Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

Dünya

Ziyafət Əsgərov: “Sarkisyan bu işi qardaşı ilə birlikdə görür”

Azərbaycan işğal altındakı torpaqlarının hərbi yolla azad olunmasını heç vaxt istisna etməyib və ehtiyac olduğu halda bu variant tətbiq ediləcək. Bu barədə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bəyan edib.

“Azərbaycanın mövqeyinə gəldikdə, müharibə məsələsi hər zaman gündəmdədir və ehtiyac olduğu halda reallaşdırılacaq”, - deyə Z.Əsgərov jurnalistlərə bildirib.

Milli Məclisin birinci vitse-spikeri Ermənistan rəhbərliyinin səsləndirdiyi hədələyici bəyanatlarla bağlı sualı cavablandırarkən qeyd edib ki, “əvvəlcə Sarkisyan narkotiklərin satışından qazanılan pulları xalqa paylasın”.

Məşhur “WikiLeaks” saytının narkotiklərin İrandan işğal edilmiş rayonlar vasitəsilə Ermənistana tranziti haqqında yaydığı məlumatı şərh edən Z.Əsgərov bildirib ki, bu prosesdə “Sarkisyanın və onun qardaşının bilavasitə əli var, bu, onların inhisarıdır”. “Dünya ictimaiyyəti bunu bilir, qoy onları da cəzalandırsın”, - deyə Z.Əsgərov qeyd edib.

Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibədə Ermənistan təkcə Dağlıq Qarabağı deyil, həm də onun ətrafında olan Azərbaycanın 7 rayon

unu işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Qarabağda və onun ətrafındakı rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının Ermənistan tərəfindən qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qəbul edib. Hazırda ATƏT-in Minsk qrupunun 3 həmsədr ölkəsi – Rusiya, Fansa və ABŞ vasitəsilə tərəflər arasında münaqişənin həllinə dair danışıqlar aparılır.

Dağlıq Qarabağın statusu məsələsi bu regionla bağlı danışıqlara əngəl törədir. Vasitəçilər problemin həllində beynəlxalq hüququn iki prinsipini bir araya gətirməyə çalışırlar: ərazi bütövlüyü (Bakının əsaslandığı) və millətlərin öz müqəddəratını təyin etmək hüququ (İrəvanın yanaşması).






3 Fevral, 2011  18:23 Baxılıb: 1528 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
27 İyun, 2019  12:16




27 İyun, 2019  10:54





27 İyun, 2019  09:15





26 İyun, 2019  12:13


26 İyun, 2019  09:42

26 İyun, 2019  09:34












25 İyun, 2019  09:32

24 İyun, 2019  19:55




24 İyun, 2019  16:46


24 İyun, 2019  14:33






24 İyun, 2019  11:52




24 İyun, 2019  11:16


24 İyun, 2019  09:41

24 İyun, 2019  09:38

sagbanner