Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Dövlət sərhədini pozan 85 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, qaçaqmalçılığa və digər bu kimi cinayətlərə qarşı mübarizə tədbirləri davam etdirilmiş və yanvar ayı ərzində aşağıdakı nəticələr əldə olunub

DSX-nin mətbuat xidmətindən Simsar-a verilən xəbərə görə, dövlət sərhədini pozduqları üçün 44 halda 85 nəfər saxlanılıb. Sərhəd rejim qaydalarını pozduğuna görə 43 halda 87 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. 

Qeyri-leqal miqrasiyaya qarşı həyata keçirilmiş tədbirlər nəticəsində yanvarın 18-də H.Əliyev Beynəlxalq Hava Limanında “Tehran-Bakı” aviareysində 9 nəfər Əfqanıstan vətəndaşı saxta Böyük Britaniya pasportları ilə saxlanılıb. Yanvarın 22-də isə Yardımlı rayonunun Ostair kəndi yaxınlığındakı sərhəd zastavasının ərazisində dövlət sərhədini pozmağa cəhd göstərərkən 5 nəfər Banqladeş vətəndaşı saxlanılıb.

Axtarışda olan 79 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 halda 62 kiloqram 422,9 qram narkotik maddə, 45 kiloqram 5 qram həşiş, 13 kiloqram 60 qram tiryək, 4 kiloqram 362,4 qram heroin aşkar edilərək götürülüb. Narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olduqlarma görə Cəlilabad rayon sakinləri Xudiyev Mirələm Muxtar oğlu, Əliyev Mais Naib oğlu və Beyləqan ra-yon sakinləri Ələkbərov Ceyhun Akif oğlu, Ələkbərov Babək Akif oğlu, Mahmudov Ruhi Mirzə oğlu barəsində həbs qətimkan tədbiri seçilmiş, istintaq aparılır.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı aparılan mübarizə tədbirləri nəticəsində 64 halda ümumi dəyəri təqribən 486 min 885 manat olan qaçaqmal, o cümlədən bir ədəd ov tüfəngi, 16 ədəd 16 mm-lik patron, 8 ədəd 16 mm-lik giliz, 10,2 kiloqram barıt, 236 ədəd alışdırıcı, 750 ədəd tir tüfənginin pistonu, tir tüfəngi üçün 1 ədəd optik nişangah, 886 ədəd pirotexnik vasitə, 300603 ABŞ dolları, 1653 manat Azərbaycan pulu, qayıq, 38575 metr tor, 448,7 kiloqram müxtəlif növ balıq, çoxsaylı mebel, telefon və aksesuarları, müxtəlif adda spirtli içkilər, siqarretlər, digər sənaye və kənd təsərrüfatı malları saxlanılıb.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.






2 Fevral, 2011  17:23 Baxılıb: 1168 Çap

Bu bölmədə

5 Sentyabr, 2020
Bakıda ev yandı

XƏBƏR LENTİ

24 Oktyabr, 2020  11:14



23 Oktyabr, 2020  11:17
















5 Oktyabr, 2020  16:37












28 Sentyabr, 2020  10:11



28 Sentyabr, 2020  09:26


18 Sentyabr, 2020  11:09

18 Sentyabr, 2020  09:52



17 Sentyabr, 2020  10:18

16 Sentyabr, 2020  09:30






10 Sentyabr, 2020  10:09


sagbanner