Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

«TransCaspian-2013» - FOTOREPORTAJ

“Iteca Caspian” şirkətinin təşkilatçılığı ilə Bakıda XII Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi (“TransCaspian-2013”) start götürdü

Azərbaycanda infrastrukturun inkişafına şərait yaradan və tranzit yüklərin Azərbaycan ərazisindən istifadə etməklə cəlb olunması imkanlarının nümayişinə xidmət edən bu sərgi Qafqazda mühüm nəqliyyat forumu hesab olunur.
Simsar.az xəbər verir ki, bu il sözügedən sərgidə 19 ölkədən 90 şirkət iştirak edir. Ötən illə müqayisədə sərginin ekspozisiya meydançası 20% genişləndirilib və sərgi iştirakçılarının təxminən 40%-i “TransCaspian-2013” sərgisində öz məhsul və xidmətlərini ilk dəfə təqdim edən şirkətlərdir. Bu il keçirilən sərginin fərqli xüsusiyyəti isə öz meydançasını xeyli genişləndirərək iştirakçıların ümumi sayının 50%-ni təşkil edən xarici eksponentlərin fəal iştirakıdır. Belə ki, xarici eksponentlərin sırasına Avstriya, Gürcüstan, İtaliya, Rusiya, Türkiyə, Ukrayna, Fransa və Çexiyadan olan şirkətlər daxildir. İsveç və Rumıniya sərgidə debüt edən iştirakçı ölkələrdir. Latviya milli stendi ardıcıl olaraq üçüncü ildir ki, sərgidə iştirak edir. Kommersiya təşkilatları ilə yanaşı, sərgidə həmçinin Azərbaycan Nəqliyyat Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Dövlət Avtomobil Nəqliyyatı Xidməti kimi Azərbaycanın dövlət nəqliyat strukturları da iştirak edir.

Dəmiryol və avtomobil yolu nəqliyyatı, dəniz və quru ilə daşımalar, limanlar və liman avadanlıqları, neftin nəqli, habelə informasiya sistemləri, naviqasiya və monitorinq sistemləri kimi bölümlər sərgidə geniş şəkildə təqdim olunub. Daşıma sektorunu Gürcüstan, Rusiya və Azərbaycandan olan şirkətlər təqdim edir. Bu il müsbət dinamika nümayiş etdirən «Gəmiqayırma və gəmilərin təmiri» bölümü isə İsveç, Ukrayna və Azərbaycandan olan şirkətlər tərəfindən təqdim olunub.

Qeyd edək ki, təsis edildiyi vaxtdan bəri “TransCaspian” sərgisi Azərbaycan Nəqliyyat Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən dəstəklənir.

Aqşin İbrahimi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 






13 İyun, 2013  19:27 Baxılıb: 1806 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner