Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Lalə Şövkətə «Rusiyanın adamı» damğasını Sülhəddin Əkbər vurub

Arif Hacılı: «O, 5 il ərzində Lalə Şövkətin Moskvanın adamı olduğunu, ”Azadlıq" blokunun arxasında Rusiyanın dayandığını bildirib»

Müsavat Partiyasının xarici siyasət məsələləri üzrə eksperti, həm də bu partiyanın rəhbərliyində ilk üç postdan birinə sahib olmuş Sülhəddin Əkbər istefa verəndən bu günə qədər ictimaiyyət, hətta müxalifət düşərgəsi üçün qaranlıq qalan mətləblərə aydınlıq gəlməkdədir. 
Qeyd etdiyimiz kimi, Sülhəddin Əkbər istefa verən günə qədər Müsavat Partiyasının xarici siyasətinin konturlarını müəyyənləşdirən şəxs olub. Proseslərə daha çox anti-Rusiya və anti-İran mövqelərindən yanaşan S.Əkbər istefa verəndən sonra uzun illər təmsil olunduğu partiyanın Rusiyanın «B» planına işləməsi barədə açıqlama verib.
Bu açıqlamanın özündə kifayət qədər təəccüb doğuran məqamlar var. Bu məqamlara keçməzdən öncə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının “Yeni Müsavat”dakı fikirləri ilə tanış olaq. «Müsavat Partiyasının, İsa Qəmbərin Rusiyanın hansısa planlarında iştirak etməsi iddiası o qədər absurd, mənasız, gülüncdür ki, hətta böyük siyasətçi hesab etmədiyim Sülhəddin Əkbərin də belə bir iddia ilə çıxış edəcəyini gözləmirdim. Bu məsələlər müzakirə olunanda dostlarımdan biri Sülhəddin Əkbərin Moskvanın ”b" planı haqqında dediklərini Azərbaycan hakimiyyətinin “a” planı adlandırdı. Sülhəddin Əkbər ixtisasca məhkəmə-tibb ekspertidir. 1992-ci ildə siyasi konyukturaya və mənimlə şəxsi dostluq münasibətlərinə görə milli təhlükəsizlik nazirinin müavini oldu. Sülhəddin Əkbərdə o vaxtdan bir şpionamaniya, Ştirlis obrazına girmək vərdişi yarandı. Bu günə kimi həmin vərdişindən imtina edə bilmir. O, 1990-cı ildən bu günə qədər bütün ekstremal situasiyalarda həmişə yanlış qərarlar qəbul edib. Xüsusilə siyasətçilərin Rusiyaya işləməsi barədə o, çox fikirlər səsləndirib. 2005-ci ildən bu üzə təxminən 5 il ərzində Lalə Şövkətin Moskvanın adamı olduğunu, ”Azadlıq" blokunun saxlanmasının və fəaliyyətinin arxasında Rusiyanın dayandığını bildirib. Xarici siyasət sahəsində dedikləri ilə bağlı elə bir nümunəni göstərmək istəyirəm ki, əgər onun dedikləri düz çıxsaydı, indi 2006-cı ildə ABŞ-ın quru qoşunları Tehran, Təbriz, Ərdəbil və digər İran şəhərlərində olmalı idi. Onun bu istiqamətdə verdiyi açıqlamalarına görə, İran səfirliyinin nümayəndələri müxalifəti və Müsavatı ələ salırdılar. Odur ki, dediklərinin düz çıxmasını iddia etməsi tamamilə əsassızdır".
A.Hacılının sözlərindən belə çıxır ki, ötən il Müsavat başqanı İsa Qəmbərin «Rusiyanın xarici qüvvələrin xüsusi xidmət orqanlarına işləyən Azərbaycan siyasətçiləri» fikirini də elə S.Əkbər səsləndirib. Deməli, başqanın bu səpkili yanaşmaları, fikirləri də gülünc, absurd olub. Qeyd edək ki, Müsavat başqanının məlum fikirləri üzərində mətbuatda sonradan dəqiqləşdirilmələr aparıldı və «bu fikirlər Milli Birlik Hərəkatının lideri Lalə Şövkət haqqında deyilib» kimi yozuldu.
Belə çıxırdı ki, Milli Birlik Hərəkatı və ümumiyyətlə «Azadlıq» blokunun Rusiyanın layihəsi olmasını Müsavat Partiyasında Sülhəddin Əkbər bildirib və İsa Qəmbər də buna əsaslanaraq çıxışlar edib.

RAMİL






3 Fevral, 2011  17:34 Baxılıb: 2198 Çap

Bu bölmədə


XƏBƏR LENTİ







10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54


sagbanner