-birinə uyğun seçilməlidir.
Əgər otağınız pəncərəsi şimala baxırsa gözəl “Gibuskus”, “Otaq yasəməni” “Antirium” kimi gülləri unudun. Çünki bu güllər zəif işıqlı mühitdə inkişaf etmir. Evdə ev bitkiləri saxlamaq istəyənlərin nəzərinə çatdıraq ki, bu qərarı verməzdən əvvəl üç əsas şərti bilmək vacibdir. Həmin bitkinin istiliksevən, işığa tələbkar və su sevərliyni bilinməlidir. Ev bitkiləri seçərkən onlara ev şəraitinin və onun prinsip uyğunluğunu nəzərdən qaçırmaq olmaz. Bitkilər ətrafımızdaki oksigen üçün mühim rol oynadığı qədər həmçinin auramıza da təsir edir. Bir sözlə bu cür bitkiləri qorumaq və onların auramıza müsbət təsiri üçün bu məlumatlardan xəbərdar olmalıyıq.

Cəmilə Kərim,
Simsar.az-ın bölgə müxbiri

 

 

 

 

 

 

 

 

 

 






1 İyul, 2013  19:12 Baxılıb: 14051 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner