Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İPOTEKA İLƏ EV ALMAQ SƏRFƏLİDİR? - ARAŞDIRMA

.

Dünyada geniş tətbiq olunan ipoteka kreditlərinin dəyəri şəxsi vəsaitləri hesabına mənzil almağı planlaşdıran insanlara bir növ yardım vasitəsdir. Bəs ipoteka ilə ev almaq kimlərə sərf edir? Ümumiyyətlə, bu yolu etibarlı hesab edənlər varmı? 

Azərbaycanda dövlət xətti ilə 2 cür kredit verilir: adi və güzəştli. Adi ipoteka krediti illik 8 faizlə, 25 il müddətinə, güzəştli ipoteka isə illik 4 faizlə 30 ilə təqdim edilir. Maksimum məbləğ 50 min manat, ilkin ödəniş isə 30 faizdir.
Simsar.az-ın əməkdaşı bu mövzunu araşdırdı. Cavablar və mövqelər isə həm fərqli, həm də maraqlı oldu:

“Məncə indiki qeyri-stabil sistemdə bu etibarlı bir iş deyil, çünki adam bilmir sabah başına nələr gələcək. Kim zamin dura bilər ki, işlədiyi qurumda 15 il normal maaş ala biləcək?!” - deyən Şahin adlı vətəndaş ipoteka ilə ev götürməyin etibarlı olmadığını hesab edir. Digər şəhər sakini Aslan dayı isə qeyd edir ki, ipoteka kreditinin illik faiz dərəcəsi 3-4% faizdirsə və kreditin aylıq ödənişi əmək haqqının 20-25 faizini təşkil edirsə almaq olar. “İstənilən halda kreditin aylıq ödəniş məbləği evin cari dövr üçün bazardaki kirayə qiymətlərindən aşağı olmalıdı.”
Vətəndaş Zahid Mahmudov isə deyir ki, ipoteka müddət baxımından sərfəlidir, amma müddət uzandıqca, faizlər də artır, nəticədə ev qiymətindən 2 dəfə baha başa gəlir. “İpoteka ilə ev çox baha başa gəlir. Torpaq alacaq qədər pul götürüb hissə-hissə ev tikdirmək fikrimcə daha sərfəli olar. Tikinti materialları da ucuzdu. Torpaq qarışıq 3-4 otaqlı orta təmirli evi tikmək üçün hardasa, 30-40 min manat pul kifayət edir. Evin bazardaki qiyməti isə hardasa 55-65 min manat təşkil edir.”

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, (İSİM) iqtisadçı-ekspert Vüqar Bayramov isə ipoteka ilə ev götürməyin birmənalı şəkildə gənclərə sərf etmədiyini bildirdi. “İpoteka üzvlərinə fonda ipoteka istiqrazlarının yerləşdirilməsi nəticəsində əldə edilən gəlir hesabına 8%-lə 25 il müddətinə sosial ipoteka kreitləri verilir. 2013-cü ildə bu istiqamətdə dövlət büdcəsindən 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Sosial ipoteka kreditləşməsinə ayrılan vəsait son iki ilə nisbətən iki dəfə artırılacaq. Belə ki, bu rəqəm 2011 və 2012-ci ildə 20 milyon manat, 2010- cu ildə isə 14 milyon manat təşkil edirdi.”
Mütəxəssis daha sonra bildirdi ki, adi ipoteka kreditləşməsinə ayrılan vəsaitin məbləği birmənalı şəkildə ipoteka istiqrazlarının yerləşdirilməsindən aslıdır. Kreditlərin həcmində də artımlar müşahidə olunur, belə ki, 2012-ci ildə ipoteka fondu 80 milyon manat adi ipoteka krediti təklif etmişdisə, bu rəqəm 2013-cü ildə 90 milyon manata qədər artırılacaq. Bütün bunlara baxmayaraq, hələlik ipoteka kreditlərinin şərtləri gənc ailələr üçün tam əlçatan deyil. Güzəştli ipoteka kreditləşməsi gənc ailələrin sosial ipoteka kreditləşməsindən istifadəsini nəzərdə tutan bir addımdır. Bununla belə sosial ipoteka kreditləşməsindən gənclərin istifadə etməsi ilə bağlı bir sıra maneələr var. Kreditləşmə ilə ev götürmək istəyən gənclərin rastlaşdıqları maneələrə gəlincə Vüqar bəy bunları əlavə etdi: İlk olaraq güzəştli ipotekanın dövlət büdcəsi hesabına maliyyələşdirilməsinə baxmayaraq, sosial ipoteka üzvlərinin bu kredit üzrə faiz dərəcələrinin 4% olması olduqca yüksək hesab olunur. İkinci tələb olunan sənədlərin sayının 18 olmasıdı. Bu sənədlərin yığılması və təqdim olunması zaman və maliyyə baxımından arzu olunan deyil. Sənədlərin sayının çox olması sosial ipoteka götürmək istəyən gənc ailələr üçün müəyyən problemlər yaradır. Üçüncüsü, kredit götürən zaman gənc ailələr 20% ilkin ödəniş həyata keçirməlidir. Əksər hallarda isə gənc ailələr bu ilkin ödənişi həyata keçirmək imkanına malik olmurlar. Mərkəzi Bankın və Gənclər və İdman Nazirliyin in təklif etdiyi yeni təkliflər paketində gənclər üçün həmin təkliflər paketinə əsasən ipoteka kreditlərinin faiz dərəcələrinin 4% dən 2 %-ə endirilməsi, tələb olunan sənədlərin sayının 18-dən 10-a endirilməsi eyni zamanda ipoteka fondu yanında yaradılacaq zəmanət fondu tərəfindən məhz ilkin ödənişə zəmanətin verilməsi kimi məsələlər daxildir.”
Mütəxəssis təkliflər paketinin nə zaman təsdiq ediləcəyi bəlli olmadığını və bununla bağlı rəsmi açıqlama yayılmadığını deyir. “Güman edilir ki, ilin sonuna doğru artıq Azərbaycanda yeni ipoteka proqramı tətbiq olunacaq və növbəti ildən gənclər daha aşağı faizli və daha əlçatan ipoteka proqramlarından faydalanmaq imkanına malik olacaqlar.”

Azərbaycanda gənclər üçün sosial ipoteka ilə bağlı yeni layihənin hazırlanması haqda Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətinin Rəhbəri Qabil Mehdiyev isə sosial ipoteka ilə bağlı təkliflərə əsasən, gənc ailələrlə yanaşı, digər gənclərin də ipotekadan yararlana biləcəyini bildirib. "Gənc ailələr üçün yaş həddi 35 yaş müəyyənləşirsə, gənclər üçün bu yaş həddi 29-adək şamil ediləcək". Nazir müavinin sözlərinə görə, ipoteka alacaq gənclər və gənc ailələrin kateqoriyalarının artırılması da nəzərdə tutulur. Burada məqsəd, həm ipotekanın məbləğini artırmaq, həm də ipoteka alacaq gənclərin əhatəsini genişləndirməkdir. "Hazırda sosial ipoteka üçün ayrılan vəsait bütün gənc ailələrin mənzil problemini əhatə etmir. Eyni zamanda, bir gənc üçün ayrılan vəsait də azdır. İpoteka kreditinin həcmi 35 min manat idi, sonradan 50 min manata qaldırıldı. İndi isə bu məbləğin 70 min manata qaldırılması gözlənilir". Sosial ipotekanın faiz dərəcəsindən də danışan nazir müavini sosial ipotekanın illik 4 faizlə müəyyənləşdiyini və bu rəqəmin o qədər də azaldılmayacağını söylədi. “Əvvəlki layihədə qarşıya qoyulan tələblər çox idi. Yeni layihədə əsas məqsəd daha çox insanın müraciət edə bilməsi üçün kateqoriyların genişləndirilməsidir. Liayihə Ədliyyə Nazirliyi İpoteka fondu ilə birgə hazırlanır. Ədliyyə Nazirliyinin hüquqi rəy verməsi qalıb. Sənədləşmə məsələləri bitdikdən sonra müzakirənin vaxtı müəyyənləşəcək. Proses 2-3 ay davam edəcək”.

Ədliyyə Nazirliyi Qanunvericilik Baş İdarəsinin Rəsmisi Tural Ələkbərov layihənin 05.06.2013 tarixində daxil olduğunu və baxılma ərəfəsində olduğunu qeyd edərək, qısa müddət ərzində hazırlanıb yenidən Nazirliyə göndəriləcəyini bildirdi.

Millət vəkili, iqtisadi-siyasət komissiyasını üzvü Vahid Əhmədov da məsələyə münasibət bildirərək qeyd etdi ki, Milli Məclisdə çıxışlarımızda bir neçə dəfə təkrar etmişik ki, faizləri azaltmaq ilkin ödənişi isə artırmaq lazımdır: “Ümumi məbləğ 35 min manat idisə, indi 50 min manat olub. Bu məsələlərə hələlik Azərbaycan hökumətində baxılır. İqtisadi-siyasət komitəsi də bununla bağlı qanunu qəbul edib. Qanunda dəyişikilik etmək lazım olsa bizə müraciət daxil olacaq və biz bu haqda müzakirələr aparacağıq. Məsələ ilə bağlı 3 təklif var: Faizlərin azaldılması, ümumi məbləğin artırılması və ilkin ödənişin azaldılması. Son qərarı da təbii ki, Azərbaycan hökuməti verəcək”.əyyənləşəcək. Proses 2-3 ay davam edəcək

Aysel Kərimova






20 İyun, 2013  16:48 Baxılıb: 13445 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner