Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

CİZGİ FİLMLƏRİ UŞAQLARMIZA NECƏ TƏSİR EDİR? – ARAŞDIRMA

.

“Oğlum Əlinin 5 yaşı var. Səhərdən axşama qədər televizorun qarşısında oturub cizgi filmlərini izləyir. Anası deyir ki, nə qədər etsəm də həyətə çıxıb uşaqlarla oynamır. “Hüqo”, “Ben10”, “Kayu”, “Skubido”, “Simpsonlar”, “Pepe”kimi cizgi filmlərinin heç bir seriyasını qaçırmır. O qədər multfilmə baxıb ki? artıq gözləri zəifləyib. Bəzən gecələr yuxularda multfilim qəhrəmanları ilə sayıqlayr, bəzən də qorxur. Dırnaq yemək və sair pis vərdişlərə yiyələnmişdi. Ən əsası isə həmin cizgi filmlərindəki xarakterləri özləri üçün nümünə götürmüşdü. Həyətdə uşaqlarla oynayan zaman multfilmlərdəki səhnələr bunların oyunlarının mözsusu olurdu. Neçə dəfə şkafın üstünə çıxıb yerə tullanmaq istəyib. Soruşanda deyir ki, ölüb yenidən diriləcəm” 

Bu sözlər oğlunun cizgi filimlərinə baxıb gündə bir hoqqa çıxarmasından təngə gələn valideyn Növrəstə Abdullayeva deyir.

Artıq cəmiyyətin bəlasına çevrilən çoxseryalı cizgi filimləri uşaqlarımızın sağlamlıqlarına, xarakterinə, onların düşüncə tərzinə və təlim-tərbiyəsinə mənfi təsirlərini göstərməkdədi. Bu tip uşaqlara günümüzdə tez-tez rast gəlirik.
Uşaqların xarici cizgi filimlərində gördüklərini etmələri və bu filmdəki qəhrəmanları özləri üçün qəhrəman seçmələri onların milli ruhdan uzaqlaşması, psixologiyalarında isə xarici mühitin təsirini qabarıq göstərir. Bəzən balacaların öz qəhrəmanları kimi əcnəbi dildə müxtəlif ifadələri işlətməsi də həmin təsirin abu-havasındandı.

“Televizyalar psixoloqların rəyi əsasında cizgi filmləri yayımlamalıdı”

“Cizgi filmlərinə baxmaq uşağı bir yandan inkşaf etdirsədə digər tərəfdən uşağa elə ziyan vurur ki onun təsirindən uşağı xilas etmək üçün illər lazım olur” - Psixoloq Narınc Rüstəmova belə deyir.
Xanım psixoloq bildirir ki, uşaqlar özlərini zorakı məzmunlu multfilmlərdəki qəhrəmanlarla eyniləşdirməyə meyl edirlər. Xüsusilə, film qəhrəmanlarının uğurlarını görüb bundan təsirlənir və onlar kimi olmaq arzusuna düşürlər. Tərs kimi həm bizim, həm də xarici telekanallar nədənsə məhz bu cür cizgi filmlərini verirlər. Psixoloq qeyd edir ki, uşaqların altşüurlarına zərərli informasiyalar yerləşir və bunun fəsadları ağır olur. Bu cür filmləri elə bəsit təqdim edirlər ki, elə bil bu, normal bir haldır. Valideynlər diqqətli olsunlar, şiddət və qorxu məzmunlu filmlər izləyən uşaqlar gələcəyin potensial şiddət və zorakılıq tətbiq edənləri ola bilərlər. Məsələn elə filmlər var ki, o konkret həmin yaş həddi üçün müəyyən edilib. “Ben10” konkret 6 yaşdan yuxarı uşaqlara aiddi. Buna 6 yaşdan aşağı uşaq baxsa təbii ki öz təsirini göstərəcək. Əsas məsələ, cizgi filmlərin uşaqların yaşlarına uyğun seçilməsidi. Cizgi filmlərdə sujet xətti olmalıdı. Məsələn “Kayu” cizgi filmi uşaqlara düzgün informasiyalar verməklə yanaşı həm də uşaqları psixoloji –sosial istiqamətdə inkşaf etdirir. Cizgi filmlərdə gərək sujet xətti olsun. Ancaq bu gün bəzi valideynlər yenə də elə hesab edirlər ki, “Tom və Cerri”, “Nu poqadi” təhlükəsiz filmlərdi. Ancaq onların mənfi təsiri daha çoxdu. Məsələn “Tom və Cerri”də sujet xətti olmaması ilə yanaşı uşaqların həyatları üçün təhlükə yaradırlar.Tom hər dəfə ölür, yenidən dirilir. Bu uşaqlara düzgün informasiya ötürmür. 6 yaşına kimi uşaqlarda ölüm barədə anlayış olmur. Onlar elə hasab edirlər ki, yıxılsalar başlarına ütü düşsə, bir sözlə, ölsələr yenidən diriləcəklər. Bu cür neqativ hallar “Nu paqadi”də də çox rast gəlinir. Ancaq yaxşı çəkilmiş filmlər də var “Kayu”, “Maşa və Medved” və başqaları .
Psixoloq Narınc Rüstəmova həmçinin onuda bildirir ki cizgi filmlər çox müsbət enerjili, sülhsevər, düşündürücü və tərbiyəvi süjet xəttinə malik olmalıdı. Belə multfimləri izləyən uşaqlarda insanlara, heyvanlara, təbiətə qarşı humanist münasibət yaratmalıdı.Umumiyyətlə televizyalar psixoloqların rəyi əsasında cizgi filmləri yayımlamalıdırlar. Ən əsası isə cizgi filmlərinin verilmə vaxtı düzgün müəyyənləşməlidi.

“Valideynlər azyaşlı körpələrini ekranla üzbəüz və tək buraxmamalıdırlar”

Sosioloq Cavid İmamoğlu isə bildirir ki, əsas məsələ xarici cizgi filmləri yayılmasına nəzarətdi. Bəzilərində heç yaş həddi qoyulmur, yaxud da uşaqlarin psixoloji cəhədlərinə uyğun olmayan filmlər tərcümə edilir. Uşaqlara daimi olaraq diqqət və qayğı göstərilməlidi. Xüsusilə, onların davranışlarına təsir edə biləcək mühitlərə diqqət etmək lazımdı. Bəzi vaxtlar valideynlər, xüsusilə evdar xanımlar, canları rahat olsun, uşaqlar onlara telefonla danışmağa mane olmasın deyə, televiziya kanallarında efirə verilən cizgi filmləri ilə övladlarını baş-başa buraxırlar və cizgi filmininin öyrətmə prosesində iştirak etmirlər. Belə olan halda, uşaqlar, ən yaxşı cizgi filmindən belə, ən səhv davranışı qavraya bilər və bunu sonradan həyatlarında tətbiq edə bilərlər. O ki qaldı, qorxulu və şiddət təbliğ edən cizgi filmlərinə, burada iş daha da ağırlaşır. Belə ki, nəzərə alsaq ki, televiziya kanallarında, xüsusi ilə çanaq antenaları vasitəsilə yayımlanan cizgi filmlərinə, burada davranışa mənfi təsir edəcək hədsiz informasiya var. Ən pisi isə budur ki, uşaq gözü ilə bunları müşahidə edir və müşahidə vasitəsi ilə təqlid etmə yolu ilə mənfi əsər qəhrəmanlarının elədiklərini həyata keçirməyə çalışır. Məsələn, onlar binanın balkonundan evin ən dəyərli əşyasını yerə atmasını cigzi filmindəki qəhrəmanın yaşadıqlarını təkrar etmək kimi qavrayırlar və bunu həyatlarında yaşadırlar. Valideyn isə bu problemin kökünün özündə olduğunu dərk etmir və nəticədə bu davranışa görə övladlarına sərt cəzalar verirlər. Bu sərt cəzalar isə övladlarımızı daha da aqressiv edir və onun özünəgüvənini öldürür. Uşaqlar özlərinə qapanırlar və inkişaf prosesi getmir. Onlar psixo-sosial inkişaf etmək əvəzinə, inkişafdan geri qalırlar. Odur ki, valideynlərimiz daha məsuliyyətli olmalı və ən xeyirli cizgi filmi zamanı belə övladlarını, xüsusilə azyaşlı körpələrini ekranla üzbəüz və tək buraxmamalıdırlar.Uşağa gələn hər bir yeni informasiya və təqlidi onlar da görməli və uşağın inkişafını izləməlidirlər.

Media eksperti Milli Televizya və Radio Şurasını ittiham edir

Media eksperti, hüquqşunas Ələsgər Məmmədli birbaşa Milli Televizya və Radio Şurasını günahlandırır. Ekspert deyir ki, televizyada efirdə gedən hər bir verilişə televizya və radio şurası nəzarət etməlidi. Televiziya və radio yayımlarının fəaliyyətini tənzimləmək, yayım zamanı ictimayyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarət bu qurumun səlahiyyətlərinə daxildi. Həmçinin televizyanın fəaliyyətini tənzimləyən qanun 2002-ci ildə qəbul olunub. 2003-cü ildən isə qüvvəyə minib. Həmin qanunun 11.5.3 maddəsində qeyd olunur ki, uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura biləcək verilişlər onların baxa biləcəyi vaxtda göstərilməməlidi .Bu gün şura televizyada olan bəzi nöqsanları sanki görmür. Amma əvvəlki illərlə müqayisədə televizyada bəzi nöqsanlar müəyyən qədər aradan qaldırılsa da, çox şeylərə heç nəzarət olunmur.

Milli Televizya və Radio Şurasınının mətbuat xidmətinin rəhbəri Toğrul Məmmədov isə bu ittihamların doğru olmadığını bildirir. T.Məmmədov qeyd edir ki, əslində biz Azərbaycan cizgi filmlərinin çox olmasını istərdik. Uşaqlara əsasən xarici cizgi filmləri mənfi təsir göstərir. Bu gün isə xarici cizgi filmlərə təlabat daha çoxdu. Amma şura cizgi filmlər barədə televizyalara heç bir xəbərdarlıq etməyib. Şura yarandığı gündən telekanalları xəbərdar edib və bir çox verilişlərin aradan qaldırılmasında əsaslı rol oynayıb.

Aynur Bayramova







11 İyun, 2013  18:07 Baxılıb: 4062 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner