Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

«Azəriqaz»: «Dövlət Komissiyasından keçən binalara 3-4 günə qaz verə bilərik»

APA-ECONOMICS. «Yeni tikilən bina dövlət komissiyası tərəfindən qəbul olunsa, biz onu 3-4 gün ərzində qazla təmin eləməyə borcluyuq». «APA-ECONOMICS»in məlumatına görə, bu barədə «Azəriqaz» İstehsalat Birliyinin sədri Əkbər Hacıyev bildirib.

Onun sözlərinə görə, dövlət komissiyası tərəfindən qəbul edilməyən binalara qaz verilməsi qadağandır: «Ona görə ki, sabah bir hadisə baş versə, ona biz cavabdehik».

«Azəriqaz» rəhbəri bildirib ki, hazırda bəzi binalarda insanlar köçüb yaşayır, ona işıq, su verilsə də, qaz verilmir. Halbuki ora insanların köçməsi də qadağandır. Hazırda Fövqəladə Hallar Nazirliyi 200 binanın istismara yararsız olduğunu bildirib: «Amma o binalarda insanlar yaşayır. Təsəvvür edin - o binalara qaz versək, nə baş verər».

Ə.Hacıyevin sözlərinə görə, dövlət komissiyasından keçən binalara qaz verilməsi ilə bağlı problem yoxdur: «Hazırda dövlət komissiyasından keçən binalar var ki, biz 3-4 gün ərzində binanın kipliyini yoxlayırıq və binaya qaz buraxılışını təmin edirik».

İB rəhbəri bildirib ki, sovet dövrünün qaydalarına görə, o vaxt binalarda sakinlərin 30%-dən az hissəsi yaşayanda, ora qaz vermək qadağan idi. İndi isə bu qayda yoxdur - əsas məsələ binanın təhvil alınmasıdır: “Biz baxmırıq ki, binada 5 nəfər qalır, ya 10 nəfər. Dövlət Komissiyası tərəfindən qəbul olunubsa, qazı veririk. Yəni qazın verilməsi üçün əsas şərt komissiya tərəfindən qəbul olunmasıdır”.

Ə.Hacıyev bəzi binaların qəbul edilməməsinin səbəblərini də açıqlayıb: «Bəzi binalarda qüsurlar olur, bəzi hallarda isə nə binanı tikən şirkətlərin özü var, nə də binanın sənədləri».






3 Fevral, 2011  22:07 Baxılıb: 1782 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner