Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ATV-nin sədri vəzifəsindən getdi

Tağı İbrahimovu Prezident Administarsiyasından Fuad Axundov əvəzlədi

Son günlər televiziya məkanı ilə bağlı xəbərlər çoxalıb. Belə xəbərlərdən biri də dünən axşam saatlarında simsar.az saytının əməkdaşına deyilib.
Barəsində danişilan televiziyanın məsul əməkdaşlarından biri rəhbərliyin dəyişdiyini və artıq yeni sədrin təyin olunduğunu bildirib.
Məlum olub ki, ATV-nin prezidenti Tağı İbrahimov və vitse-prezidenti Natiq İbrahimov vəzifəsindən kənarlaşdırılıb.

Mənbə onu əvəzləyən şəxsin adını da çəkib. ATV-nin sədr postu Prezident Administrasiyası araşdırmalar və analitik təhlil sektorunun müdiri  Fuad Axundova tapşırılıb.

Əməkdaşımızın araşdırmaları zamanı belə aydın olub ki, Atv-nin rəhbərliyinə “İnterfaks Azərbaycan” informasiya agentliyinin nümayəndəsi, eyni zamanda “Region +” jurnalının redaktoru olan Vəfa Axundova gətirilir. V,Axundova Fuad Axundovun həyat yoldaşıdır.

ATV-nin vitse-prezidenti Natiq İbrahimov “Yeni Müsavat”ın müxbiri ilə söhbətində bu qəbildən olan xəbərləri şayiə kimi qiymətləndirib. O, “mən heç yerə getməmişəm, işdə oturmuşam hazırda” deyərək işçilərlə sağollaşdığı xəbərini inkar etdi. Vitse-prezident dünən işçilərlə geniş toplantı keçirməsi xəbərini isə təsdiqləyərək bunun iş prosesində adi hal olduğunu vurğuladı: “İşçiləri həmişə yığıb toplantı keçiririk. Bu, yaradıcılıq məsələləri ilə bağlı müzakirə idi”.

Xəbərin daha dəqiq hazırlanması ücün ATV-nin müxtəlif şöbələri ilə dəfələrlə əlaqə saxlasaq da buna nail ola bilmədik.

Ramil






4 Fevral, 2011  14:05 Baxılıb: 4597 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner