Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Tutu dieta

"Bizim", "Halal", " Bərəkət" ,"Ordubad" marketlərdə zay məhsullar

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı mağazalarda yararsız ərzaq məhsulları aşkarlanıb.

Nazirliyin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, ümumi çəkisi 1 ton olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları satışdan çıxarılaraq məhv edilib. Məlumata keyfiyyətsiz ərzaq məhsullarının aşkarlandığı mağazaların siyahısı əlavə edilib. Siyahıda Bakıdakı məşhur marketlər şəbəkəsindən birinin də adı var.

Bakının Nərimanov rayonunda
Atatürk prospekti, 47 ünvanında yerləşən “Ordubad market”də;

Səbail rayonunda
Badamdar qəsəbəsi, R.İsgəndərov küçəsi, ev 4A ünvanında yerləşən “Bizim market”də;

Yasamal rayonunda
Yeni Yasamal 2 ünvanında yerləşən “Halal market”də;
M.Muxtarov küçəsi, ev 111 ünvanında Elşən Xanlarova məxsus mağazada;
H.Zərdabi küçəsi, ev 84, mənzil 6 ünvanında Asim Sayılova məxsus mağazada;
Ş.Əzizbəyov küçəsi, ev Q, mənzil 1 ünvanındakı “Kazbek market”də;
Şərifzadə küçəsində Ələddin Əliyevə məxsus mağazada və “Bizim market”də;
A.Ağayev küçəsi, məhəllə 563 ünvanındakı “Əlixan market”də;

Xətai rayonunda
Zığ şosesi, 9 ünvanında yerləşən “Bərəkət market”də;
K.Kərimov küçəsi, ev 3 ünvanında Famil Əliyevə məxsus mağazada;
Əbilov qəsəbəsi, ev 18/8 ünvanında Musa İsayevə məxsus mağazada;
M.Mehdizadə küçəsi, ev 38 ünvanındakı “Qardaşlar market”də;
S.Vəzirov küçəsi, ev 11B ünvanındakı “İnci market”də;
Nikişin küçəsi, ev 32 ünvanında Sahib Məmmədova məxsus mağazada;

Qusar şəhərində
F.Musayev küçəsində Riad Həzərova məxsus mağazada;

Kürdəmir şəhərində
Bakı prospektində Mübariz Balakişiyevə və Aqil Əhmədova məxsus mağazalarda;

Göygöl şəhərində
A.Kazımov küçəsi, Avtovağzal ərazisində Habil Musayevə məxsus mağazada;

Bərdə şəhərində
Bakı küçəsində Rafiq Qasımova və Hidayət Muradova məxsus mağazalarda;

Samux rayonunda
Karayeri qəsəbəsində Vüqar Quliyevə məxsus mağazada;

Xaçmaz rayonunda
Qımıl-qışlaq kəndində Elçin İbrahimova məxsus mağazada;

Füzuli rayonunda
M.Ə.Rəsulzadə küçəsində Azər Məhərrəmova məxsus mağazada.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.






3 Fevral, 2011  21:29 Baxılıb: 1943 Çap

Bu bölmədə

5 Dekabr, 2019
Neft ucuzlaşıb

XƏBƏR LENTİ

11 Dekabr, 2019  09:21





10 Dekabr, 2019  13:41




10 Dekabr, 2019  09:55

10 Dekabr, 2019  09:52











7 Dekabr, 2019  13:17

7 Dekabr, 2019  13:04

7 Dekabr, 2019  12:36



7 Dekabr, 2019  10:06




6 Dekabr, 2019  14:25


6 Dekabr, 2019  10:04







5 Dekabr, 2019  09:28

5 Dekabr, 2019  09:25








4 Dekabr, 2019  10:58

sagbanner