Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İqtisad inkişaf naziri də işçilərinə öz tapşırıqlarını verdi

Fevralın 1-də İqtisadi İnkişaf Nazirliyində (İİN) geniş kollegiya iclası keçirilib. Modern.az nazirliyə istinadla xəbər verir ki, iclasda İİN-nin struktur bölmələrinin, tabeliyindəki qurumların rəhbərləri iştirak ediblər. İqtisadi inkişaf naziri Şahin Mustafayev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının bütün sahələrində dinamik inkişafa nail olunub.

“Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, qabaqcıl texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla müasir tələblərə cavab verən müəssisələrin yaradılması, yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Ölkəmizdə sahibkarlığın inkişafına, biznes mühitinin yaxşılaşdırılmasına dövlət tərəfindən daima qayğı göstərilməkdədir. Belə ki, sahibkarlığın inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə dövlət-sahibkar münasibətlərinin tənzimlənməsi, sağlam rəqabətin təmin edilməsi, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, vergi yükünün davamlı azaldılması, maarifləndirmə və digər istiqamətlərdə tədbirlər davam etdirilir”.

Nazir deyib ki, ölkədə həyata keçirilən siyasətin uğurlu nəticələri nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da müsbət qiymətləndirilir. Belə ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan "Doing Business 2009" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilib, "Doing Business 2010" qoruyub saxlamış, "Doing Business 2011" hesabatında isə bir pillə irəliləyib.

Bildirilibki, yanvarın 27-də keçirilmiş Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev qeyd edib ki, qazanılmış iqtisadi uğurlarla yanaşı, iqtisadiyyatdakı inhisarçılıq meyillərinin qarşısının alınması, azad rəqabət mühitinin yaradılmasının təmin edilməsi, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verilməməsi, hakimiyyət orqanları tərəfindən aparılan əsassız yoxlamalara son qoyulması, ölkə həyatının bütün sahələrində rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizənin aparılması aidiyyəti dövlət orqanlarının əsas vəzifəsidir.

Kollegiya iclasında vurğulanıb ki, korrupsiyaya qarşı mübarizə Azərbaycan hökumətinin başlıca strateji məqsədlərindən biridir. Bu sahədə görülmüş ciddi tədbirlər nəticəsində qanunvericilik bazası təkmilləşdirilib, "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya (2007-2011-ci illər)" və Fəaliyyət Planı təsdiq edilib, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi və digər müvafiq qurumlar yaradılıb, sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəllərin və yoxlamaların aradan qaldırılmasına yönəldilmiş bir sıra sənədlər qəbul edilib. Azərbaycan Respublikası Prezidentinin "İstehsalat, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə", "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında", "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" fərmanları bu baxımdan xüsusilə əhəmiyyətlidir.

“Bu sənədlərdən irəli gələrək, "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrasına dair nazirliyin 2011-ci il üzrə Tədbirlər Planının icrası təmin edilməli, nazirliyin sahibkarlarla bilavasitə işləyən qurumları öz vəzifə öhdəliklərini icra edərkən şəffaflığın tam təmin edilməsinə nail olmalı, onların üzləşdiyi problemlərə həssaslıqla yanaşmalı, sahibkarların maraqlarının təmin olunması istiqamətində fəaliyyətlərini gücləndirməlidir.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti inhisarçılıq və süni qiymət artırılması meyillərinin qarşısını qətiyyətlə almalı, azad rəqabət mühitinin inkişaf etdirilməsi tədbirlərini genişləndirməli, istehlakçıların hüquqlarının tam qorunmasını təmin etməli, neqativ halların baş verməməsi üçün nəzarəti gücləndirməlidir.
Sahibkarlıq subyeklərində digər dövlət qurumları tərəfindən həyata keçirilən yoxlamalar zamanı İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı formal xarakter daşımamalı, nazirlik əməkdaşları sahibkarların hüquqlarının müdafiəsinə xidmət etməlidir.
Xüsusi razılıqların (lisenziya), mənşə sertifikatlarının verilməsinin, idxal-ixrac əməliyyatları üzrə müqavilələrin qeydiyyatının qanunvericiliklə müəyyən olunmuş müddətdə və qaydada həyata keçirilməsinə nəzarət gücləndirməlidir. Digər dövlət qurumları tərəfindən verilən lisenziyalar barədə məlumatlar müntəzəm olaraq təhlil edilməli və aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı təkliflər hazırlanmalıdır.
Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətində şəffaflıq daha da artırılmalı, sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində əlavə tədbirlər görülməli, bu sahədə yeni təkliflər hazırlanmalıdır.
Nazirliyin həyata keçirdiyi satınalmalar qanunvericiliyin tələblərinə uyğun olaraq tam şəffaf şəkildə həyata keçirilməli, digər qurumlar tərəfindən keçirilən tenderlərdə nazirliyin əməkdaşlarının iştirakı formal xarakter daşımamalıdır.
İctimai nəzarətin gücləndirilməsi məqsədilə sahibkarların, istehlakçıların maarifləndirilməsi, hüquqi biliklərinin artırılması istiqamətində müvafiq tədbirlər daha da genişləndirilməli, özəl sektor üçün korrupsiya riskləri və onların aradan qaldırılmasına dair maarifləndirmə proqramları davamlı şəkildə həyata keçirilməli, nazirliyin fəaliyyəti ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə çatdırılmalıdır.
Vətəndaşlardan daxil olan ərizə və şikayətlər operativ və hərtərəfli araşdırılmalı, pozulmuş hüquqların tam bərpa olunması istiqamətində nazirliyin səlahiyyətləri çərçivəsində bütün zəruri tədbirlər görülməli, nazirliyin internet saytı və 195-2 Telefon Məlumat Mərkəzi vasitəsilə vətəndaşlardan daxil olan sorğular dolğun cavablandırılmalıdır.
Nazirliyin bütün struktur bölmələrində və tabeliyində fəaliyyət göstərən qurumlarda analoji müzakirələrin aparılması təşkil edilməlidir”.

Kollegiya iclasında biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığı inkişafı, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi məqsədilə aşağıdakı istiqamətlər üzrə təkliflərin hazırlanması tapşırılmışdır:

- sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi;

- dövlət nəzarəti tədbirləri, ilk növbədə yoxlamalar zamanı sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsi, əsassız yoxlamaların qarşısının alınması;

- xüsusi razılıqların (lisenziya) verilməsi prosedurunun təkmilləşdirilməsi;

- sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tələb olunan icazəverici sənədlərin, onların verilmə prosedurlarını tənzimləyən qanunvericiliyin inventarlaşdırılması, bu sahədə mövcud olan paralelliyin aradan qaldırılması, icazələrin verilməsi reqlamentlərinin hazırlanması;

- sahibkarlığın inkişafının yeni təşkilati-iqtisadi modellərinin, o cümlədən sənaye zonalarının və biznes inkubatorların yaradılması;

- kiçik və orta sahibkarlığın inkişafını təmin etmək məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq meyarların hazırlanması, kiçik və orta sahibkarlıq subyektlərinə dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi;

- səhmdar cəmiyyətlərin, dövlət şirkətlərinin fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılması məqsədilə yeni korporativ standartların tətbiq edilməsi;

- gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, o cümlədən onların maarifləndirilməsi, yenidənhazırlama, güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi;

- dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi, xüsusi razılıqların (lisenziya) və icazələrin verilməsi zamanı, dövlət qurumları ilə sahibkarlar arasında birbaşa təmasın minimuma endirilməsi məqsədilə informasiya texnologiyalarının geniş tətbiq olunması.

İqtisadi inkişaf naziri kollegiya iclasına yekun vuraraq müəyyən edilmiş tədbirlərin icrasının qısa müddətdə və keyfiyyətlə təmin edilməsi, müzakirə edilmiş məsələlərin ciddi nəzarətdə saxlanılmasına dair konkret tapşırıqlar verib.






2 Fevral, 2011  18:57 Baxılıb: 1171 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
21 Yanvar, 2020  14:54

21 Yanvar, 2020  13:21


21 Yanvar, 2020  11:31

21 Yanvar, 2020  11:17

21 Yanvar, 2020  10:39

20 Yanvar, 2020  09:57




18 Yanvar, 2020  12:08





17 Yanvar, 2020  16:15

17 Yanvar, 2020  15:22




17 Yanvar, 2020  13:51


17 Yanvar, 2020  11:02

17 Yanvar, 2020  10:35









16 Yanvar, 2020  09:21

15 Yanvar, 2020  17:38








15 Yanvar, 2020  14:14


15 Yanvar, 2020  10:51



14 Yanvar, 2020  14:14

14 Yanvar, 2020  14:03



sagbanner