Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əraziləri zəbt olunmuş təlim-tərbiyə müəssisələrinin siyahısı

Bu ərazilərdən hətta əkin sahəsi kimi istifadə olunur

Azərbaycan Təhsil Nazirliyi ərazisi zəbt olunmuş təlim-tərbiyə müəssisələrinin siyahısını açıqlayıb. Nazirlikdən Simsar-a verilən məlumata görə, siyahıda 29 təlim-tərbiyə müəssisəsinin adı var. 

Siyahıya əsasən, Qaradağ rayonunun Y. Rüstəmov adına 16 saylı Bakı Peşə Liseyinin ərazisində qeyri-qanuni tikili aparılıb. Nizami rayonunun 1 saylı internat məktəbinin ərazisinin 640 kv/metr sahəsi vətəndaş Abdullayev Məcid Kamal oğlu tərəfindən hasara alınaraq onun həyətyanı sahəsinə qatılıb.

Sumqayıt şəhərinin 16 saylı məktəbinin ərazisində yaşayış evi tikilib. Elə həmin şəhərin 4 saylı (keçmiş 49 saylı) Texniki Peşə Məktəbinin ərazisində Sumqayıt Xalq Deputatlar Sovetinin 1991-ci ilin iyunun 11-də verdiyi qərarla “Sirat” İstehsalat Mərkəzinə 0,2 hektar torpaq sahəsi ayrılıb. Həmin torpaq sahəsi daha sonra vətəndaş Adil Məmmədova satılıb.

Gəncənin 31 saylı uşaq bağçasının ərazisində İcra Hakimiyyətinin (İH) sərəncamı ilə fiziki şəxs tərəfindən mağaza tikilib, 1 saylı Peşə Liseyinin çayxana və mühərrik təmiri sexi qanunsuz istifadə olunur, 43 saylı orta məktəbin ərazisində isə yaşayış evləri inşa olunub.

Lənkəran rayonunun Vilvan kənd məktəbinin yarımçıq tikilisində Rayon İcra Hakimiyyətinin (RİH) sərəncamı ilə fərdi yaşayış evi tikilib. Lənkəran Peşə Liseyinin yataqxanasında 10 yerli ailə qanunsuz məskunlaşıb. Lənkəranın Haftoni məktəbinin yarımçıq tiklisində isə RİH və bələdiyyənin qərarı ilə fərdi yaşayış evləri tikib.

F. Qafarov adına Lerik Peşə Məktəbinin 2-ci korpusunun iki otağı yerli vətəndaş tərəfindən yaşayış məqsədi ilə zəbt edilib.

Kürdəmirin Atakişili kəndinin 844 şagird yerlik yarımçıq tikintisi həmin kəndin bələdiyyəsi tərəfindən fiziki şəxslərə ayrılıb. Həmin rayonun 3 saylı uşaq bağçasının ərazisində isə rayon maliyyə şöbəsinin inzibati binası tikilib. Kürdəmirin Sığırlı kəndinin 1296 şagird yerlik məktəbinin yarımçıq tikilisi, Ağcabədinin 6 saylı uşaq bağçasının 1200 kv/metr ərazisi fiziki şəxslər, Ağcabədidə N. Allahverdiyev adına Texniki Peşə Məktəbinin 1040,4 kv/metr sahəsi bir neçə sahibkar tərəfindən zəbt olunub.

İmişlinin 1 saylı orta məktəbinin ərazisində Rayon Maliyyə İdarəsinin inzibatı binası, 1 saylı Peşə Liseyinin ərazisində köçkünlər tərəfindən tövlə tikilib.

Ağstafada 2 saylı uşaq bağçasının ərazisinin 150 kv/metr sahəsi qonşuluqda yaşayan sakinlər üçün yol kimi ayrılıb.

Tovuzda 3 saylı uşaq bağçasının 4 sot ərazisi yaşayış məqsədi ilə zəbt edilib.

Qusarda 2 saylı orta məktəbinin ərazisində 15 mağaza, Şabranda B. Fərzəliyev adına Peşə Məktəbinin ərazisində isə 6 mağaza tikilib.

Cəlilabad şəhəri Şəttarxan küçəsində yerləşən məktəbin binasının yarımçıq tikilisinin ərazisində fərdi yaşayış evləri tikilib, 3 saylı uşaq bağçasının ərazisində RİH-in sərəncamı ilə ev tikintisi üçün vətəndaş Ceyhun Sultanova torpaq sahəsi ayrılıb.

Ağsuda 1 saylı uşaq bağçasının ərazisindən bələdiyyənin qərarı ilə mağazanın tikintisi üçün istifadə edilib. Balakəndə 4 saylı uşaq bağçasının ərazisində fərdi yaşayış evləri tikilib.

Şəmkirdə T. Əmiraslanov adına Peşə Liseyinin ərazisindən əkin sahəsi kimi istifadə olunur.

Xaçmaz Peşə Liseyinin ərazisi Xaçmaz şəhər bələdiyyəsinin qərarı ilə 6 şəxsə paylanıb.

Ucarda 6 saylı uşaq bağçasının hasarı sökülüb, ərazidə bünövrə qazılıb və artıq tikinti işlərinə başlanılıb.

Qeyd edilən faktlarla bağlı müvafiq qurumlar tərəfindən heç bir tədbir görülməyib.






2 Fevral, 2011  18:00 Baxılıb: 1922 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner