Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bayraq qülləsi aşmaq üzrədir

Dövlət bayrağının qülləsi əyilib, aşmaq təhlükəsi var.

Bu barədə Simsar.az-a Dövlət Bayrağı Meydanının ətrafında yaşayan insanlar məlumat veriblər. Onlar sözlərinə görə, artıq dövlət bayrağının qülləsi əyilib və onun aşacağı ehtimalı böyüyüb. Bu üzdən dövlət strukturlarının səlahiyyətliləri yaxın ətrafda yaşayan insanları evakuasiya edir, yataqxana və otellərdə yerləşdirirlər.

Hadisə yerində olan mənbədən verilən xəbərə görə, bayraq meydanında ucaldılan bayraq artıq endirilib. Ərazidəki 9 mərtəbəli binadan sakinlər çıxarılıb. Onlara binanın qəzalı vəziyyətdə olması, bu üzdən köçürüldükləri bildirilib. Əraziyə xeyli sayda polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin işçiləri cəlb olunub. Ərazi mühasirəyə alınıb və insanları yaxınlığa qoymurlar. Hadisə yerində çəkiliş aparan “Azadlıq” qəzetinin reportyoru Ramin Deko polis tərəfindən saxlanılıb. Onun çəkdiyi şəkilləri fotoaparatdan silinib.

"Yeni Müsavat"ın reportyoru sözü gedən nahiyəyə ezam olunub və ondan səhih və təfərrüatlı xəbər alınca diqqətinizə yetirəcəyik.

Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında qoyulub.

Bakı şəhərində yerləşən Dövlət Bayrağı meydanında tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2009-cu il üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 mln. manat vəsait ayrılmışdı.

Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır.

Amerika Birləşmiş Ştatlarının “Trident Support” şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın “Azenko” şirkəti yerinə yetirib. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılıb. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər.






2 Fevral, 2011  16:59 Baxılıb: 1242 Çap

Bu bölmədə

5 Sentyabr, 2020
Bakıda ev yandı

XƏBƏR LENTİ














5 Oktyabr, 2020  16:37












28 Sentyabr, 2020  10:11



28 Sentyabr, 2020  09:26


18 Sentyabr, 2020  11:09

18 Sentyabr, 2020  09:52



17 Sentyabr, 2020  10:18

16 Sentyabr, 2020  09:30






10 Sentyabr, 2020  10:09




9 Sentyabr, 2020  14:11




sagbanner