Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nəqliyyat Nazirliyi Simsar.az- ın yazdıqlarına reaksiya verdi

Azərbaycanda avtobuslarla sərnişindaşımalar üçün tariflərin artırılması planlaşdırılmır – Nəqliyyat Nazirliyi

Azərbaycan Nəqliyyat Nazirliyi Tarif Şurasına ictimai nəqliyyatla sərnişindaşıma üçün tariflərin artırılması ilə bağlı müraciət etməyib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.

"Bu sahədə tariflər tənzimlənir və onlara riayət olunmasına Nəqliyyat Nazirliyi nəzarət edir", - nazir müavini bildirib.

Dəmir yolu ilə sərnişindaşımaların qiymətlərinin qalxması şəraitində avtobuslarla daşımaların həcminin mümkün artımı məsələsinə toxunan nazir müavini qeyd edib ki, belə hallarda avtobusların sayı artırılır.

Nazir müavinin fikrincə, dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma üçün tariflərin artırılması lazımi qərar idi, çünki dəmir yolu ilə daşımaların qiymətlərinə 1997-ci ildən bəri baxılmayıb. Yeni tariflər fevralın 1-dən qüvvəyə minib və istiqamətdən, məsafədən asılı olaraq adi qatarlarda 3-19 manat, sürətli vaqonlarda 14-25 manat məbləğində müəyyənləşdirilib.

"Tarif Şurasının qərarı əsasında sərnişindaşımalar üçün tariflər orta hesabla iki dəfə bahalaşıb. Tariflərin artırılmasından əldə olunan əlavə vəsaitlər sərnişindaşımaların keyfiyyətinin artırılmasına, xüsusilə vaqonların təmirinə, sərnişinlər üçün rahat şəraitin yaradılmasına və yataq dəstlərinin təzələnməsinə yönəldiləcək", - nazir müavini qeyd edib.

Tarif Şurasının katibi Elşad Əsədovun sözlərinə görə, qərar qəbul edilən zaman ölkə daxilində 1997-ci ildə təsdiq edilən sərnişindaşımalar üçün tariflərin aşağı olması nəzərə alınıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sərnişindaşımalar üzrə xərcləri 54,6 milyon manat, gəlirləri 5 milyon manat təşkil edir. QSC-nin 2009-cu ildə sərnişindaşımalar üzrə itkiləri 49,4 milyon manat olub.

"Uzunluğu 450 kilometr olan Bakı-Qazax marşrutu üzrə ümumi vaqonda gediş haqqı 1,46 manata, plaskart vaqonda 1,9 manata, kupedə 2,90 manata, SV tipli vaqonlarda 5,22 manata bərabər olub. Bu marşrut üzrə hərəkət edən avtobuslarda gediş haqqı bir nəfər üçün 8 manat, minik maşınlarında 20-25 manat təşkil edir. Tariflər nativ nəqliyyat növlərindəki tariflərdən dəfələrlə aşağı idi", - Əsədov hesab edir.

Bundan başqa, Gürcüstanda hər 100 kilometr üçün kupe vaqonda gediş haqqı 3,2 manat, Ukraynada 4,2 manat, Belarus və Rusiyada 7,6 manat təşkil edirsə, Azərbaycanda bu göstərici 70 qəpiyə bərabər idi. Göründüyü kimi, dəmir yolu sərnişin daşımaları üçün tariflər bu sahədəki xərclərdən xeyli aşağı olub.

"Tariflərin dəyişdirilməsi nəticəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin əlavə xərcləri orta hesabla 13 milyon manat səviyyəsində gözlənilir. Bu, dəmir yolunun maliyyə imkanlarını genişləndirməyə imkan verəcək və göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edəcək", - Əsədov bildirib.

Biletin qiymətinə yataq dəsti üçün xərclərin və fazilərin daxil edilməsinə baxmayaraq, yeni tariflər MDB ölkələrində tətbiq edilən tariflərdən xeyli aşağıdır", - o, vurğulayıb.






2 Fevral, 2011  20:09 Baxılıb: 3461 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner