Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qulu Məhərrəmli: “Elza Seyidcahan mənim üçün olduqca maraqlıdır”

“Efirlərdə bayağılıq, şitlik artıb”

İstənilən peşədən danışanda ilk növbədə o sahənin peşakarı yada düşür. “Jurnalistin ömrü” rubrikasında qonağımız tanınmış jurnalist Qulu Məhərrəmlidir. Siyasi icmalçı, BDU-nin professoru, “Jurnalistika və inkişaf” mərkəzinin rəhbəri Qulu müəllimdən müsahibə götürmək mənim üçün o qədər də çətin olmadı. Bu da müsahibimin səmimiyyətindən irəli gəldi.

- Qulu müəllim, bildiyiniz kimi, rubrikamızda keçdiyiniz həyat və yaradıcılıq yolundan söz açacagıq. İlk uşaqlıqdan başlayaq...
- İnsan yaşlandıqca daha çox uşaqlığını arzulayır. Bir az maraqlı və yarı qaranlıq uşaqlığım keçib desəm yanılmaram. Atamı uşaqlıq vaxtında itirmişəm. Əmimin köməkliyi ilə 7 yaşım olanda mən və böyük qardaşımı Şuşadakı internat məktəblərinin birində oxumağa başladıq. Mənim uşaqlığım Zəngilanda və Şuşada keçib. 3-cü və 4-cü sinifdə oxuyanda artıq özümü müstəqil hesab edirdim. Həmişə ədalətin tərəfində olduğum üçün dalaşqan idim. Söyüş söyməyi xoşlamırdım, döyməkdən daha çox döyülmüşəm. Uşaqlıq illəri mənim üçün çox duyğulu bir andır.
-Ailədə neçə nəfər olmusunuz?
-Ailədə 4 qardaş olmuşuq, bacımız olmayıb. Ona görə həmişə bacısı olanlara qibtə ilə baxırdım. Görürdüm ki, bacısı olanları bacıları necə əzizləyirlər, mən də arzulayırdım ki, bacım olsun. Çox heyf ki, mən o duyğulardan məhrum olmuşam. İndi məndə olan o boşluğu qızlarım doldurur.
- Qardaşlarınız ilə necə hal-hazırda münasibətiniz var?
- Mən ailədə ikinci qardaş olmuşam amma nədənsə həmişə böyük qardaş kimi hesab olunuram. Böyük qardaşım baytar həkimi, 3 -cü qardaşım inşaatçı, balaca qardaşım isə mənim yolumla gedir, jurnalist işləyir. Döyüşçü əsgərlərə aid bir neçə kitabın müəllifidir. Həm də yaxşı fotoqrafdır. Bir sözlə bizim ailə çox zəhmətkeş ailə olub. Zəhmətlə irəliyə getmişik. Artıq məktəb vaxtlarımdan pul qazanmağa başlamışam. Mənim yadımdadır ki, o vaxtlar Şuşada İsa bulağı deyilən bir yer var idi, ordan odun toplayıbkabab bişirənlərə satırdıq.
- Necə oldu ki, jurnalistika sahəsinə gəldizniz?
- Bu peşəni özüm seçmişəm. O vaxtlar xarici jurnalistlər fəaliyyət göstərəndə onlara baxırdım. Mənim üçün belə bir fikir formalaşmışdı ki, müxbirlər ədalətli insandırlar. Amma orta məktəbdə müəllimlərim məni hüquqşünas, prokuror kimi görmək istəyirdilər. Deyirdilər ki, sən çox tərssən, inadkarsan, bu peşələrə yiyələnsən işinə daha məsuliyyətlə yanaşarsan. Mən isə 9-cü sinifdə oxuyarkən artıq qərarımı verdim ki, jurnalist olacam. 1973-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinə daxil oldum. 3-cü kursda oxuyanda artıq qəzet, radio və televiziyalarla əməkdaşlıq edirdim. Pul qazanmaq duyğusu mənə çox əzizdir. İndi də mən qonarar alanda həmin hissləri keçirirəm. Sizə bi sirr açım ki, bu peşə ruhla bağlı bir peşədir. Bu peşənin sahibi oldunsa gərək həvəslə çalışasan. Sovet dönəmində jurnalist bu qədər sərbəst deyildi, senzura var idi. O sistemin altında özünü bir o qədər də büruzə verə bilmirdin. İndi jurnalist peşəsi şou-biznesdən sonra ikinci peşədir ki, özünü daha yaxşı ifadə edə bilir. Yaxşı jurnalist olmaq üçün real imkanlar çoxdur. Əgər jurnalist olmasaydım , başqa heç bir peşəni seçməyəcəydim.
- İlk dəfə nə qədər qonarar almısınız?
- 3-cü kursda oxuyurdum, Azərbaycan Radiosundan işləyəndə ilk qonararımı almışam: 18 manat, 30 qəpik. Bəlkə də az jurnalistlərdənəm ki, xarici ölkələrin qəzetləri və radioları ilə əməkdaşlıq edib qonarar almışam.
- Bayaq özünüz də bu peşəni şou-biznesdən sonra ikinci sərbəst peşə adlandırdız. Sərbəst peşə sahibləri üçün ailə qurmaq da bir az çətin olur. Siz necə ailə qurmusuz?
- Zemfira xanımla tələbəlik dövründə tanış olmuşuq o mənim tələbə yoldaşım olub. 1978-ci ildə nişanlanib, 1979-cü ildə ailə həyatı qurduq. İki qızımız var, Aytən və Şəhla. Aytən ailəli, Şəhla isə nişanlıdır. 2 nəvəm var. Böyük qızım uşaq həkimidir, kiçük qızım tərcüməçidir. Qızğın jurnalistika fəaliyyətimin ailə qurmağa və ya ailəyə heç bir təsiri olmayıb. Kim deyirsə, peşəsi imkan verirmir, yalandır. Peşəsindən və vəzifəsindən asılı olmayaraq hər kəs ailəsi üçün vaxt tapmalıdır.
- Azərbaycan efir məkanında nələr çatmır?
- Çox şey çatmır. Catışmazlıq bilirsiz nədən irəli gəlir? Bizim efir məkanında ölçülər itib. Ona görə də efirlərdə bayağılıq, şitlik artıb. Toyda istədiyin mahnını oxuya bilərsən, efir isə ictimai tirubunadır. İndi bizdə ucuz şou bazarı yaranıb. Ona görə də istənilən adam, istənilən musiqini oxuya bilir, fərqi yoxdur səsi var ya yox. Bunların baş vermə səbəbi də efirlərdə ölçü sistemi itdiyinə görə baş verir. Mən belə hesab edirəm ki, son illərdə musiqidə ciddi əsərlər yaranmayıb. Bir neçə xoşagələn mahnı varsa da ömrü çox qısadır. Bu yerdə Qara Qarayevin Moskva mətbuatına verdiyi müsahibəsi yadıma düşdü. Müsahibədə demişdi: O melodiya ki, xalq çeşməsindən qidalanmırsa, xalq ruhunu ifadə etmirsə, o musiqi hec vaxt yaşaya bilməz”. Bu gün bizdə zövqlərin bayağılaşması prosessi gedir, ölçülər itir, tələbkarlıq isə azalıb. Nəticə etibarı ilə kütləvi zövqsüzlük yaranıb.

“Son illərdə musiqidə ciddi əsərlər yaranmayıb”

- Belə çıxır ki, gənc müğənilləri bəyənmirsiz...
- Bəlkə də bu mənim xarakterimdən irəli gəlir ki, daha çox ciddi musiqini sevirəm. Klassik musiqilərə üstunlük verirəm. Müasirlərdən repi çox normal qəbul edirəm. Hesab edirəm ki, Azərbaycanda repi inkaşaf etdirmək çox vacibdir. Çünki rep təkcə duyğulandırmır, insanları həm də düşündürməyə vadar edir. Bir növ Amerikada rep küçə reportajları kimi meydana gəlib, ictimai düşüncüyə mesajlar verə bilirdi. Eynən bizdə də bu üslubda başladı, ancaq inkişafı üçün maneələr var. Bəzi estrada oxuyanlara qulaq asıram. Bir çoxları ilə də şəxsi tanışlığım var. Mənim aparıcılıq etdiyim verilişlərdə görüşmüşük. Əksər gənc və səhnədə oxuyan müğənillərə hətta səhnəyə gəlməsində də köməklik göstərmişəm. Xumar Qədimova, Ədalət Şükürov, Elnarə Abdullayeva, Fidan Hacıyeva kimi müğənillərin səhnəyə gəlişində müəyyən qədər əməyim olub. Elza Seyidcahan mənim üçün olduqca maraqlıdır.
- Bəs efirlərimizdə marağınıza səbəb olacaq verliş hansıdır?
- 5 il öncə bu suala cavab vermək daha asan olardı. Amma çox təəssüf edirəm ki, bu gün zövqləri oxşayan, cəmiyyəti maraqlandıran verlişlər yoxdur. Bir sözlə elə bir verliş yoxdur ki, mən onu səbirsizliklə gözləyim. Artıq bundan sonra yaxşı heç nə gözləmirəm. Səbəbi də peşakarlığın aşağı düşməsidir. Televiziyalarda bu sahəyə adiyyatı olmayan adamlar çoxluq təşkil edir. Bir yanda açıq aşkar təbliğat, bir yanda isə bayağılıq.
- Sizcə bu kimlərin günahıdır?
- Yerində verilən, eyni zamanda hər kəsin cavabını bildiyi sualdır. Biz kimlərin günahkar olduğnu çox gözəl bilirik. Günahkar kimi ilk növbədə televiziya rəhbərlərini görürəm.
- Sizin nəsil jurnalistlərlə, bu günün gənc jurnalistləri arasında nə kimi fərq var?
- Biz daha ciddi ölçülərlə çalışırdıq. Bu günki gənc jurnalistlərdə bilik, informasiya mənbələri daha çoxdur və yüksəkdir. Bütövlükdə isə səviyyələri aşağıdır. İndi texnologiyanın və söz azadlığının imkan verdiyi çərçivədə bizim çox böyük problemlərimiz var. Ona görə biz bunlara ciddi baxmalıyıq.






3 Fevral, 2011  15:51 Baxılıb: 2756 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner