Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

MASAZİR CAMAATI KÜÇƏLƏRƏ DÜŞÜB

MİKRO AVTOBUSLAR YIĞIŞDIRILSA DA, XƏTTƏ İRİ TUTUMLU AVTOBUSLAR VERİLMƏYİB

Paytaxta yeni avtobusların gətirilməsinə baxmayaraq, şəhərətrafı qəsəbələrdə vəziyyət ürək açan deyil. Şəhərin mərkəzindən çıxarılan əksər mikroavtobuslar ətraf qəsəbələrdə işləyir. Artıq iki gündü Masazır qəsəbəsində 269 nömrəli mikro avtobusların xətdən çıxarılmasıyla sərnişindaşımada problemlər yaranıb. Belə ki, əhaliyə xəbərdarlıq edilmədən və yeni avtobuslar xəttə buraxılmadan balaca qazellər tamamilə yığışdırıldı. Bu isə əhalinin ciddi narazılığına səbəb olub. Belə ki, əhali avtobusla gedəcəyi yolu, indi ayaqla getməyə məcburdur. 

Müstəqil Nəqliyyatçılar İctimai Birliyinin sədri Natiq Əkbərli simsar.az saytına məsələylə bağlı açıqlama verərkən bildirdi ki, xəttə avtobuslar verilmədən mikroavtobusların yığışdırılmasını sakinlərin hüquqlarının kobud şəkildə pozulması deməkdir : “Bu, yol verilməz haldı. Həmin xətt üzrə marşurut verilmədən, kiçik avtobusların yığışdırılması Nəqliyyat Nazirliyi tərəfindən ciddi səhvdi. Bu həm o ərazidə yaşayan insanların hüquqlarının kobud şəkildə pozulması deməkdi, həm də həmin xətt üzrə fəaliyyət göstərən sahibkarın hüquqlarının pozulmasıdır. Hər iki tərəfə ziyan dəymədən bu iş icra olunmalı idi”.
Məsələylə bağlı Nəqliyyat Nazirliyinin mətbuat xidməti ilə gün ərzində dəfələrlə telefon əlaqəsi yaratmağa çalışsaq da, cəhdlərimiz baş tutmadı.
Aynurə






2 Fevral, 2011  21:46 Baxılıb: 2050 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner