Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

BAĞ EVLƏRİ “OD TUTUB YANIR” - ARAŞDIRMA

ю

Azərbaycanda yayda bağ evləri sahibləri evlərini həddindən artıq baha qiymətə icarəyə verir. Bu da turizmin inkişafına mənfi təsir edir. Dövlətin bu sahəyə diqqətdə maraqlı olmaması qiymətlərin daha da baha olmasına şərait yaradır.

“İşimlə əlaqədar Bakıda qaldığım üçün bu yay istirahətimi də burda etmək qərarına gəldim. Bakının rayonlarındakı bağ evlərinin qiyməti ilə maraqlandım. Mən dünyanın bir çox istirahət mərkəzlərində olmuşam, amma istirahət qiymətlərinin Azərbaycandakı kimi baha olduğu ikinci bir məkana rast gəlməmişdim. Mərkəkan, Şüvəlan, Buzovnada normal vəziyyətdə 3 otaqlı evə bir həftəyə 1000-2000 manat pul istəyirlər. Hətta Bodrumda, Ankarada 5 ulduzlu otellərdə qalmaq üçün 400 -500 manat məbləğ ödəyirsən. Azərbaycanda turizm sektorunun baha olması Azərbaycan turizminin beynəlxalq aləmdə inkşaf etməsinə və tanınmasına mane olur”. Bunları iş adamı Oğuz Alp bildirir. Bağ evlərinin qiymətlərinin yüksək olmasından gileylənən turist həmçinin onu da əlavə edir ki, mənim şəxsi biznesim olmasına baxmayaraq bu gün kirayə bağ evi tutmaqda çətinlik çəkirəmsə, bəs adi vətəndaşlar yayda necə istirahət etsin və həmin məbləği necə ödəsin?!

“Bağ sahibi özü bilər bağı hansı qiymətə kirayəyə verər”

“Bu dəqiqə Mərdəkanda kirayə bağ evi tapmaq çox çətindi. Çünki bağ evlərinin çoxu yay gəlməmişdən qabaq əvvəlcədən tutulub. Təlabat həddindən artıq çoxdu. Qiymətlərə gəldikdə isə 1000 manatdan 10000 manatadək ödəməyə hazır şəxslər var. Qiymətlər isə bağ evinin şəraitindən aslı olaraq dəyişir. Ümümi götürdükdə Mərdəkan, Şüvəlanda bağ evlərinin qiymətləri digər kəndlərlə müqayisədə baha olur. Bunu Mərdəkan kəndində ev alqı satqı və kirayəsi ilə məşğul olan Nazim İsmayılov deyir. Qiymətlərin baha olmasına münasibət bildirən Nazim İsmayılov həmçinin onu da əlavə edir ki, bağ şəxsi mülkiyyətdi və bağın sahibi də özü bilər bağı hansı qiymətə kirayəyə verər. Əgər mütərinin bağ evində qalmağa imkanı yoxdursa, getsin başqa ucuz yer tapsın”.

İqtisadçı dövlət qurumlarını günahlandırdı

İqtisadçı ekspert Natiq Cəfərli isə belə hesab edir ki, bağ evlərinin qiymətləri heç bir qrum tərəfindən tənzimlənməməlidi. Biz bazar iqtisadiyyatında yaşayırıqsa, bazar iqtisadiyyatına keçmişiksə, gərək onun bütün qayda qanunlarına əməl edək. Bu qiymətləri isə bazar iqtisadiyyatının özü tənzimləməlidi. Hər hansı dövlət qurumunun müdaxiləsi yol verilməzdi. Çünki biz liberal bazar iqtisadiyyatına keçmək üçün addımlar atırıq. Əgər sahibkar bağ evini 10000 manata kirayə verə bilirsə, deməli cəmiyyətdə buna təlabat var. Təlabat varsa, təklif də çoxdu. Çünki bu gün bağ evi iqtisadiyyatı çox dar çərçivədə inkşaf edir. Qiymətlərin bu cür baha olmasının birinci səbəbi də budur. Bunu tənzimləməyin yeganə yolu isə cəmiyyətdə insanlara torpaq alıb bağ tikməküçün maraq oyatmaqdı. Bunu isə ancaq dövlət orqanları həyata keçirtməlidi. Bu gün Azərbaycanda elə vəziyyətdi ki, şəxsi həyətində belə təmir işləri aparanda dövlətdən icazə almağını tələb edirlər. Qaldı ki, ev tikmək üçün olmasın. Gərək bir çox orqanlardan icazə alasan. Bu da insanların həm ev tikmək həvəsini öldürür həm də ki, cəmiyyətdə digər nöqsanlı halların yaranmasına şərait yaradır. Rüşvət, korrupsiya ən çox bu qurumlarda baş verir. Gərək dövlətin özü ev tikmək prosesini asanlaşdırsın. Bağ evlərinin baha olmasının digər səbəbi isə Rusiyada olan soydaşlarımızın yayda istirahətə Azərbaycana gəlməsi və istirahətlərini burda keçirtmələridir. Bu da qiymətlərin artmasına çox təsir edir. Ancaq bağ evlərində demək olar ki, şişirtmə qiymətlər yoxdu. Çünki bu sahədə inhisar yoxdu. Hər şey alıcı ilə satıcının marağının üst-üstə düşməsindən aslıdı. Ümümilikdə götürdükdə bu turizm sektoru deyil və turizmə heç bir xeyir vermir. Əgər turizmə dəstək vermək istəyiriksə, evlərin tikintisi zamanı korrupsiya hallarını və digər nöqsanları aradan qaldırmalıyıq. İcarəyə verilən evlər qeydiyyatdan keçirilmir. Buna görə də vergidən yayınma halları baş verir. Ev sahibləri bağlarını çox vaxt müqaviləsiz icarəyə verirlər ki, bu da çox nöqsanların yaranmasına şərait yaradır. Mədəniyyət və Turizm Nazirliyi bu sahədə maraqlı olsa bu turizmin inkşafına çox böyük təsir göstərər.

“Nazirliyin işi deyil”

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva isə bildirir ki, nazirlik Azərbaycanda turizm sektorunun inkşafı üçün əlindən gələni edir. Amma bağ evləri özəl sektor olduğu üçün nazirliyin müdaxilə etmək imkanı yoxdu. Bu sahənin inkşafı üçün gələcəkdə fəal addımlar atılacaq. İndi bağ evlərinin qiymətlərinin tənzimlənməsindən söhbət belə gedə bilməz. Bu nazirliyin işi deyil. 
Millət vəkili, Mədəniyyət Komissiyasının üzvü Jalə Əliyeva isə belə hesab edir ki, dövlətin bəzi strukturlarında xalqın işini həddindən artıq çətinləşdirirlər. Ancaq bu gün prezidentimizin qərarı ilə təşkil olunan “asan xidmət” sayəsində insanlar sənədləşmə işlərini daha asan bir şəkildə həll edirlər. İstərdim ki, gələcəkdə bütün qurumlar bu cür işləsin. Bağ evlərinin qiymətinə gəldikdə isə özəl mülkiyyət olduğu üçün dövlətin bura hər hansı bir nəzarətindən söhbət gedə bilməz.

Aynur Bayramova






25 İyun, 2013  16:32 Baxılıb: 3857 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner