Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Türkiyəni şoka salan xəbər

PKK-nın təbliğatını aparan telekanal Nobel sülh mükafatına namizəd göstərilib

Türkiyəni parçalamağa çalışan PKK terror təşkilatının təbliğat ruporlarından olan “Roj TV” bu ilki Nobel mükafatına namizəd göstərilib. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Danimarkada fəaliyyət göstərən və separatizmi təbliğ edən telekanalı Nobel mükafatına namizəd göstərən 150 nəfərlik qrupda Cənubi Afrikadan olan, əvvəllər Nobel mükafatına layiq görülmüş rahib Desmond Tutu, dünyada ilk işgəncədən müalicə və reabilitasiya mərkəzi quran professor İnge Genefke, Danimarka Helsinki Komitəsinin üzvü Tue Magnussen, BMT-nin İşgəncələrlə Mübarizə Komitəsinin üzvü Bent Sörenson, bir sıra Avropa ölkələrinin deputatları, professorlar və QHT-lər var.

Qeyd edək ki, Nobel mükafatına namizəd Nobel Komitəsi tərəfindən müəyyənləşdirilir. Ancaq əvvəllər Nobel mükafatı qazanmış şəxslər də bu mükafata namizəd irəli sürmək hüququna malikdirlər.

“Roj TV”-nin fəaliyyət göstərdiyi Danimarkadan isə bir xəbər yoxdur. Bu telekanalın bağlanması ilə bağlı məhkəməyə müraciət edən Danimarka Ədliyyə Nazirliyi məsələ ilə bağlı hər hansı açıqlama verməyib. Ancaq Danimarkada hökumət koalisiyasında təmsil olunan Mühafizəkar Partiyasının sözçüsü Tom Benk deyib ki, Danimarkada bağlanması ilə bağlı məhkəmə prosesi gedən bir telekanalın Danimarkanın Nobel sülh mükafatına namizəd göstərilməsi qəribədir.






2 Fevral, 2011  15:56 Baxılıb: 1902 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner