Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

NATƏMİZLİK ÇİMƏRLİKLƏRƏ GETMƏYƏ MANE OLUR? – REPORTAJ – FOTOSESSİYA

.

İstirahət etmək üçün yayın gəlməsini səbirsizliklə gözləyənlər çimərliklərə və ya turizm bölgələrinə üz tuturlar. Bu isə təbii olaraq bir neçə problemli sualı ortaya çıxarır.

“Çimərliklərdə dəniz suyu nə dərəcədə təmizdir? Hansı çimərliklər istirahət və çimmək üçün yararlıdır? Ümumiyyətlə şəhər sakinləri çimərliklərin vəziyyətindən razıdırlarmı?” və s kimi suallar yay mövsümü üçün aktualdır.

Dəniz yay fəslində bəziləri üçün istidən can qurtarmağın ən optimal yoludur. Ancaq bütün çimərliklər komfort vəd edir, desək yanılmış olarıq. Belə ki, ekoloji baxımdan çirkli olan dəniz suyunun, sonradan üzə çıxan fəsadları sərinliyindən çox olur.

Çimərlik mövsümünə start verilsə də, hələlik əhalinin çimərliklərə kütləvi axınından danışmaq olmaz. Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Zirəddin Kazımovun sözlərinə görə, “Xəzər dənizi çimərlik sevərlər üçün hazır vəziyyətdədir. Quraşdırılmış sutəmizləmə aparatları sayəsində çirklənmə faizi aşağı düşüb. Şıx, Sumqayıt və Sahil çimərlikləri istisna olmaqla digər çimərliklər istifadə üçün yararlıdır”.

Adı çəkilən 3 çimərlikdə suyun çirkli olduğu deyilsə də insanlar həmin çimərliklərə getməkdə davam edir. Bunun səbəbini öyrənmək üçün bir neçə çimərlikdə olduq. Sumqayıt çimərliyində olan Əli adlı gəncdən həmin çimərliyin qadağan edilməsindən xəbərdar olmasını soruşduqda o, “Onsuz da bütün çimərliklərin suyu çirklidir də, nə fərqi var ki?” - deyə cavab verdi.

Həmin çimərlikdəki digər gənc Yusif Novruzov isə “Bu çimərliyi digərindən sadəcə pulsuz olmağı fərqləndirir. Natəmizliyi yox” dedi.

Səslənən fikirlərin nə dərəcədə doğru olub-olmadığını görmək üçün təmizliyinə zəmanət verilən çimərliklər içərisində yer alan Mərdəkan çimərliyinə yollandıq. Mərdəkan çimərliyində də adamların az olmasına baxmayaraq, dənizin suyu ilk baxışdan təmiz görünürdü. Dəniz suyunun çirkli olmamasını 23 yaşlı şəhər sakini də təsdiqlədi. Aydın Əliyev suyun temperaturunun hələ bir o qədər isinmədiyini ancaq dənizin təmiz olduğunu dedi.
Gəncdən nə üçün məhz bu çimərliyə gəldiyini soruşduqda “Mən bir dəfə Zeynalabdin Tağıyev qəsəbəsindəki çimərliyə getdikdən sonra öz-özümə söz vermişdim ki, heç vaxt qadağan olunan çimərliklərə getməyəcəm. Bu çimərlik isə həm qadağan olunmayıb, həm də iş yerimə yaxındır” - deyə bildirdi.

Çimərlikdəkilərdən çimdikdən sonra hər hansı narahatlıq keçirib-keçirmədikləri barədə soruşduqda, çoxusu buna heç fikir vermədiyini dedi. Həkimlər isə bu məsələyə həssas yanaşılmasının vacib olduğunu və suyu çirkli olan çimərliklərdə bağırsaq çöpü virusunun olması xəbərdarlığını edirlər. Eyni zamanda natəmiz sular dəriyə və saç köklərinə də zərər verir. Buna görə də, dəri-zöhrəvi həkimləri dənizdə çimdikdən sonra duş qəbul etməyi məsləhət görürlər.

Mərdəkan çimərliyindəki 42 yaşlı Azər Muradov ümumiyyətlə ölkə çimərliklərini bəyənmədiyini deyir. “Bura 90% əlacsızlıqdan gəlirəm. Nə qədər təmizdir desələr də, bu dəniz təmiz deyil”.

Çimərliklərdə dənizin təmizliyinə dair suallarımıza hər kəs fərqli cavab versə də, təhlükəsizliklə bağlı suallarımıza laqeyd yanaşıldı. Çimərlik mövsümünə görə, yayı səbirsizliklə gözlədiyini söyləyən Əhəd Mürsəlov “Əgər boğulmaqdan qorxursansa, gərək dənizə girməyəsən” dedi. Ancaq Mərdəkan çimərliyinindəki xilasetmə qrupunun əməkdaşları daimi nəzarətin olduğunu və hələlik boğulma faktı ilə rastlaşmadıqlarını söylədilər.

Bütün hallarda dənizə getmək əyləncəli olsa da təhlükəsizlik və gigiyena qaydalarına əməl olunmadığı yerlərdə bu əyləncədən danışmaq əbəsdir.

Ülviyyə Cövdətqızı

 

 






13 İyun, 2013  14:31 Baxılıb: 2851 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner